» » Hansı yaşda evlənməli? ( I yazı )

Hansı yaşda evlənməli? ( I yazı )

Müəllif: Anaveusaq.az от 5-12-2016, 00:05
Hansı yaşda evlənməli? ( I yazı  )

İngilis filosof Bacondan soruşublar:
- İnsan hansı yaşda evlənməlidir?
Bacon cavab verib:
- Hər yaş uyğundur. Qadın gənc bir kişi üçün sevgili, ortayaşlı üçün yoldaş, ahıl adam üçün də xəstəbaxıcısıdır.

Bəs evlilik yaşı neçədir, hansı yaşda evlənilməlidir?

Evlilik yaşı bir adamın evlənməsi üçün qanunla müəyyən edilən yaşdır. Müasir dünyamızda ən çox müşahidə edilən evlənmə yaşı 18-dir, ancaq bu durum bütün dünyada heç də eyni deyildir. Onu da qeyd etmək lazımdır ki, evlənmə yaşı seksual yaşla qarışdırılmamalıdır.
Bir çox ölkəde erkək və qızlar evlənmə yaşı eyni ikən bəzi ölkələrdə qızlar daha kiçik yaşda evlənməsinə izin verilir. Bəzı ölkələrdə ailənin razılıq varsa, evlənmə yaşından daha kiçik yaşda evlənməsin icazə verilir. İnkişaf etməkdə olan bazı ölkələrdə qanuni evlənmə yaşı təsbit edilmiş olmasına baxmayaraq, bəzən buna əməl edilmir də. Diqqət edək:

ABD: bir çox əyalətlərində 18
İngiltərə: 18; valideynlərinin razılığı varsa, 16
Almaniya: 18; valideynlərinin razılığıı və məhkəmə qərarı varsa, 16 və daha az
Türkiyə: 2002-ci ildən bəri 18; valideynlərinin razılığı varsa, 17; xüsusi hallarda məhkəmə qərarı ilə hətta 16-ya endirilə bilir
Çin Xalq Cümhuriyyəti: Erkəklərdə 22, kadınlarda 20
Səudiyyə Ərəbistanı: Limit yoxdur
Əfganıstan: Erkəklərdə 18, qadınlarda 16

Azərbaycanda ailə qanunverciliyində nikah yaşı 18-dir. Lakin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.
Biz hesab edirik ki, evlilik yaşı həyatı, sevgi, ailə öəlliklərini tamam-kamal dərk edib, onu qəbul edib, ona hazır olduğun yaşdır. Bioloji yaş müəyyən baxımdan doğru olsa da, bəzən yaş heç də hər şeyi həll etmir, o, sadəcə, məsələnin elmi, hüquqi tərəfindən məqbuldur. Amma çox gec yaşlarında ailə quran adamlar görmüşəm ki, artıq "yorulmuş" olub, evliliyə də, sadəcə, formal olarsq razılıq verib. Əsl sevgi yaşı ailə xoşbəxtliyi ilə bağlı bütün şərtlərin bir-birini tamamladığı zaman yetişir. Aşağıda sizə türk saytlarının birində rast gəldiyimiz maraqlı bir yazı təqdim edirik. Yazı müəyyən ixtisarla verilir:

Hansı yaşda evlənməli? ( I yazı  )

- Evlənmə yaşınız bioloji yaşınızdan çox, evlilikdən nə istədiyinizə bağlıdır. Eşq, seks, uşaq, karyera, güvən ... və s. məqsədlərdir evlilik yaşınızı gündəmə gətirən.
Evlilik üzüyünü erkən yaşlarında taxsalar da 30 yaşından əvvəl boşanan gənc qadınlar və çox gecə saxlamayaraq vaxtında bir kişi sevib evlənərək uşaq sahibi olan qadınlar... Bunların ailə talelərini izlədikcə düşünürsən:
Görəsən evlilik üçün həqiqətən də zaman uyğunluğu lazımdırmı? Bəzi araşdırmalar enerjinin və təcrübənin mükəmməl nöqtəyə çatdığı 28-32 yaşlrını evlilik üçün ən uyğun zaman olaraq təyin etməkdədir. Sir deyil ki, erkən evlənmək nə qədər problem deməkdirsə, gecikib evlənmək də fərqli məzmunda bir ayrı problem deməkdir. Lakin müsbətlər və mənfiləri o qədər müxtəlif və mürəkkəbdir ki, ən yaxşısı özünüz üçün ən uyğun olan yaşda evlənməyinizdir, evlənmək məsuliyyətinə hazır olmağınızdır. Odur ki, ən uyğun zamanda evlənmək ehtiyac və gözləmələrinizə rəğmən uşaq, karyera, seks-xoşbəxt bir həyat sürmə şansınızı artırar.
Rutgers Universitetinin evlilik layihəsi üzərində işləyən qrupun başçısı David Popenoen bu cür gözləmə və istəkləri nəzərə alaraq ən uyğun olan evlənmə yaşını aşağıdakı təyin etmişdir:

Əgər möhtəşəm bir seks istəyirsinizsə: 20-29 yaş daha münasibdir.

Əgər evlilik üçün seçib qəbul etdiyin 24 yaşlarında evlənməyə hazır, istəkli, uyğun və seksual bir kişidirsə, heç düşünmədən nikah qura bilər və onun üçün gənc, evli bir qadına çevrilə bilərsiniz. Yeni evlənən 4000 adam arasında edilən bir araşdırmaya görə seks həyatı ən məhsuldar olan cütlər 20-29 yaşlarındakı cütlər olur. Birillik evlilikdən sonra 20 yaşlardakı evlilər ayda 24 dəfə seks edərkən, bu ədədin 30- dan yuxarı yaşlarını yaşayan evlilərin ayda 17 dəfə olduğu təsbit edilmişdir(ki bu da kiçik hesab edilməyəcək bir rəqəm).
Ayrıca araşdırmalar 20 yaşlarında olan cütlərin 30-cu yaşlara nəzərən yataqda daha təcrübəli olduqlarını göstərir. Gənc cütlər sevişməyə başlamadan əvvəl yüksək bir istəyin yaradılmasını təmin edə və daha ehtiraslı sevişmələr yaşaya bilirlər. Gənc qadınlar özlərindən daha yaşlı olanlara nisbətən rejimdə olmadıqları halda, yoldaşlarını məmnun etməkdə daha bacarıqlıdırlar.

Əgər əlaqə və gerçək eşq istəyirsinizsə: 30 yaş məsləhətdir.

Hansı yaşda evlənməli? ( I yazı  )

Araşdırmalara görə 25 yaşından əvvəl evlənən kişilər risk daşıyırlar, bu yaşlar kişilərin aldatmağa ən uyğun olduqları yaşdır, hormonlar çoxaldığı üçün daha çox seks istəyərlər. Buna görə bu yaşdakı evli kişilərə çox diqqət etmək lazımdır.
Ayrıca araşdırmalara görə gənclərin sadiq qalması daha çətindir. 20 yaşlarında olanlar 30 yaşlılara müqayisədə nikah günündən etibarən bir başqa kişi tərəfindən başdan çıxarılmağa daha meyillidir.

Əgər yaxşı bir karyera qurmaq istəyirsinizsə: 30 yaşdan  əlverişli olacaq. 

Əgər şirkətdə pillələri dırmanıb yüksəlmək istəyirsinizsə, nikah masasına oturmaq üçün səbirsizlənə bilirsiniz. Gənc evlənən cütlər əksəriyyətlə istər- istəməz ənənəvi rolları mənimsəyirlər, kişi çalışır və pul qazanar, qadın da evə nizam verir.
Adətən, daha gənc evlənən kişi və qadının bir-birlərinin peşələrinə dünyagörüşləri bərabərdir. Peşə karyeranız müəyyən bir sürətə qovuşduqdan və müəyyən bir nöqtəyə gəldikdən sonra evliliyin onu enişə soxması ola biləcək deyil. Yenə araşdırmalara görə 20 yaşlılar özlərini sübut etmək üçün saatlar sərf məcburiyyətində qalarkən 30 yaşlılarda insanlar daha professionallaşmış olurlar.

Əgər çox uşaq istəyirsinizsə: 20 yaşdan ailə qurmalı olacaqsınız.

Hansı yaşda evlənməli? ( I yazı  )

Bildiyiniz kimi uşaq etmək üçün nə qədər çox gözləsəniz, işiniz o qədər çox çətinləşir. Hamilə qalmaq getdikcə çətinləşir və nə qədər çətinləşdiyini fərq etməyə bilər. 31 yaşından başlayaraq hamilə qalma ehtimalınız günbəgün, ilbəil azalır və hər keçən ildən sonra bir il əvvəlkindən daha dramatik nöqtədə olarsınız. Bu görə 35 yaşına gəldiyinizdə artıq şansınız 29 yaşındakı qədər qədər yüksək deyil. Və 40 yaşına gəldiyinizdə məhsuldarlıq ehtimalınız kifayət qədər düşmüşdür. 29-da, ya da ondan əvvəl ilk uşağı olmuş qadınların istədiyi qədər çox uşağa sahib olma şansı 30 yaşında ilk uşağını doğurmuş olana müqayisədə 5 qat daha çoxdur.

Hansı yaşda evlənməli? ( I yazı  )

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz