» » Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

Ailə qurmaq sevgini romantik məcradan gerçək həyata köçürmək və könüllülük əsasında ittifaq yaratmaqdır. Bu ittifaq nikahla təsdiqlənir və ailənin çəmiyyətlə ictimai, siyasi, mədəni əlaqələrini hüquqi təminatla tənzimləyir.
Ailə ittifaqının özünün yazılmış, yazılmamış qanunları var və bu qanunlar bütün hallarda ailənin mənafeyinə xidmət edir.
Qarşılıqlı anlaşma, etimad və hədəflərə çatmaq üçün birgə səylər onun etibarlılığını və davamlılığını təmin edir.
Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər, dövlət necə formalaşırsa, necə nizamlanırsa, ailə dövlət modelinin idarəsi də həmin idarəçiliyə əsaslanır. Burada da hər kəsin öz borcu və vəzifəsi vardır. Və hər kəsin gördüyü və ya görəcəyi hər bir iş də son olaraq bu ailənin taleyinə məsuliyyətlə edilir. Ailə ittifaqını əvvəlcə ər-arvad (qadın- kişi) yaradır, illər keçdikcə bu ailənin sərhədləri, vətəndaşları da artır. Amma hələlik diqqət mərkəzində olanlar yalnız ikisidir. Bir vaxt sevməyə başlayanda bir-birlərinə ən müqəddəs hislərini bəyan edirdilər, arzularını ifadə edirdilər, söz verirdilər: məsələn, oğlan söz verirdi ki, səni sonsuza qədər sevəcəyəm, səndən sonra mənim həyatımda Allah qismət etsə, ikimizin bir sevgi çiçəyimiz, yavrumuz ola bilər. Arzu o qədər təltümlü, intəhasız olurdu ki, bunların müqabilində utrancaq qız deməyə söz də tapmazdı.
Mən eşitmişəm ki, guya Azərbaycanın bir bölgəsi var, orada toy axşamı gəlin Allaha and içir və ərinə söz verir ki, son nəfəsimə qədər sənə ruzi qazanacağam, uşaqlarına baxacağam, özünə baxacağam, valideynlərinə, qohum və qonaqlarına ən üstün şəkildə ehtiram və qayğı göstərəcəyəm və göstərir də.
Təbii ki, bütün bölgələrimizdə belədir. Ümumi xalq ənənəmizdə belədir: qadın ərə, ailəyə, ərin valideynlərinə, qohum-əqrəbaya, bu ailənin qonaqlarına ailə ənənələrinə uyğun ehtiram göstərir, ər də bu qayğıların bir çoxunda onunla birləşir, bir çox məsələri birlikdə həll edirlər. O da qadınının valideynlərinə, qohum-əqrəbalarına onun kimi həssas və mehriban yanaşır.
30-40 il bundan əvvəl gəlin köçən qızlara anaları, yengələri xeyir-dua verəndə deyirmişlər ki, "sən ərinə Yer ol ki, o da sənə Göy olsun" və belə də olurmuş.. .
Amma getdikcə analar da, yengələr də bunu arzulasalar da, realda isə bunu bütün təfərrüatları ilə övladlarına anlada bilməmişlər, anlatmamışlar. Nəticədə, hər iki tərəfdə sapmalar baş vermiş, getdikcə adiləşmişdir.
Bəzi gənc qız və oğlanlar evlilik həyatının, müxtəlif toy mərhələlərinin yaratdığı emosiyaları qəbul edir, amma çox məsul bir həyata atıldığlarını göz önünə gətirmirlər. Bu cür gənclər, belə deyək, bəlkə də çox da sağlam olmayan emosiyalrını təmin etmək üçün evlənməyə, rəsmi nikaha razılıq verirlər, amma üstündən bir qədər keçəndən sonra emosiyalar sakitləşir və məlum olur ki, bu gənclər heç ailə həyatına hazır deyilmişlər. Belə məqamlarda acını ən çox çəkən isə qadınlar olur və artıq onlar hiss edirlər ki, yox ey, qadın olmaq, həyat yoldaşı olmaq dünyanın ən böyük işi imiş. İndi bəs nə etməli, başlayırlar xəlvətcə oxumağa:
Keçən günlərimi qaytarardılar....
Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

Bu isə əfsus ki, heç vaxt olmayıb və heç vaxt da ola bilməz.
Qadına –gəlinə və yaxud gənc anaya bur acı da könül verib sevdiyi əri tərəfindən verilir. Qadının öz əhdinə, ailəsinə səy və fədakarlıq nümunəsi göstərdiyi halda, əri tərəfindən getdikcə laqeydlik, bəzən də şiddət görməsi onun ürəyində yaxşı olan nə varsa, hamısını məhv edir. Ər artıq onun bu qədər etdiklərini görmür, ən yaxşı halda isə etdiklərinin sadələşdirir: guya o nə iş görüb ki, bunları özünün nənəsi gözüyumulu edərdi.Bu, qadında getdikcə inamsızlığa səbəb olur, aradakı ər-arvad münasibətləri formal bir mahiyyət daşıyır: qadın bu halında hara üz tutsun, onun günü bundan sinra necə olsun, o da biabır olmaqdan utanıb dözüb-durur.
O indi başa düşür ki, dünyada qadın olmaq nə qədər şərəflidirsə, evdar qadın olmaq da o qədər çətin və üzücüdür
: əməkhaqqı yox, istirahət günü yox, bayram yox, məzuniyyət yox, iş də ki, qurtarmaq bilmir ki -bilmir. Barı, bircə sevdiyi tərəfindən diqqət və qayğı görsəydi, elə evdar qadının işini də ailəsi, uşaqları, sevdiyi uğrunda qəhrəmanlıq sənəti kimi qəbul edərdi. Bəs nə var, nələr baş verir? O var ki, yeri düşəndə ər şəstlə deyir ki, onun xanımı işləmir, evdar qadındır. Öz halına istehza ilə səhər açılandan nə vaxt özü də bilmədən, harda gəldi, necə gəldi yuxu aparan, yuxuda da balaları və ailəsi üçün özünü oda-alova yaxan bir qadına necə demək olar ki, işləmir, evdar qadındır.

Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

 

Bu qədər əməyin, çapalamağın qarşısında adi bir diqqət görməyən gənc ana, təbii ki, bu ailədə, evdə yenə öz gəlinlik sədaqətini davam etdirir, fəqət, artıq qəlbi qırılmışdır, qanadları qırılmışdır. Qoşa uçmaqda davam etsəydilər, bir ömrü sonadək uçmağa hazır olan bu üçtelli durna yolun bir yarısında yalnız və dəstəksizlikdən romantik olaraq durna qatarından geri çəkilir, həyatdan və taleyindən incik düşən bir ruha çevrilir.
Bunların heç biri təqdir edilə bilməz. Heç kim də kiminsə daha atıq suçlu olduğunun maraqlısı deyil. Hamı istəyir ki, həyatımız gözəl olsun, ailələr davamlı, sədaqətli və xoşbəxt olsun. Hamı istəyir ki, qadına şiddətə son qoyulsun, hər cürə şiddətə son qoyulsun. Bütün bunlar üşün isə düşünülmüş addımlar atılmalıdır, belə vəziyyətə düşən hər kəs səbirli olmalı, dözümlü olmalı, qarşıya çıxan problemləri sağlam məntiqlə mühakimə etməli, ailədə həmrəy olmalı, güzəştə getməyi bacarmalıdır. İlk addım da bundan başlmalıdır ki, ailənin mövcudluğu nə tək atanın, nə də tək ananın adıyla bağlana bilməz. Ailə onu quran qadın və kişinin ortaq dəyərləridir. Əl-ələ verib, mehribanlıqla, zəhmətlə səadəti qurmaq lazımdır.
Bu, mənim yanaşmamdır. Amma bütün hallarda ailədə atanın(ərin) üstün rolu qəbul edilməlidir. Həyatı bəzən tək arzuyla deyil, həm də gerçəklə yaşamaq lazımdır.
Ailələrin böyük əksəriyyətində problemlər iqrisadi çətinliklərdən yaranır. Gərək tərəflər özlərini itirməyib birlikdə bu çətinlikləri aşalar. Bəzən olur ki, ər (ata)

Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

 

Kişi isə iqtisadi olaraq dolanışıq çətinliyi yaşamağıma istəyi içərisindədir. ailəsinin rifahı üçün (həyat yoldaşı üçün, uşaqları üçün) yaxşı bir iqtisadi gəlirə sahib olmaq istəyir. Amma buna baxmayaraq istədiyi gəlir səviyyəsinə çata bilmir. Həm ailəsi üçün arzuladığını edə bilmir, həm də o qədər ora-bura çapalayır ki, evə qayıdanda da söhbət və paylaşma üçün, uşaqları ilə oynamaq üçün enerjisi qalmır. Qadın bunu anlamalı, həssaslıq göstərməlidir. Uutmaq olmaz ki, belə vaxtlarda qadın əri ilə içini paylaşmaq istədiyi, dinlənilmək istədiyi kimi, kişi də qadınının onun çətin,ağır işdə işlədiyini, ailəsi üçün çapaladığını bilib qəbul etməsini istər. Bu cür vəziyyətlərdə təmkinlilik, bir-birini duya bilmək, vəziyyətdən birlikdə çıxış yolları tapılması gərəkdir. Bir-birini günahlandıran, təhqir edən, bir-birindən uzaqlaşan, bir-birini alçaldan və bəyənməyən davranışlar yox.
Əsl sevgi, tərəflər arasında qarşılıqlı etimad odur ki, ailədə mövcud olan əyər-əskikləri birlikdə gözdən keçirib, bir-birlərinə onları düzəltmək fürsəti verirlər, etimad göstərirlər. Həyatda hər şey bir tarazlıq üzərində yaradılmış, inkişaf da elə bu ölçüdən başlamışdır. Ailə içərisində bu ölçünü yenidən təmin edilə bilməsi üçün hər iki şəxsin ətraflarında nələr olduğunu başa düşməsi vacibdir.
Yazının sonunda onu da diqqətə çatdırmaq istəyirəm ki, mən ailə dağılmasının qəti əleyhinəyəm. Bəlkə kiminsə imkanı olub ildə birini alıb-boşaya bilər. Bu, həyat deyil,sevgi deyil, eyş-işrətə , əza həzzinə hesablanmış bir həyat yoludur. Ərin gecə 12-yə işləyir, hələ gəlib çıxmayıb, sən uşaqları yedirtsən də, özün yeyə bilmirsən, yemək istəmirsən, boğazından keçmir...

Yeməyin, gözləyin, birlikdə yeyin... Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin.
 

Sevginin mükəmməlliyini evinizə, ürəyinizə birlikdə gətirin

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz