Sevgi süfrəsi: bir quru çörək, bir soğan, bir də sevgi ...
Müəllif: Akif Əhmədov от 29-01-2017, 00:20
Ailə iki əks-cinsin bir ittifaqda könüllülük əsasında birləməsidir. Birləşirlər, özü də təmtəraqla. Həyatlarının sonuna kimi bu həyatı təmtərqla saxlayanlar da olur, 1-2 ildən sonra hərəsi öz qütbünə çəkilənlər də , bir-birləri ilə işləri olmur, bir-birlərinə dəyib-toxunmurlar da. Belə deyək də, formal bir evlilik olur. Kənardan baxanlar deyir ki, maşallah cüt bəxtəvərlərdir, başlarını salıb öz həyatlarını yaşayırlar, amma yazıq proletarın "mehriban düşməni”n də burda "dişi bağırsağını” kəsir. Yaxınılarından birini telefonda və ya küçədə söhbətə tuta bilsə, elə bir bunu deyir:”İçim özümü yandırır, çölüm özgəni”.
Tarix göstərdi ki, qadınların bir az da yalan danışmaqları var. Gedib-gəldiyimiz evlərin neçəsində bu sözləri eşitdik, saytlarda oxuduq: "yandım, hirsdən partladım, öldüm”, gerçək həyatda isə bunun heç biri baş vermədi, sadəcə, proletarı bu yollada stresdə saxladılar.
Əsl sevgi budur. Bir kişi ancaq onda sədaqətlidir ki, gözlərində yalnız bir böyük və bir balaca çiçək var. Bir qadın bilirsiniz nə vaxt xoşbəxtdir: onda ki, həyatında ancaq iki oğlan var: bir böyük oğlan, bir də balaca...
Tarix göstərdi ki, qadınların bir az da yalan danışmaqları var. Gedib-gəldiyimiz evlərin neçəsində bu sözləri eşitdik, saytlarda oxuduq: "yandım, hirsdən partladım, öldüm”, gerçək həyatda isə bunun heç biri baş vermədi, sadəcə, proletarı bu yollada stresdə saxladılar.
Bəs necə yaşamalı ki, bunlar yox, qarşılıqlı sevgi, ehtiram və etimad mühiti olsun? Necə olur ki, bir vaxt sevgini açmağa dilin topuq vurduğu qadınına indi heç ağzını açıb bir söz deməyə imkan vermirsən? Bəs necə olur ki, hər görüşəndə hökmən zərif barmaqlarını saşlarının önündən arxaya daraq kimi keçirdiyin oğlann köynəyini indi camaşırxanada yudurdursan, ütü-zad da vurmursan, deyirsən ki, orda özləri vurur. Hələ proletar zəhmət adamıdır, oluf ki, işdən yorğun-əzgin gəlir, ciyəri yanır, 2 stəkan çay içib, 3-nü istəyəndə üzünü bozardırsan ki, məndə gün-axşama kimi bir hovur dayanmamışam. Dayanın, ayaq saxlayın...
Şeytan girdimi aranıza, dil dəydimi hansınızdan birisinəsə? Sən sevgiyə də, ehtirama da layiqsən. Amma bubları sən etməlisən də. Allah etməsin, xəstə olanda ər bunu özü edəcək, sənə də çay çətirə biləcək. Siz təcrübəsinizsə, ərə gəlmək istəmisiniz, can atmısınız, amma uşaqların atasının xanımı kimi bilməli olduqlarınızı öyrənməmisiniz. Siz impuls buraxmağı öyrənin, nə qədər ki, gec deyil.
Ailə özəllikləri Qərbdən seriallarla sirayət edən yabançı həyat tərzini əxlqımıza, mənəviyyatımıza yaxın buraxmayın, bütün bənd-bərələri bağlayın. Kim necə geyinir-geyinsin, kim hansı xariçi kurortlarda kiminləsə, necə istirahət edirsə- etsin, heç fərqində də olmyın. Problem və çətinliklərə rəğmən öz səadətinizi qurun, sevməkdən usanmayın, bir-birinizə iltifat göstərməkdən çəkinməyin. Evə, ailəyə ata, ər lazımdır. Başsız nə ola bilər ki, olar ey, müqəvva. Pis qəbul etməyin. Heç də hamısı belə deyil, Allah rəhmət etsin, elə gözəl ailələr var ki, ailə başçısının vaxtsız vəfatındn sınmırlar, abır-həyalı dolanırlar. Amma nə qədər də ata olmayan ailə var ki, əlavə çətinliklər yaşayırlar, yarı şaiyə, yarı doğru, barələrində düşünülməyən, danışılmayan söz qalmır. Qız almaq, oğul evləndirmək belə ailələr üçün əksər hallarda çətin olur . Odur ki, bir sevgi yuvası qurmusansa, o yuvada dünyaya körpə gətirmisənsə, sevgin bundan sonra daha artmalıdır, Nəinki ağız büzəsən ki, bu abırda arvadı neynirəm : anyalar, sonyalar, gülyalar varmışkən. Mən bunu ağlıma heç cürə sığışdıra bilmirəm. Əvvələn anyalar, sonyalar, gülyalar dünyaya uşaq gətirəsi olsalar, onlar da belə olacaq, lap gətirsələr də, evdə-eşeikdə oturub övladlarını böyütməyəcək, ana südü verməyəcək: nətcədə uşaq da həmişə xəstəhal olacaq. Amma bizim arzu ediyimiz qadınlar ha çalışırlar ki, körpələrinə ana südü versinlər ki, cantaraq olsunlar, hafizəli olsunlar, müqavimətləri qədərincə olsun və s. Eləcədə ailə, ev qayğılarından 1 dəqiqə vaxtı olmayan anaların heç başlarına daraq çəkmək yadlarına düşmür. Bəlkə də proletarlar könlünü alsa, "mənim yorğun mələyim desələr”, onlar da özlərini unutqanlıqlrının fərqində olub, heç olmasa, barmaqları ilə saçlarını sahmana salarlar.
Əsl sevgi budur. Bir kişi ancaq onda sədaqətlidir ki, gözlərində yalnız bir böyük və bir balaca çiçək var. Bir qadın bilirsiniz nə vaxt xoşbəxtdir: onda ki, həyatında ancaq iki oğlan var: bir böyük oğlan, bir də balaca...
Bütün yeni sevənlərə, gənc ailələrə qarşılıqlı məhəbbət və ehtiram diləyi ilə
Oxşar postlar:
- Oxunub: 3 830
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Sevgi
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar