» » Nə vaxtdır toxunmur əlin əlimə

Nə vaxtdır toxunmur əlin əlimə

Nə vaxtdır toxunmur əlin əlimə

Evdə, qonaqlıqda, küçədə ən əziz insanlar rastlaşarkən, istər-istəməz, bir-birlərinə əl uzadırlar, görüşürlər, qucaqlaşırlar, bir-birlərinin qoluna girirlər, çiyinlər bir-birinə toxunur, baxışlar hisslərin paradına çıxıbmış kimi bu mehribanlığı müşayiət edir. Sevdiklərimizlə bu cür mehriban təmas fiziki və ruhi olaraq iki tərəfə də müsbət təsir edər.
Harvard Universitetində bir araşdırma elm adamlarını heyrətə salmışdır. Araşdırma həm də əhəmiyyətli nəticələrə səbəb olmuşdur.
Həkimlər əməliyyat öncəsi iki qrup seçmişlər. Birinci qrupa daxil olan xəstənin otağına gələrək onlara salam vermiş, hal-əhval sormuş, vəziyyətlərinin necə olduğu ilə maraqlanmıdır. İkinci qrupa daxil edilən xəstəni isə əməliyyata alınmazdan əvvəl onun palatasına gəlmiş, əlini çiyninə qoyaraq, əvvəlki xəstədə olduğu kimi, eyni qayda ilə hal-əhval tutmuşlar.
Əməliyyat və müalicə müddəti sona çatanda həkimlər görmüşlər ki, çiyinlərinə toxunularaq hal və əhvalı soruşulan xəstə əvvəlki xəstədən tez sağalmış və evinə də ondan üç gün əvvəl göndərilmişdir.

Nə vaxtdır toxunmur əlin əlimə

Bu hal məqsədli olaraq bir neçə xəstə üzərində sınaqdan keçirildikdən və eyni nəticə alındıqdan sonra ölkənin bir çox yerlərində '' Toxunma Araşdırma Mərkəzləri '' yaradılmasına başlanılır.
Toxunmanın və bədənə xas təmasın insanlar üzərində meydana gətirdiyi müsbət enerjiyə digər bir nümunə: Amerikada bir ailə nikahdankənar uşaq doğan qızlarını körpəsiylə birlikdə evlərinin altındakı qaranlıq zirzəmiyə atıblarmış. Amma hərdən qapı aralığından ona quru çörək və su da qoyrmuşlar.
Aradan beş il keçir. Zirzəmidən səslər eşidən bir adam polisə bu haqda məlumat verir. Məsələ aydınlaşanda tibb dünyası üçün çox maraqlı bir nəticə əldə edilir: ananı dinləyən həkimlər, psixoloqların yekdil qərarı bu olur ki, ana və qızı yaşadan amil davamlı olaraq bir-birlərinə sarılmaları, bir-birlərini sevib oxşamalarıdır. Onlar bu istilikdə hər şeyi dəf etmişlər.
Məlumatlara görə, Amerikada hər il 470 min erkən doğum reallaşır ... Bu cür körpələrin xəstəxanada qalması ailələrə və səhiyyə sığortası təşkilatlarına böyük xərc gətirir.Həkimlər süd verilərkən kürəyi sığallanan körpələrin normaldan sürətli inkişaf etdiyini burada da yəqin edir və körpələrə bu oxşanmanın mütəmadi edilməsini adət halına gətirirlər. Son olaraq körpələrin vaxtından əvvəl xəstəxanalardan yazılmasına nail olurlar. Bir sevgi oxşayışı səbəbindən qənaət edilən vəsaitin həcmi təmin etdiyi qaynaq qənaətinin 4 milyard 700 milyon dollara çatmışdır.
Bu araşdırmalar '' Toxunma Araşdırma Mərkəzləri ''nin sayını atırmağa təkan verdi.

Nə vaxtdır toxunmur əlin əlimə

Əslində, qayğı və nəvazişin insanda stress, depressiya və narahatlığı azaltdığını , insani münasibətlərə xoş aura, ritm gətirdiyini kimsə inkar etməz. Bu, insanlıq yaranandan qəbul edilən həyat tərzi, münasibət normasıdır. Dinizmizlə bağlı kitablara çoxunuz tanışsınız: Peyğəmbər Əfəndimiz israrla yetimlərin başlarının oxşanmasını tövsiyə edir. Bu tövsiyədə müqəddəs günlərdə, bayramlarda yetim uşaqlarını sevindirilməsinə xüsusi bir dəvət var.
Bu cür mehribançılıq bir müalicə proflaktikasıdır. Amma insanlar hamısı heç də bunu birmənalı olaraq qəbul etmir. Bəziləri həddindən artıq utanc olur, bəziləri deyir ki, sevgi-ehtiram bunsuz da ola bilir, bəziləri də deyir ki, iki kişinin küçənin ortasında qucaqlaşması doğru deyildir, qalmışdı qadınlar öpüşsün, qadın küçədə qardaşını, atasını, sevdiyi oğlanı öpsün və s.
Bəs siz necə fikirləşirsiniz, hörmətli oxucular ?

Nə vaxtdır toxunmur əlin əlimə

Unutmayın ki, toxunma bir könül ehtiyacdır. Bir də ki kimə toxunacaqsınız ki: valideynlərinizə, bacı-qardaşlarınıza, övladınıza, hə, bir də məzlum proletara. Anası ölməsin, həmişə qara-quzeydə qalır, unudulur...
Boyunu qucaqlamağın, çiyinə əl qoyub danışmağın həyatınıza gətirə biləcəyi rəngdən məhrum etməyin özünüzü...
Toxunun ki, sevgi xəzinəniz canlandığı kimi, maddi məsrəfləriniz də qənaət hesabına böyük məbləğ toplanılsın.

Nə vaxtdır toxunmur əlin əlimə

Qeyd: Yazı türk saytlarına istinadən hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz