» » "Eşqin yolunda daş-kəsək var..."

"Eşqin yolunda daş-kəsək var..."

Müəllif: Samirə от 23-01-2017, 00:15
"Eşqin yolunda daş-kəsək var..."

Dünyada sevməyən, nə də sevilməyən bəni-insan yoxdur və ola da bilməz. Kimlərinsə ilk sevgisi çiçək açıb, vüsala yetiblər. Kimlərsə sevgi tayını tapana kimi sevməkdə davam edib: qonşudan sevib, qohumlardan sevib, dostlardan sevib, yadlardan sevib, axır ki, birini tapıb sevişib. Sevginin yaranışdan "mükafatı” intizar, həsrət olub. Qoy olsun. Onsuz da mahnıda deyildiyi kimi, "eşqin yolunda daş –kəsək var...”  
Amma bu da var ki, hansısa oğlan və və yaxud qızlar da olub ki, bilərəkdən aldadıb, belə demək mümkünsə, sadəcə, gün keçirib. Aldadan varsa, aldadan qədər də aldadılan var. Və siz də, bəlkə də aldanmısınız. Sevib vüsala çatmayan da aldanan ola bilər, ailə qurmuş da . Aldanmaq insan qüruruna toxunursa da, əslində, onlar suçlu deyil, zərərçəkmişlərdir. Aldadılmış olmaları , onların "tullanmış çiçək” olması mənasını verməz.
Bir tər qönçəni kimsə əlində saxlaya bilməyib yerə atıbsa, gülün suçu nə, "Fatmagülün suçu nə?” Ayağını basacaq yerdə qarşısına çıxan qızıl gülü tapdalayıb keçən də özünü belə aldadır.
Ailə münasibətləri üzrə məşğul olan mütəxəssislər sevdiyi qadını aldadan , elə cə də sonadək sevdiyi qadına sədaqətli olan, yəni aldatmayan 200 nəfər evli kişinin davranış və əxlaqi münasibətlərini incələmişlər. Həmin mütəxəssislərdən biri olan M. Gary Neuman bu illərdə kişilər üçün daha xarakterik olan aldatma motivasiyalarını öyrənməyə çalışmış, son müşahidələrini də "Aldatma haqqındakı gerçək” adlı kitabında ümumiləşdirmişdir.

"Eşqin yolunda daş-kəsək var..."

Müəllif kişilərin 48 faizi romantik fantaziyalarını təmin etmək üçün aldadırlar deyənlərin fikirlərinə qarşı öz iddialarını ortaya qoymuş və göstərmişdir ki, kişilərin qadınları seks üçün aldatması fikri yanlışdır: kişilərin yalnız 8 faizi cinsi məmnuniyyətsizliyə görə yoldaşlarını aldadır – xəyanət edir.
Əslində, insan həyatında adi, əhəmiyyətsiz heç nə yoxdur. Bu düşüncədə bədənin fizioloji ehtiyaclarının təminatsızlığı ailədə və cəmiyyətdə çox ciddi bəlalara səbəb olur. Biz hamımız bunu bilirik. Amma onun nədən qaynaqlandığı, çözümü haqqında heç vaxt danışmaq istəmirik, bunu heç ağlımızı da gətirmirik: sanki burada heç nə yoxmuş. Bu isə problemi getdikcə ciddiləşdirir. Digər bir mühüm səbəbi isə hər iki tərəf üçün cəmiyyətdə mövcud olan stereotiplərdir:
mühafizəkarlıqdır, ayıbdır, el-aləm bilsə, nə deyər fəlsəfəsidir.

"Eşqin yolunda daş-kəsək var..."

Kişi by ehtiyaclarını gizli-aşkar harda, necə gəldi təmin edir və evinə qayıtdıqda artıq məmnunluğu təmin olunmuş olur və evə artıq maraqsız gəlir, uşaqları, arvadı bir ailə özəlliyi ətrafına toplamaq heç ağlına gəlmir, yıxılıb yatır.
N. Kəsəmənlini sözləri ilə desək, ər evə "neçə yad sifəti görüb gəlir”, xanımının "bir ömürlük sevgi payının yarısın özgəyə verib gəlir”. Özü də deyir ki, "tez-tez oynayıram mən bu oyunu”.
Kişidə bu səbədən yaranan cinsi istəksizlik ailə özəlliklrinə ağır zərbə vurur. Qarşı tərəfin də insan olduğunu unudan Güclü şəxs Zərif məxluqun istəklərinə laqeyd qalır, tərəflər arasında soyuqluq yaranır.
Həyət evində yaşayanda bir qonşu vardı, aramızda o qədər yaxınlıq olmasa da, eyni həyətdə yaşadığımızdan bəzən hansı ailədə problem yaşanırdısa, kənara da sızırdı. Deyilənə, görə kişi bu qədər gözəl, qabiliyyətli, evdar xanımı ola-ola bir başqası ilə də tez-tez görüşürmüş. Belə gizlinlər nə qədər məharətlə edilsə də, bir vaxt aşkar olur. Və bir dəfə oğlanın anası rayondan bu məsələnin kəskinləşdiyi vaxtda gəlib çıxır. Gəlini ağlayır, özünü dənizə atacağını deyir. Ana da oğlunu o ki var ağlaya-ağlaya danlayır və o qədər də əsəbləşibmiş ki, oğluna deyirmiş ki, nə eybi var sənin arvadının, kimdən eybəcərdir, onun "buynuzu" varrrr?

"Eşqin yolunda daş-kəsək var..."

Artıq biz o həyətdən çoxdan köçmüşük. Təsadüfdən-təsadüfə keçmiş qonşulardan kiminsə xeyir-şər işlərində görüşürük. Belə görüşlərin birində həmin qonşum çox böyük etiraf etdi və dedi ki, bunlara görə xanımımın məni bağışlamasını da istəmirəm, etdiyim haqsızlıqların əzabını diri-diri, göz baxa-baxa çəksəm, daha yaxşıdır.
Bir neçə gün öncə saytların birində bir qadının məktubunu vermişdilər. Qadın özündən 17 yaş böyük oğlana ərə gedib. Özünün deməsinə görə mehribandır, xasiyyətində zərərli olan heç nə yoxdur, 2 mindən az əmək haqqısı olmur. Amma qadın yazır ki, mənim qadın ehtiyaclarım ödənmir.
Az qalıram ki, ərimə xəyanət edim.

"Eşqin yolunda daş-kəsək var..."

Kim necə dəyərləndirir öz işidir, 1-ci halda ailədəki soyuqluğa ər səbəbdirsə, 2-ci halda qadın səbəb olacaqdır. Belə qadınların fizioloji qüsuru olduğu kimi, görünür, daxili aləmlərində də eybəcərlik var. Onda belə çıxır ki, bu qadının ailə qurmaqda motivasiyası qadınlıq ehtiyacını dedi-qodudan, hər cür qadağalardan, mühafizəkar çərçivələrdən uzaq, asudə yaşamaq imiş. Bu ehtiyac insan həyatınım bir anıdır, amma əsası deyil. Əsası, bir sevgi ömrünü durnalar kimi sonadək qoşa uça bilməkdir.
Onda belə çıxır ki, istənilən belə problem olan ailədə qadın ərinə xəyanət etməlidir. Bu, heç cürə sağlam məntiqə sığmır. Onda belə çıxır ki, hər hansı bir səbəbdənsə  ailə başçısını itirmiş qadınlar bu yolu seçməlidir. 1941-45-ci illər müharibəsindən çox ərlər qayıtmadı: aralarında evli olqnlar da vaedı, nişanlı olanlar da. Bir halal sevgiyə tapınan bu sevgililərin bğyük əksəriyyəti saçının birini ağ, birini qara hörüb evdə oturdular, dünyadan köçəndə də o biri dünyaya ər sədaqəti apardılar. Ali məktəbdə mənim bir müəlliməm vardı, nişanlısı cəbhədən dönməmişdi. O da həyatını ürəyində ilk sevgisinə sədaqətlə yaşadı və dünyadan belə köçdü.
Ailə həyatında hər şey ola bilər. Amma hər şeydən əvvəl sədaqət, ərə sadiqlik, vəfa etibardır. Necə deyərlər, eşqin yolunda daş-kəsək var. Əsl aşiqlər bu yolu gedə bilənlərdir.

"Eşqin yolunda daş-kəsək var..."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz