» » Hansı yaşda evlənməli (II yazı )

Hansı yaşda evlənməli (II yazı )

Müəllif: Anaveusaq.az от 6-12-2016, 20:05
Hansı yaşda evlənməli (II yazı )

Bu gün tibb elminin malik olduğu texnologiyalar, həmçinin süni mayalanma kimi vasitələr ata-ana olmaq imkanı versə də, bu cür texnologiyalar təbiətin qanunlarına qarşı qoyula bilməz. Son olaraq söyləyəcəyimiz, əgər bir körpə istədiyinizdən əminsinizsə, bunu, əsla, gecikdirməyin.

Əgər maddi zəmanət istəyirsinizsə: 30 yaş 

Çox pul arzulayan gənc qadınların bir az səbirli olmaları və evliliyi gecikdirmək maddi gələcəkləri baxımından daha etibarlı olacaq. Əgər 20 yaşlarınızda nikah masasına otursanız, pul evlilikdə ciddi bir stress qaynağı ola bilər. Erkən evlənən kişi və qadın öz kefi üçün sərhədsiz pul xərcləyən yoldaşlarını qısqanmaqdadırlar. Onlar davamlı olaraq pul yığmağa meyilli olar, ev xərcləri üçün müəyyən maddi imkanın lazım olduğunu hiss edərlər.
Ancaq bu cür problemlər 35 yaşlarındakı cütlər üçün böyük bir əhəmiyyət təşkil etməz. 35 ilə 44 yaş arasındakı evli qadınların ev xərcləri 18- 24 arasındakı qadınların demək olar ki, 5 qatı qədərdir. Şübhəsiz ki, yaşınız artdıqca iş təcrübəniz və maaşının da artar : siz həm ev rahatlığını təmin etmiş olar, həm də evlənmənin duyğulrını da yaşaya bilərsiniz.

Əgər döyüşlərin az olmasını istəyirsinizsə: 30 yaş

Sevdikləri ilə savaş etməyə dözüm edə bilməyən qadınların 30 yaşlarda evlilik üzüyü taxmaları döyüş riskini azaldacaq. Çünki yaşlandıqca qarşılarındakını anlama istəkləri artır və atəş azalır. Məsələn, kədərli olduğunuzda qəribə şeylər etməzsiniz və müzakirəni yetkinliklə qarşılayarsınız. 20 yaşlardakı gənclərin çoxu, yoldaşları ilə döyüş edərkən qışqırıb çağırmaq, bir şeylər fırlatmaq və qırmaq kimi meyillər göstərirlər.
30 yaşlarında yeni evlilərin çoxu yetkin rəftarlar əks etdirib, hər gün bir-birləri ilə ünsiyyət yaratmağa çalışarkən, daha gənc evlilər ünsiyyətə çox zaman ayırmırlar. Ziddiyyətlər və münaqişələr ortaya çıxdığında isə gənc ailəni qarşılaşdığı problemdən qurtaran yaxşı ünsiyyət və qarçılıqlı etimad olur. Bu mənada ünsiyyət çox böyük gücdür. Gənc evlilər isə oturub üz-üzə qonuşamadıqları üçün hər şey idarələrindən tez çıxır və evlilikləri də qısa müddətdə pozulur.

Əgər aid olmaq istəyirsinizsə: 20 yaş 

Əslində, 20 yaşlılar "bəli" demək üçün ən ideal yaş dövrüdür. Bu sehirli yaşdan uzaqlaşdıqca, özünüzü o qədər qəribə hiss başlarsınız. 30 yaşa kimi ailə qurmamaq insanda tədricən laqeydlik əmələ gətirir, çünki insan istər- istəməz özünü cəmiyyət xarici hiss etməyə başlayır.
30 yaşına kimi ailə qurmamış qadınlar narahat və "evdə qalacağam, kimsəni tapa bilməyəcəyəm" deyə düşünməyə başlayırlar. Evlilik üzüyü taxılandan sonra belə bu mənfi düşüncələr ondan uzaqlaşmır. Geç evlənən qadınlar həmişə şübhələnirlər ki, insanlar onlar haqqında "bu vaxta qədər görəsən o, niyə evlənməyib?" deyə düşünürlər?
Hansı yaşda evlənməli (II yazı )

Əgər peşmanlıq istəmirsinizsə: 30 yaş 

Araşdırmalara görə evləndiyi üçün peşmanlıq duyan qadınların demək olar ki, daha böyük hissəsi 20 yaşlıların evliliklərinin ilk vaxtlarında olur.
Bunlarla qarşılaşmamaq üçün sevgilini, sevdiyinizə düşünərəkdən, anlayaraqdan seçin.
Fərqi yoxdur, yaxşı və ya pis gündə bərabər olub -ola bilməyəcəyinizi göstərəcək bir neçə xüsusiyyətləri hökmən nəzərə alın. Nikah masasına oturub "bəli" deməzdən əvvəl diqqət yetirməniz lazım olan bir neçə mühüm nöqtəsini diqqətinizə çatdırırıq:
Əgər həyatınızı bir kişi ilə keçirməyə qərar vermişsinizsə, onunla hər zaman ünsiyyət qura biləcəyinizə, hətta dərin müzakirələr apara bildiyinizdyn əmin olun. Həmişə eyni şeyləri danışmaq, ya da həmişə maral etmək bir müddət sonra darıxdırıcı ola bilər. Bir-birinizə danışmaq yerinə bir-birinizlə danışmağı səy edin. Günün sonunda bir-birinizə maraqlı məlumatlar təqdim edən dialoqlarınızı, fikirlərinizi müzakirə danışmalarına çevirin. Əgər musiqidən dinə qədər hər mövzuda həmfikirsinizsə, bu, romantik mənada da doğru yolda olduğunuzu göstərir.

Tez-tez bir-birinizə toxunusunuz

Təsadüfi ailə quran cütlər də belə gözəl bir seks həyatına sahib ola bilər, ancaq həqiqətən şən olanların yataq otağının xaricinə uzanan fiziki bir bağlılıqları var və bu anlşıqlı, şirin ülfətin, ünsiyyətin axarında davam edirsə, tamdır, mükəmməldir. Yaxşı bir evliliyə sahib cütlərin (neçə illik evli olsa- olsun) çoxunun bir-birlərinə seks xaricində da toxunmaqdan xoşlandıqları sirr deyil. Bir-birlərinin əlini tutan, danışarkən qollara toxunan və yataq otağı xaricində də popolarına toxunan cütlər eşq həyatlarına uzun illər əlavə bir bağlılıq yaratmış olurlar.
Hər ikiniz həyatda nələr edəcəyinizdən və həyatdan nə gözlədiyinizdən əmin olmadan evlənmə qərarına gəlməməlisiniz. Həyata dair sualların hamısının cavabını tapa bilməmiş ola bilərsiniz, ancaq ən azından bu mövzuda səy xərcləməniz kifayət qədər yetişdiyinizi göstərir. Ancaq bundan sonra evliliyinizin gerçək məqsədlərinə nail ola bilərsiniz və "evçilik” oynayan bir kiçik qız vəziyyətinə düşməzsiniz.

Hansı yaşda evlənməli (II yazı )
Qeyd:Tərcümə ilə işlənilmişdir.
Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz