» » Kişilər rasional, qadınlar isə emosionaldırlar

Kişilər rasional, qadınlar isə emosionaldırlar

 

 

Kişilər rasional, qadınlar isə emosionaldırlar 

 

Qərb həyatında  gənclər sərhədsiz sərbəstliyə, macəra həyatına  qədərindən çox meyilli olurlar. Bu cür hisslər bizim əxlaq  xurallarımıza  heç vaxt xas olmayıb.

Digər millətlər Azərbaycan ailəsinin  saflığına,  etibarlılığına  hər zaman həsəd aparmışlar və    bu gün  də belədir. Onlar müxtəlif yollarla bizim  ailə ənənələrmizə eybəcərliklər yoluxdurmağa can atırlar, təəssüf ki,  bəzən də nail olurlar.

 Belə cəhdlər , təbii ki, Azərbaycan ailələrinin keyfiyyətinə, bu ailələri quracaq gənclərin  mənəviyyatına  ciddi zərbə vurur.

Həmin təsirlərdən ikisi haqqında fikir bildirmək istəyirəm: gözəllik müsabiqələri və əcnəbi nikahlar haqqında.

Cəmiyyətdə  gözəllik müsabiqələri haqqında  fikirlər heç də birmənalı deyil. 30-40 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan qızı səhnədə, ekranda bədən cizgilərini nümayiş etdirəcək, şəstlə fiqurasını mextəlif baxışlara  hədəf edəcək? Kimdir bu müsabiqənin təşkilaçıları, bizim nəyimizə lazımdır  bu sür gözəllik , belə gözəllər?  Hər kəsin könül verib sevdiyi  çoxluğun içindən  ən gözəl kimi seçilib də. Bəs bunlar hardan peyda oldu?

 Seçimlə  ölçülən, dəyərləndirilən keyfiyyət, hal və vəziyyətin prinsipləri   kim müəyyən edir, indi görək bu jürinin özünün seçmək, təyin etmək statusu nə dərəcədə  etalondur, obyektivdir, ədalətlidir.  Cəmiyyət bu  ölçünü  jürinin  qəbul etdiyi kimi qəbul edirmi?

 Gözəllik  müsabiqələrin qalibləri  10, 100, 1000 nəfərin içində fərqlənə bilər. Amma  o fərqlənə bilməyən  qızlar da hansısa digər 10, 100, 1000 nəfərin içində gözəldir.


Kişilər rasional, qadınlar isə emosionaldırlar

 

Ümumiyyətlə, belə nominasiyanın özü  yanlışdır, əxlaqi dəyərlərə ziddir. İnternetdə daha bir gözəllik yarışması haqqında oxudum:

"Bakıda evli xanımlar arasında gözəllik müsabiqəsi keçiriləcək”. Bir ailənin xanımının ən obyektiv, ədalətli    jürisi onu seçib, dəyərləndirib axı.  Və yaxud: "Toppuş qızlar arasında gözəllik müsabiqəsi”, "Hamilələrin gözəllik müsabiqəsi”, "Məhkum qadınlar arasında gözəllik müsabiqəsi”. Acınacaqlı deyilmi?  30-40 il bundan əvvəl   bu məmləkətdə hamilə qadınlar öz evində  belə, gözə görünməyə, həyət-bacaya düşməyə abır-həya edirdilər.

İndi bilmirəm,  amma  4 il öncə belə məlumat oxumuşdum ki,  Amerikanın  Texas ştatında uşaqlar arasında keçiriləcək "Ouur Liitle Miss” müsabiqəsində  Azərbaycan da öz təmsilçiləri ilə  iştirak edəcək. Bu müsabiqədə seçilən iştirakçılar arasında məntiq, xarici dil biliyi , gözəllik və s detallara üstünlik verildiyi qeyd edilmişdi. 1962-ci ildən ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilən  bu gözəllik müsabiqələrinə balaca qızları da təşviq etmək nə dərəcədə doğrudur?  Məktəbyaşlı uşaqların hər hansı fitri istedadı, zehni bilikləri üçün dünya  səviyyəsində olimpiadalar olduğu halda, gözəllik müsabiqəsi bəs  nə üçündür? 

 

Kişilər rasional, qadınlar isə emosionaldırlar

 

Kişilər rasional, qadınlar isə emosionaldırlar

 

Görünəni, ağıl kəsəni budur ki, gözəllik  müsabiqələri  bir reklam  xidmətidir.  Böyük istehsal və xidmət şirkətləri öz məhsullarını seçmək üçün öz məhsul və xidmətlərini  bu gözəlləri podium çıxarmaqla reklam edirlər.

Azərbaycanda gözəllik  müsabiqələri xarici ölkələrdə olduğu  qədər xarakterik deyil, kaş olmaya da.    Məktəb uşaqlarının istedadlarını üzə çıxarmaq üçün hər cürə imkan var, ən əsası da dövlətin  dövlətin diqqət və qayğısı da. Ümumiyyətlə, məktəbyaşlı uşaqların məktəbdən, təhsildən  uzaq olan  hər hansı  bu  formatlı  seçimlərdə iştirakına ehtiyatla yanaşılmalıdır.

 Arzu olunandır ki, müsabiqəyə can atan   yeniyetmə və gənclər də  gözəllik müsabiqələrinin  mahiyyət və  niyyətlərini  götür-qoy etsinlər.

İnsan sinəsin açıb, yanlarını nümayiş etdirəndə gözəl olurmu? Bu cür müsabiqələrə qatrılmayacaq, heç vaxt podiumlara çıxmayacaq  hansısa, lap deyək hər hansı yapon qızı, sinəsini, yanlarını açsa,  onlar da ən azından müsabiqə gözəlləri qədər gözəldirlər. Podiuma çıxmayıblarsa, hətta  onlardan da gözəldirlər.Çünki onların gözəlliyi  örtülüdür.

Bax, bu məsələlər hamımızı ciddi narahat etməlidir.

Hər bir  gənc qız xüsusi ilə  öz  gələcək talelərinə məsuliyyət və həssaslıqla yanaşmalıdır.

Yaradıcı adamlar, qeyri-hökumət təşkilatları, televiziya, mətbuat bu yönümdə maarifləndirmə işlərinə xüsusi diqqət  yetirməlidirlər. 2 -3 dəfə evlənən, ərindən ayrılan birini televizora dəvət edib millətə yol göstərmək, əxlaq dərsi keçmək üçün tribuna verməsinlər. Bacarırdın, özünün belə ailəsi olaydı və onda sən kiməsə nümunə göstərilə bilərdin və yaxud məsləhət verə bilərdin.

Amma əfsuslar olsun ki, daha çox hallarda verilişlərə məhz belələri dəvət edilir. Çünki qaydasınca həyatını quran bir ailənin xanımı  heç zaman  ekrana çıxmayacaq. Biz belə gördük, bildik, əsl Azərbaycan qadınını. Kimsə ola bilər  ki, gözəl sənət adamıdır, idmançıdır və s. Amma ailə həyatı nümunəvi deyilsə, artıq onun  zahiri gözəlliyi də, sənəti də öz dəyərini itirir.

 "Səttar Bəhlulzadə dünyası” deyimini eşitməmiş deyilsiniz. Yaşadığımız fiziki dünyaya bənzər bir dünya yaradıb bu məşhur fırça ustası: rənglər dünyası, gözəllik dünyası. Bunlar əbədidir. Hisslər dünyası isə ani, keçici.

Bizim bir aktrisa xanım deyir ki, yaxşı sponsor olsa, yataq səhnəsinə çəkilməyə razılıq verərəm... Narahat olmağa dəyər. Yazıçılar konyuktura yazmaqdansa, gerçək həyatı yazsınlar, 100 il əvvəli qələmə almaqdansa,  sağımızda-solumuzda kütləviləşməyə meyilli olan   naqisliklərdən yazsınlar. 

Bir ağrılı məsələ də bəzi  qızlarımızın, eləcə də oğlanlarımızın əcnəbi nikahlara meyilli olmasıdır.

Məsələn, "Sputnik” İnformasiya agentliyinin  paylaşdığı bir məlumata görə,  2017-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin VVAQ  şöbələri tərəfindən ölkədə 1756  xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında  nikah bağlanıb. Bunlardan  899-u qızlarımızın  xarici ölkə vətəndaşı olan kişilərlə, 857-si isə Azərbaycan  gənclərimizin  xarici ölkə vətəndaşı olan qızlarla  bağladığı  nikahlardır.

Bütün gənclərimiz  xoşbəxt olsun, xoşbəxt ailə qursun. Amma belə nikahlar həmişə narahatlıq doğurur.  Həyat bu həqiqəti dönə-dönə təsdiqləyib ki, "vətənin bircə qış günü, qürbətin min baharından yaxşıdır”.  

 

Kişilər rasional, qadınlar isə emosionaldırlar

 

Həyat həmişə eyni vəziyyətdə qalmır. İnsan yaşlaşdıqca fiziki və zahiri təsirlərə məruz qalır. İndi əcnəbi bığburmanın xoşuna gələn qızımız 10-15 ildən sonra bu vəziyyətində qalmayacaq: çünki onun qanında var uşaq doğmaq, ailəyə, ərə, qaynanaya,qaynataya baxmaq və s...Bu qayğıların  axarında şuxluq, təravət qalan şey deyil.Əcnəbilər də hər zaman "təzə gül dərmək”sevdasında  olurlar.

Son illər  Azərbaycanda boşanan ailələrin  artmağa doğru  meyilli olması   bu "sevda”nın simptomları təsirini bağışlayır. Kütləvi informasiya vasitələrində, radio və televiziya kanallarında heç gör  "gümüş”,"mirvari”,"qızıl”,"zümrüd”,"brilyant” toylardan heç yazan, veriliş hazırlayan var, heç  "qızılgül”,"şüşə”  toylqardan yazan yox. 

   Azərbaycan ailəsi öz dəyərlərinə görə xarici  ölkələrdə qurulan ailələrdən   çox müqəddəs və etibarlıdır. Bəzi xüsusiyyətlərimiz var ki, məsələn, ailədə ailə başçısı kimi atanın/ərin üstün rolu mütləq lazımdır, çoxları bunu mühafizəkarlıq kimi dəyərləndirir, əgər  həddi keçməyəcəksə, qabalıqla müşayiət olunmayacaqsa, mən belə mühafizəkarlığa heç də pis baxmıram.  Çünki  Azərbaycan kişiləri  rasionaldır, ətrafını, dünyanı görür, müqayisə edir, nəticə çıxarır. Çətinlik çəksə də, serialların qabartdığı  həyatı yaşaya bilməsə də, heç bunu istəmir, istəməyəcək də. Qadınlar isə emosional olduqlarından daha sadəlövh olurlar, hər cürə vədə, xoş sözə inanırlar. Bəzən aldanırlar da. Dəbdəbəli, ailə, qadınlıq, analıq əziyyətləri çəkmədən yaşamağa da qadınlarımız kişilərə nisbətən daha  maraqlıdırlar. biz heç də firavan həyatın əleyhinə deyilik. Ailənin səadəti üçün firavanlıqdan daha çox sevgi, birgə səy lazımdır.

Şəxsən  mən elə ailə səadəti haqqında düşünmək istəməzdim  ki,  həmin ailədə ər və qadın  heç bir əziyyət  çəkmədən, narahatçılıq və həyəcan keçirmədən, həm də birlikdə keçirmədən,  hazır səadətə  qonaq olsunlar.

Qoy gözəl ailələrimiz olsun,  bu ailələrdə gözəl övladlar, şirin-şəkər  nəvələr dünyaya gəlsin. Ata-analar, baba-nənələr onları böyüdüb boya-başa çatdırsınlar.   Həyatda ikən övladlarının fərəhini dadsınlar.

Bu arzuları gerçəyə çevirmək isə insanın  həyat haqqındakı baxışlarından, öz taleyinə məsuliyyətindən,  həyatını necə qurmasından çox asılıdır.

Bir gözəl mahnıda deyildiyi kimi:


Axar çaylar sən kiminsən? - Mənə körpü salanın.

Doğan günəş sən kiminsən? - Məndən işıq alanın.

Sonsuz fəza sən kiminsən? - Məndə qanad çalanın.

Həyat,söylə sən kiminsən? - Mən həyatı öyrənənin, bacaranın, alanın...


Kişilər rasional, qadınlar isə emosionaldırlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz