» » İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

 

Ailə onu meydana gətirən fərdlərin xoşbəxtliyi və bir-birlərinə bağlılığı sayəsində güclənir. Xoşbəxtlik isə ianə deyil, beynəlxalq humanitar təşkilatlar vasitəsi ilə şəffaf, bərabər şəkildə paylanılmır. Doörudur, xoşbəxtlərin hamısı eyni cürə xoşbəxtdir deyərlər, amma onlar eyni ümumi anlamda xoşbəxt olsalar da, bu xoşbəxtliyə heç də hamı eyni cürə çatmır. Gənc oğlanlar var, ailə qurmaq üçün evim olsun, işim olsun deyə illərlə gözləyir, amma adam da var, toy edib şadlıq evindən birbaşa onun üçün hazırlanmış malikanəyə gedir.
Xanımlar var, ailəni yola vermək üçün sübh obaşdan qalxar, qaranlıq düşənə kimi işdə, evdə çapalayar ki, boş dayansaq, ac qalasıyıq. Amma xanımlar var, bütün bunları xidmətçilərinə etdirir və s.
Evlənmək-"əlin əlinə dəymək” hələ xoşbəxt olmaq demək deyil, zəngin bir malikanənin gəlini olmaq da hələ bəxtəvərlik demək deyil.
Xoşbəxtlik, bəxtəvərlik eyni nəsə haqqnda eyni düşünə bilməkdir, əyri-üyrü, daşlı-kəsəkli yolu birlikdə dəf edə bilməkdir, istənilənlərlə deyil, olanlarla xoşbəxt olmqdır və ən əsası da bu xöşbəxtliyə şükr etməkdir.
İnsanlar öz səadətini, ailə-övlad xoşbəxtliyini ailə cütləri olaraq özləri əldə etməlidir. Pulla deyil, dayı, bibi, dost, bacı, qardaş vastəsi ilə deyil, ikisi bir yerdə birgə səy göstərməlidir, bir də görməlidirlər ki, maşallah, səadətin qalasını hörüb tamamlayıblar. İndi onun divarları arasında heç bir təsirdən qorxmadan yaşamaq olar.
Mən elə fikirləşirəm ki və hamıya haqqım çatmasa da mənim sağlığımda və məndən sonra böyüyüb-artacaq nəsil xəttimdə hamıya kökəni belə arzulayıram,
istəmirəm kürəkən törənim qız törənimə onu marketdən hazır alıb gətirsin. İstəmirəm oğul törənim ocağımda, yurdumda mənim secgi müqəddəsliyimi, qadınlıq-analıq müqəddəsliyini qoruyacaq, yaşadacaq bəxtəvər gəlin - qızıma kökəni belə alsın. Özləri əksin, becərsin, qulluq etsin, sonra hazır etsinlər, bir yerdə də dadsınlar. Elə bilirəm, marketdən alınandan qat-qat dadlı olacaqdır.
Bu gün sevgi cütlükləri arasındakı soyuqluğun bir səbəbi də belədir: qadın sevgi ilə yemək bişirmir, paltar yuyub-ütüləmir, aylarla birlərinin "Əllərinə əlləri toxunmur", bütün ruh, bədən, hiss sevgisiz qalır, ölgünləşir.

İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

Mən kral dünyasının səadətindənsə öz kasıb-ufacıq daxmamdakı səadətə daha çox bel bağlayıram. Mən qız törənlərimin, Allah nə vaxt qismət edəcəksə, qızıl cam dolu ləl-cəvahiratla əzizlənməsini arzulamıram. Dünyanın ən sadə adamı olsun, dəmirçi olsun, amma ağıllı olsun, Allah adamı olsun, gözü-könlü tox olsun, dünyadan, həyatından umacağı, görəcəyi sadə ailəsini dünyalarca şirin edən ailə, qadın, oğul-uşaq sevgisi olsun. Sevgi və ehtiramları qarşılıqlı olsun. Mənim balalarım, törənlərim xəyal etdikləri ilə yox, əllərində olanlarla xoşbəxt olsunlar.
Təəssüflər olsun ki, dünya qloballaşdıqca, sevgi duyğulrı cılızlaşır, öləziyir. Son illərin müşahidələri göstərir ki, 20-30 il bundan əvvəllərə nisbətən qadının mənzil-sosial şəraiti yaxşılaşıb, qadın əməyini asan edən texnologiyalar var : pampers, paltaryuyan maşın, qaz, mətbəx alətləri və sair. Fəqət, o dövrlə nisbətdə boşanma hallarının statistikası isə çox acınacaqlıdır, boşananların ıralarə genişlənməkdədir, "aralarəndan su da keçməz".
Elə bil ki, boşanmaq adi şey imiş, kişi də, qadın da heç nə olmayıbmış kimi kefləri istədikdə ayrılmaq qərarını verir. Kişini başa düşdük, bəs qadın: bu gün boşanır, səhəri gün adəti üzrə işə gedirsə , saçını da düzəltdirir, ətirlənir və işə yollanır. Toy-düyündən də qalmır, ərə də gedir. Valideynlər də narahat olmur, razılaşır, deyirlər ki, artıq balaca deyil, öz həyatına özü qərar verir. Bu cür sərbəstlik olan ailələr də hər kimin sərbəst qərar verməsi də təbiidir. Sərbəstlik o demək deyil ki, kim qafasına nə gəldi, qərar verəcək, kimsə qarşısında cavabdehlik, məsuliyyət daşımayacaq. Sərbəstlik odur ki, oğul və ya qız müəyyən edilmiş bir inkişaf yolunda ağılla, zəhmətlə özünə nüfuz qazanır, yol müəyyən edir. Hər bir ata istər oğlu, istərsə də qızı tərəfindən ağlla, ailə, nəsil qarşısında cavabdehliklə atılan sərbəst, amma ağılla atılan addımları fəxarətlə qəbul edir. Əksinə, heç bir əndazəyə, məntiqə, ağıla söykənməyən, əsaslanmayan cılız xəyallarla addım atıb, sonra da deyəsən ki, mənim hüququma kimsə müdaxilə edə bilməz, bu, naxələflikdir, burada valideyn özü də məsuliyyət daşıyır. 20-30 il bundan əvvəl ailə üzvləri nəinki ailə qarşısında, eləcə də nəsil qarşısında, kənd qarşısında, bütövlükdə xalq qarşısında cavabdehlik daşıyırdı.
Sonra ölkəmizə bir az dinlə, bir az mədəniyyətlə, bir az idmanla, bir az təhsillə, bir az informasiya texnologiyaları ilə tərbiyəsizliklər, əxlasızlıqlar, yad elementlər axımağa başladı, bəzən bunlara "Avropa belə istəyir", "Avropa bu davranışları qəbul etmir" və s əlyerləri ilə əllərimizi qaldırıb təslim olduq. Amma heç kim avropalıya demədi ki, əməkdaşlıq edək, bir yerdə külüng vuraq, yerin təkinə enək, amma bu xalqın əxlaq və dini rituallarına hər kəs hörmətlə yanaşmalıdır. Bu yolda ən böyük addımı Böyük Ədəbiyyat, Böyük Sənət ata bilərdi. Onlar isə çox halda susqun oldular. Əsər yarandı, amma böyük "uzaqgörənlik və siyasətlə yazılmış əsər.” Əgər bir ər görürsə ki, o, ailəsini dağıtdığı üçün hamı ona vurağanı baxır, iş yerlərində ona etimadsızlıq göstərirlər, ona ancaq ərdən qayıtmış, uşağı olmayan, şikəst, ayıbı olan kimsədən başqa kimsə yastıq yoldaşı olmayacaq ( buna aid qarşısında faaktlar olsa, bunları görsə, eşitsə), o da by məqamda emosiyaya yox, ağıla tapınar. Əgər bir qadın görsə ki, ailəsini, uşaqlarını düşünməyib ocağını söndürürsə, nikahı pozursa, bütün qohum-əqrəba ondan üz çevirir, onu süpürgəçilikdən başqa heç yerə işə götürmürlər və hansı bir yolu keçəndə həmin süpürgəçilərdən birini görürsə və görürsə ki, bir baxa bilsin deyə gözləri açıq olur, qalan hər yeri utandıqlarından örtülü olur, onda yanlış addım atanda bunları dəfələrlə göz önünə gətirər. Göz önünə gətirər ki, ər olmayandan sonra qarşısına çox ləyaqətsizlər çəxacaq. Lap özü pak olsa da, ləyaqətsizlər olacaq ki, hə, ərdən qayıdıb, bu, lap işə yarar ki deyə fikirləşəcək, az qala qapını bağlasan belə, "fortuçka”dan içəri düşmək istəyənlər olacaq. Amma nə uğursuz ər, nə yanlış addımı atan qadın bunları görmür. İndi 3 arvad-alıb boşayan, 3 kişiyə gedən, hələ sabah hansı addımı atacağı bilinməyən birini televiziyaya çıxarıb bizə dərs verdirlər.
 
İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

Elə müğənnilər var ki, şou gecələrində özünü saxlaya bilməyib çıxatdığı hoqqaları bəzi şou veriliçlərdə, saytlrda, "instaqram" deyirsiniz, nə deyirsiniz, onda paylaşırlar, bir azəri qızını gecə saat 3-də hansı istirahət mərkəzinin qarşısında nümayiş etdirirlər. Elə müğənnilər var ki, 2-3 dəfə evlənib, utanmaz-utanmaz bunları yayımladır, mediya da populyarlıq naminə edir. Kərim belə ayrıldı, Namiq Nanəni sevəcəkmi... boşanan, boşayan müğənniıərin siyahısına bir fikir verin..Arasında lap məşhur olanları da var... Bunlar adi məsələlər deyil. İdmançılar da belə. Hətta bəzən deyirlər ki, guya idmançılara, məşhur sənətçilərə bu fürsətdən sui-istifadələrinə göz yumurlar ki, təbi qaçmasın.
Bizim televiziyada nümayiş etdirilən kliplərə heç dinləyici-tamaşaçı marağından bir az aralanıb sərraf gözü ilə baxmısınızmı? Hansı ciddi qız bu cür səviyyəsiz kliplərə çəkilər?Bir klip var, Eşən Xəzər, Aqşin 2 qızı jiqulinin yük yerində gətirib bir zirzəminin samanlığına atırlar..üstünə vedrə ilə su çiləyib başlayırlar öz dahiyanə mahnılarını oxumağa.. Elşən Xəzər qımışır..
Bu, nə demokratiyadır, nə azadlıqdır: insan zərərli nəsə yaradır, istehsal edir, amma kimsə təpki göstərmir. Bu cür qızlar da "aktyorlar"a çevrilir.
Ailəsini atıb düşürlər klip çəkənlərin dalınca, sadəcə, görüntü üçün, oxuyan da mələyə-mələyə onun dalınca sürünür.. Maşında gəzr, siqaret çəkə bilir, istədiyi bölgəyə, şəhərə gedə bilir: xalça toxumur, çörək yapmır, paltar yumur..xumarlanır, bir az da pul da verirlər. Ailə xoşbəxtliyinə çata bimək üçün tələb olunan birgə səylərdən, əməkdən onun üçün, əlbəttə, belə yaxşıdır.
Amma cəmiyyətin sərt qınağı ilə rastlaşsa, belə addımlar ata bilməyəcək. Əgər televiziyamız, mətbuatımız bu məsələlərdə Avropanın qəzəbundən qorxacaqsa, düşünülməmiş, səbatsız addım atanları nümayiş etdirəcəksə, əzaları, qadınlıq cizgiləri açıq-aşkar diqqətdə olan qadın-qızların modelyerlərin, aktrisaların, kimlərin-kimlərin özəl görüntülərini yayımlayacaqsa, onda kiminsə bu mövzuda haray çəkməsi səhrada öz-özünə danışmaqdan başqa bir şey deyil.
Mənəvi-əxlaqi dəyərlərin qorunması üçün cəmiyyətin özünün hədəfləri olmalıdır. Admlar bu cür məsələlərdə həmrəy olmalıdırlar. Nüfuzlu qələm sahiblri, məşhur adamlar xalqın iradəsini ifadə etməyi bacarmalıdır. Ən əsası insanlar cəmiyyət qarşısında, ailə qarşısında borclu olduqlarını heç vaxt unutmamalıdırlar.

İstədiklərinlə yox, olanlarınla xoşbəxt olmaq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz