» » Qonaqlıq və qonaqlıq ədəbləri haqqında

Qonaqlıq və qonaqlıq ədəbləri haqqında

Qonaqlıq və qonaqlıq ədəbləri haqqında
Xalqımızın ən gözəl adət-ənəənələrindən biri də qonaqlıqdır. Qonaq tarixin bütün dövrlərində ölkənin , şəxs olaraq bir ailənin ən hörmətli adamlarından hesab olunur. Məsələn, kəndə Cəfər kişigilə Türkiyədən qonaq gəlmiş. Türk qonaq nə qədər ki, Cəfərkişigildədir, bütün kənd bu həyəti dünənəqədərkindən fərqli qəbul edir, axı burda qonaq var. Qohum-qardaşlar, qonşular belə istəyir ki, onu qonaq çağırsınlar. Hər ailənin iki otağından biri həmişə hazır vəziyyətdə vaxt-bivaxt gələcək qonaqlarını gözləyərdi.
"Qonağlı evin ruzisini Allah yetirər” "Qonaq evin ruzisidir” və s.
Qonaq da var öz ölkəndən, hətta öz kəndindən olur. Bir ailənin yaşadığı evə gələn, lap dəqiqləşdirsək, həyətə, evə gələn və yaxud dəvət oluna bilən hər kəs qonaq sayılır. Hətta, əmin, dayın, xalan, bibin qonaq sayılır. Bu evin övladı olan qız və ya oğlan ailə qurubsa, öz ata-anasına baş çəkməyə gəlirsə, o, qonaq sayılmaz, o, öz evinə gələr, valideynlərinə baş çəkməyə gələr və s.
Türklər buna "ziyarət” deyərlər. Yəni bir adam icazə alaraq bir başqasını görməyə gedir. İcazə almadan gedənlər isə ancaq möhkəm dostalar arasında olur.
Görünür ki, məsələnin cövhərindəki incə nüanslar nəzərə alınmayıb. Qonaq odur ki, əvvəldə dediyimiz kimi, vaxt-bivaxt qapına gəlir, Allahın adın tutur, sənə sığınır. Sən də qəbul edib saxlayırsan, çayını-çörəyini verirsən: Allahın buyurduqlarını yerinə yetirmiş olursan. Bibinəvəsi dayınəvəsigilə gedirsə, niyə də icazə və ya xəbərdarlıq edərək getməlidir. Qonaq çağrılmaq görmüşəm. Amma son 20-25 ilə kimi bizə heç vaxt (ata ocağı nəzərdə tutulur) xəbər göndərməyib ki, sizə qonaq gələcəyik. Bunu, əksinə, qonaq gedən dam özünə sığışdırmazdı. Belə xəbərdarlıq o vaxt olurdu ki, Əli kişi oğluna Vəli kişinin qızını almaq istəyirdi. Elçi getmək istəyəndə xəbər-soraq edirdilər ki, sizə qonaq gəlmək istəyirik. Bir növ, xatircəmlik üçün. Qız evi deyərdi ki, qonaq Allah qonağıdır, onda elçilik nümayəndəsi bir az da ürəklə gedərdi.Nadir hallarda olardı ki, qız evi etiraz cavabı verirdi: qonaq Allah qonağıdır, amma elçi gəlirsinizsə, bəri başdan əmin olun, biz hələ qızımızı ərə vermirik.

Qonaqlıq və qonaqlıq ədəbləri haqqında

Sonralar qonaqlıq qaydalarına , mənim fikrimcə, uyğun olmayan çalarlar qatıldı. Səbəbini belə izah etdilər ki, məsələn, hansısa evə qonaq gedəndə ev sahibi deyərdi ki, bir balaca xəbərdarlıq edəydiniz, əvvəlcədən hazırlıq görəydim, bu dar macalda əl-amanda qalmayaydım.
Bu, görünən tərəfi idi. Əslində iqtisadi çətinliklərlə bağlı namını yerə verməyib belə deyərdilər. Çünki hər cürə hazırlığı olan heç belə deməzdi, şəstlə "dərəvaya düşüb” (haray-həşirlə, təmtəraqla mənasında) hazırlığın görərdi. Söhbət bir-birinə calanar, bir də görərdin, yemək də hazır. Mən şəxsən heç vaxt xəbərdarlıq edib qonaq getmədim və getməyəcəyəm də. Bu, yadlaşmadan xəbər verir. Qəbul edirəm, bir qədər iqtisadi çətinlik var, mma əsl səbəb bu deyil. Əsl səbəb odur ki, insanlar tənbəlləşib. Tutaq ki, biz "Nargilə” kafsinin yanında oluruq. Burdan Lökbatana qonaq gedirik. Gedirik və məlum olur ki, ev sahibi evdə yoxdur. Artıq əziyyət olmasın deyə qonaqlıq töhtiyələrini (ədəblərini) modernləşdirdik: telefon edirik ki, evdəsinizsə, sizə qonaq gəlirik. Belə qonaqlıq olmur. Qonaq dəvət edərlər, bu başqa. Amma deyib qonaq getməzlər. Deyib getmək, əslində artıq əziyyət və xərcə salmaqdır. Məcbur edirik ki, nəsə hazırlıq görsünlər. Əsl qonaq odur ki, yadına salıb gedir, Allahverəndən yeyib-içib söhbət edirlər, dərləşirlər. Diqqət: qonaqlığın mahiyyəti də yeyib-içmək deyil, bir-birlərinə ehtiyac duran yaxınların görüşmək istəyidir.
Xəbərdar edilib, vaxt təyin edilib gedilən görüş qonaqlıqla , ziyarətlə heç bir aidiyyəti yoxdur.
Əgər bir ailə - şəxs qonaqlıq təşkil edibsə, səni də dəvət edə bilər, yəni əvvəlcədən xəbərdar olmusan, bu, tamam başqa mahiyyətdir. İndi qalır qonaqlığa getmək və iştirak etmək, qonaqlıq edənin sevincinə ortaq olmaq. Bəs necə?

Qonaqlıq və qonaqlıq ədəbləri haqqında

Qonaqlığa vaxtından on dəqiqə əvvəl gedilməlidir. Çox tez getmək ev sahibini məşğul etdiyi kimi, çox gecikmək də hörmətsizlik olardı. Müəyyən üzürlü səbəbdən on beş, iyirmi dəqiqə gecikilə bilinər: nəqliyyat gözləyərsən, yolda tıxaca düşərsən və sair. Adətən, yüksək mövqe sahibləri, məşhur insanlar qonaqlığa ən son gəlirlər.
Bəziləri axşam yeməyi vaxtında qonaq gedirlər. Belə vaxtlarda ailənin üzvləri gedə bilər, digər kimsənin qonaqlığa axşam getməs doğru deyildir. Qonaqlığa o vaxtlar ğncəsdən hazırlaşardılar, paltar seçərdilər.
Qonaqlıq günü yolda içki içilməməli, siqaret çəkilməməlidir. Siqaret çəkə-çəkə bir həyətə, evə daxil olmaq kobudluqdur.
Qapıya çatanda zəngi vurmaq tələb olunur,
həm də qapının zəngini ən çox üç dəfə çalmaq olar. Birinci siqnala səs verilməzsə, bir qədər fasilə ilə sonra ikinci dəfə çalınır. Yenə cavab verilməzsə, zəngin düyməsini tərar olaraq bir neçə dəqiqə sonra çalın.
Qapının açılacaq hiss etdiyizdə evin içi görməyəcək tərəfdə durmalısınız.
Qapını açan şəxs tanış deyilsə,ondan əvvəl siz özünüzü təqdim etməlisiniz.
Əgər qonaqlıq təşkil olumuşsa, gələ qonaqlar da çoxluq təşkil edirsə, ilk əvvəl yaşlı kişilər, sonra qadınlar içəri girər.
Qonaq getdiyiniz evə şapka, palto, çəlik, çətir və buna bənzər şeylərlə daxil olmaq doğru deyil, onlrı ayrılmış xüsusi yerdən asmaq lazımdır.
Ev sahibi qadındırsa, heç bir kişinin palto və ya pencəyinin çıxarılmasına kömək etməz, ancaq qonaq çox yaşlı isə hörmət naminə kömək edə bilər.

Qonaqlıq və qonaqlıq ədəbləri haqqında

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz