» » Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

İnsanların bütün dövrlərdə istənilən həyat hadisəsinə münasibətləri, yanaşmaları  fərqli olub. Elə cəmiyyəti irəliyə doğru aparan da bu fərqlilik və müxtəliflik olub. Hansı hadisə, yenilik  insanlar tərəfindən daha çox qəbul edilib bəyənilibsə, cəmiyyətin həyatında özünə yer edib, xalq  bu ölçünü özünü hədəf seçib gələcəyə addımlayıb. Belə dəstək qazanmayan baxışlar, yollar isə  daşlaşıb,  keçmiş olaraq tarixə gömülüb. Məsələn,  bu gün bizim  xalqın həyatında  mövcud olan  adət-ənənələrin hər biri  xalqımızın, ululurımızın arzu etdikləri, görmək istədikləri və özlərinin  seçib bəyəndiyi əxlaq və davranış normaları olub və  bu normalar  varisliklə əsrlərdən-əsrlərə keçərək günümüzə  gəlib çatmışdır. bəs bu gün həmin varislik necə qorunur? 
Məsələn, dədə-babalarımızın miras qoyduğu  nişan, toy mərasimi, ailə həyatı münasibətləri  bir başqa ədəb-ərkanda , yön-yöndəmdə idi,təəssüf ki, bu gün  onlar çox modernləşdi.
30-40 il oncə oğluna toy etmək istəyən, qızını köçürmək istəyən ata-ana söz sahibi, ixtiyar sahibi idi. Dünyasında özünə , nəslinə yaraşdırmadığı ailədən qız almazdı və yaxud qız verməzdi. Hələ bi da son deyildi: qız "alış-veriş” edənlər, onsuz da bir-birlərinə çox mehriban görünməyə çalışırdılar, ola bilərdi ki, bir-birlərinə xüsusi canfəşanlıq edə bilərdilər ki, qohum olacağı tərəfdə yaxşı təəssürat yaratsınlar. Odur ki, atalarımız çalışırdılar ki, qohum olacaqları ailə təkcə öz xoşlarına gələn olmasın. Bir az da dəqiqləşdirsək, ata-analar arzu edirdilər ki, kəndin, rayonun dəyər veib hörmət etdiyi ailə ilə qohum olsunlar. Belə olurdusa, gələcəkdə hər hansı bir ailə probleminə nadir hallarda təsadüf edilə bilərdi. Təkcə qız alıb-verməkdə deyil, hər iki tərəf üçün istər başaşağılıq, istərsə də fəxarət gətirə bilən ən kiçik detalların belə təfərrüatına varırdılar.
Onda gəlin köçəcək qızlara öyrədirdilər ki, gəlin getdiyin səhərisi gün "üzəçıxdı”dan sonra qayınata-qayınanana hədiyyə verməlisən. Unudulmaz olurdu çox, qayınana-qayınata da, təbii ki, gəlininə dəyərli hədiyyə verirdilər...
....Onda gəlinə öyrədirdilər ki, sən tamamilə yeni mühitə düşürsən, orda səninçün tamamilə yeni bir həyat başlayır. Sən bir kişiyə baş yoldaşı, onun uşaqlarına ana gedirsən. İndi səndən də çox şey asılıdır, az qala hər şey asılıdır.
Gəlin köçəcək qız da "hə..hə”, "bəli, baş üstə” deyir, ya da susub dinləyir, eşitdiklərini sırğa edib qulaqlarında saxlayardı. İnanın , yaşımın yarısını kənddə yaşadım, çoxlu toylar gördüm, haqqında eşitdim, iştirak etdiklərim də oldu. Bütün bu ailələrdə yeni ailə quranlar mehribanlıq, əmin-amanlıq şəraitində yaşayıblar. Söz-söhbətsiz ailə olmur, müəyyən istisnalar ola bilərdi, amma onu da dərhal ağsaqqallar, ağbirçəklər yoluna qoyardı. Müşühidəm belə idi ki, evlilik onda sevgidolu idi, onda macəradolu idi... Varam kənd həyatına.. Amma sonrakı vaxtlarda, belə deyək, insanlar müasirləşməyə başladı, kəndlərin libası dağıdılıb-töküldü, başladılar kəndə şəhər atributları gətirməyə. Sonra televizorlar çıxdı, uçqar kənddə böyüyən gənclər televizorda şəhər mühitini gördü, qızların da, oğlanların da Azərbaycan Respublikaının Xalq artisti Səmədovu oxuduğu mahnı ( bu mahnı konteksdən uzaqlaşdırılaraq əyləncə ritminə çevrilib janrı doğru seçilməyib)olmasın, şəhərə can atmaq istəyi birəbeş artdı. Oğlanlar televiziyadan, şəhərdən gələn həmyaşıdlarının təsəvvürlərindən qızların kənd qızlarına nisbətən "oğlanları yoldan edən" forsunu-ədasını bilincə, bir az da "böyüdülər”, Səməd Səmədovun mahnısı da onların temperametrlərinə bir az da od-atəş gətirirdi:

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Bu qızların gözünə bax,
Yalan-yalan sözünə bax,
Oğlanları yoldan edən,-
Hayasına, üzünə bax!

*****
Bu qızların telinə bax,
İncə-incə belinə bax,
Danışmaqla qan eyləyən,-
Sözlərinə, dilinə bax!

Və Səməd Səmədovun "möhtəşəm mahnıları”nın oyatdığı təəsüratlar oğlanlarda uzaqdan-uzağa şəhər qızlarına "atəşli məhəbbət ” yaratdı, onlar da getdikcə kəndə, dədə-baba həyat tərzinə dodaq büzdülər, soyuqluq başladı, nə başladı. Gənclər fikirləşdilər ki, şəhər qızları tamam başqa anatomiyada, başqa ölçü-biçidədirlər: burada həyat tərzi də başqadır. Odur ki, qızlardan əvvəl şəhərə vuruldular, şəhəri sevdilər, yəqin etdilər ki, özlərini birtəhər şəhərə çatdıra bilsələr, qızlar Dənizkanarı parkda "sıra ilə düzülüb” onları gözləyir.
Oğlanlar da oxuyan-oxumayan, məktəbi qurtaran-qurtarmayan üz tutdular Bakıya, Mingəçevirə, Sumqayıta, Rusiya şəhərlərinə. Yəni bunlar nizmlı-nizamsız tale yolları idi. Ağılla, məntiqlə addım atanlar, fərqi yoxdur, oxudu –oxumadı; fərqi yoxdur şəhərdə və ya kənddə öz gələcək yolunu müəyyən edə bildi. Emosiyalara, hislərə təslim olub, eyş-işrətli həyatı keçirənlər isə axırda gördülər ki, "bir əl qalıb, bir təpə”. Belələri çöx şey itirdilər. Ən başlıcası, gəncliyin ən coşqun, məhsuldar vaxtlarını fənayə sərf etdilər.

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Amma insan həmişə bu formada qalmır ki: qocalır, yorulur, hər şey ona adiləşir, bezikdirici gəlir və yaxud yaşa dolduqca düşünməyə başlayır. Fəqət, bunlar, gecdir. Fəqət bunlar təsəllidən başqa bir şeyə yaramır. Soyuq xanımlrın öpüşlərində gənclik odu, təravət, romantika çoxdan getmiş, qalan isə "uzun dil” – "qısa əllər” olmuş:

Cavanlıqda -
Əllər uzun, dillər qısa,
Qocalıqda -
Dillər uzun, əllər qısa.
(B.Vahabzadə)

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Təbii ki, insan özündə güc tapıb yaşayacaq, həyatını davam etdirəcək.
Amma gənclik coşğunluğu heç vaxt geri dönməyəcək. Vaxtında bir alagöz el qızını sevib, sevgidolu ailə həyatı yaşayıb dünyaya övlad gətirmədiniz, birlikdə oğul-uşaq böyütmədiniz və ya balalarınız dünyaya gəldi, onlara düz əməlli-başlı ata qayğısını göstərmən müxtəlif bəhanəlrlə kənddə qoyub şəhərlərə, daha uzaq ölkələrlə üz tutdunuz. Mən ata bilirəm ki, 6 aylığında uşağı qoyub gedən oldu. Oğlusa atası dünyada atasız böyüdü, bu gün-sabah oğlu toy edəcək. Amma atanın bütün bunlardan xəbəri olmayacaq. Ata o cürə yazıq oldu, ana da bu cürə. Bu tale yolu hər iki tərəf üçün faciəlidir, ata üçün isə daha amansızdır. İnanmıram, onu ailə qəbul etsin, dünyadan belə köçmək olarmı? Nə yaxşı ki, balalarımız, nəvələrimiz var. Guya hiss edəcəkmişəmmiş kimi, elə bilirəm ki, mən bu dünyada olmayanda ruhumu hər gün yaşadacaqlar. Hər gün evlərində bizimlə olacaqlar.Yoxsa ki elə xəstəliksiz-filansız bu dəqiqə ürəyim dayanar ki.
İnsanları sabahlara aparan, ümidli edən həyata, ailəyə bağlılılıqdır. Bu bağlılığın telləri həqiqi saf sevgidəndirsə və bu sevgi ruzi kimi gərəyimizdirsə, dərman kimi əlacımızdırsa, onu belə qorumamalıyıq.

Sevgi hər zaman gərəyimizdirsə, onu belə qorumamalıyıq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz