» » Hansı yaşda evlənməli? ( I yazı )

Hansı yaşda evlənməli? ( I yazı )

Müəllif: Anaveusaq.az от 5-12-2016, 00:05
Hansı yaşda evlənməli? ( I yazı  )

İngilis filosofu Bacondan soruşublar:
- İnsan hansı yaşda evlənməlidir?
Bacon cavab verib:
- Hər yaş uyğundur. Qadın gənc bir kişi üçün sevgili, ortayaşlı üçün yoldaş, ahıl adam üçün də xəstə baxıcısıdır.

Bəs evlilik yaşı neçədir, hansı yaşda evlənilməlidir?

Evlilik yaşı bir adamın evlənməsi üçün qanunla müəyyən edilən yaşdır. Müasir dünyamızda ən çox müşahidə edilən evlənmə yaşı 18-dir, ancaq bu durum bütün dünyada heç də eyni deyildir. Onu da qeyd etmək lazımdır ki, evlənmə yaşı seksual yaşla qarışdırılmamalıdır.
Bir çox ölkədə erkək və qızlar evlənmə yaşı eyni ikən bəzi ölkələrdə qızların daha kiçik yaşda ərə getməsinə icazə verilir. Bəzı ölkələrdə ailənin razılığı varsa, evlənmə yaşından daha kiçik yaşda da evlənə bilərlər. İnkişaf etməkdə olan bazı ölkələrdə qanuni evlənmə yaşı təsbit edilmiş olmasına baxmayaraq, bəzən buna əməl edilmir də. Diqqət edək:

-ABD: bir çox əyalətlərində 18;
-İngiltərə: 18; valideynlərinin razılığı varsa, 16; 
-Almaniya: 18; valideynlərinin razılığıı və məhkəmə qərarı varsa, 16 və daha az;
- Türkiyə: 2002-ci ildən bəri 18; valideynlərinin razılığı varsa, 17; xüsusi hallarda məhkəmə qərarı ilə hətta 16-ya endirilə bilir;
-Çin Xalq Cümhuriyyəti: erkəklərdə 22, qadınlarda 20 ;
-Səudiyyə Ərəbistanı: hansısa qadağa yoxdur;
-Əfganıstan: erkəklərdə 18, qadınlarda 16

Azərbaycanda ailə qanunverciliyində nikah yaşı 18-dir. Lakin üzürlü səbəblər olduqda,  yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı  nikah yaşına çatmamış şəxslərin  xahişi ilə onların nikah yaşının  1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.
Biz hesab edirik ki, evlilik yaşı həyatı, sevgi, ailə öəlliklərini tamam-kamal dərk edib, onu qəbul edib, ona hazır olduğun yaşdır. Bioloji yaş müəyyən baxımdan doğru olsa da, bəzən yaş heç də hər şeyi həll etmir, o, sadəcə, məsələnin elmi, hüquqi tərəfindən məqbuldur. Amma çox gec yaşlarında ailə quran adamlar görmüşəm ki, artıq "yorulmuş" olub, evliliyə də, sadəcə, formal olaraq razılıq verib. Əsl sevgi yaşı ailə xoşbəxtliyi ilə bağlı bütün şərtlərin bir-birini tamamladığı zaman yetişir.
Aşağıda sizə türk saytlarının birində rast gəldiyimiz maraqlı bir yazı təqdim edirik. Yazı müəyyən ixtisarla verilir:

Hansı yaşda evlənməli? ( I yazı  )

Evlənmə yaşı  bioloji yaşdan daha çox,  evlilikdən nə istədiyinizə bağlıdır. Çünki  evlilik yaşınızı gündəmə gətirən eşq, uşaq, karyera, güvən və s.  kimi məsələlərdir. Evlilik üzüyünü  barmaqlarına erkən yaşda taxsalar da, erkən də boşanan gənc qadınlar ın  ailə  səadətini   qaydasınca  bir kişi sevib evlənərək uşaq sahibi olan qadınlarla müqayisə edərkən  düşünürsən ki, görəsən, evlilik üçün həqiqətən də zaman uyğunluğu lazımdırmı?

Bəzi araşdırmalar enerjinin və təcrübənin mükəmməl nöqtəyə çatdığı 28-32 yaşlarını evlilik üçün ən münasib  zaman hesab edirlər. Sirr  deyil ki, erkən evlənmək nə qədər problem deməkdirsə, gecikib evlənmək də  o qədər bir ayrı problem deməkdir. Lakin hər iki halın müsbət və mənfiləri o qədər müxtəlif və mürəkkəbdir ki, evlənmək məsuliyyətinə hazır sınızsa, elə ən yaxşısı özünüz üçün ən uyğun olan yaşda evlənməyinizdir.   

Rutgers Universitetinin evlilik layihəsi üzərində işləyən qrupun başçısı David Popenoen   ən uyğun olan evlənmə yaşını aşağıdakı təyin etmişdir:


Əgər   istəyiniz intim həyatla bağlıdırsa, 20-29 yaş daha münasibdir 

Əgər evlilik üçün seçib qəbul etdiyin 24 yaşlarında evlənməyə hazır, istəkli, uyğun  bir kişidirsə, heç düşünmədən nikah qura bilər və onun üçün gənc, evli bir qadına çevrilə bilərsiniz. Yeni evlənən 4000 adam arasında aparılan  bir araşdırmaya görə intim həyatı ən məhsuldar olan cütlüklər 20-29 yaşlarındakı gənclər olur.   

Əgər əlaqə və gerçək eşq istəyirsinizsə: 30 yaş məsləhətdir

Hansı yaşda evlənməli? ( I yazı  )

Araşdırmalara görə, 25 yaşından əvvəl evlənən kişilər risk daşıyırlar, bu yaşlar kişilərin aldatmağa ən uyğun olduqları yaşdır, hormonlar çoxaldığı üçün daha çox seks istəyərlər. Buna görə bu yaşdakı evli kişilərə çox diqqət etmək lazımdır.
Araşdırmalara görə, gənclərin sadiq qalması daha çətindir. 20 yaşlarında olan qadınlar 30 yaşlılarla müqayisədə nikah günündən etibarən bir başqa kişi tərəfindən başdan çıxarılmağa daha meyillidir.

Əgər yaxşı bir karyera qurmaq istəyirsinizsə: 30 yaşdan  əlverişli olacaq

Əgər şirkətdə pillələri aşaraq yüksəlmək istəyirsinizsə, nikah masasına oturmaq üçün tələsməyinz. Gənc evlənən cütlüklər əksəriyyətlə istər- istəməz ənənəvi rolları mənimsəyirlər: kişi çalışır və pul qazanır, qadın da evə nizam verir.
 Araşdırmalara görə, 20 yaşlılar özlərini sübut etmək üçün saatlar sərf etmək lazım gəlirsə,  30 yaşlı insanlar artıq  professionallaşmış olurlar.

Əgər çox uşaq istəyirsinizsə: 20 yaşdan ailə qurmalı olacaqsınız

Hansı yaşda evlənməli? ( I yazı  )

Bildiyiniz kimi, dünyaya uşaq gəlməsi   üçün nə qədər çox gözləsəniz, işiniz o qədər çox çətinləşir. Hamilə qalmaq getdikcə çətinləşir. 31 yaşından başlayaraq,  hamilə qalma ehtimalınız günbəgün, ilbəil azalır və hər keçən ildən sonra bir il əvvəlkindən daha  gərgin hal alır. Bu görə 35 yaşına gəldiyinizdə artıq şansınız 29 yaşındakı qədər qədər yüksək deyil. Və 40 yaşına gəldiyinizdə məhsuldarlıq ehtimalınız kifayət qədər düşmüşdür. 29-da, ya da ondan əvvəl ilk uşağı olmuş qadınların istədiyi qədər çox uşağa sahib olma şansı 30 yaşında ilk uşağını doğmuş olana müqayisədə 5 qat daha çoxdur.

Hansı yaşda evlənməli? ( I yazı  )

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz