» » Fiziki qüsuru olan insanlara münasibət

Fiziki qüsuru olan insanlara münasibət

Fiziki qüsuru olan insanlara münasibət

Vyetnamda döyüşdən sonra evinə qayıdan bir əsgər haqqında hekayədir bu.
San- Franciscoda ailəsinə zəng etdi: "Ana, ata evimizə qayıdıram, amma sizdən bir şey xahiş edirəm. Yanımda bir dostumu da gətirmək istəyirəm. qəbul edirsinizmi?.. "
Ana-ata da: "Məmnuniyyətlə onunla tanış olmaq istəyərik", - deyə cavab verirlər.
Onda oğul məqamın düşdüyünü görüb deyir: "Bilməniz lazım olan bir şey var ancaq. Məsələ burasındadır ki, . dostum döyüşdə ağır yaralanıb, minalanmış zonadan kemib , baş vermiş partlayışda bir qolunu və bir qıçını itirib. Gedəcək heç bir yeri yoxdur, onun da gəlib bizimlə birlikdə yaşamasını istəyirəm.
Ana: "Bunu eşitdiyimə kədərləndim oğlum, amma, bəlkə biz onun başqa bir yer tapmasına kömək edə bilərik. Xeyr, ana, onun bizimlə yaşamasını istəyirəm. Oğlum, dedi atası bizdən nə istədiyini bilmirsən. Onun kimi əlil bir insan bizə qorxunc bir yük olar ancaq, bizim öz həyatımız var və onun kimi bir əlil insanın həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə, bu dostunu unudub, tək özün evə qayıtmalısan. O öz başının çarəsinə baxar. Oğlan o anda telefonu bağladı.

Fiziki qüsuru olan insanlara münasibət

Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra San Francisco polisindən bir telefon gəldi. Oğullarının bir binadan düşüb öldüyünü öyrəndilər. Polis bu hadisənin intihar olduğuna əmin idi. Ürəyi kədər dolu ana və ata dərhal təyyarə ilə San Franciscoya gəlirlər və oğullarının cəsədini təsbit etmək üçün şəhər meyitxanasına aparılırlar. Valideynləri onu görər-görməz dərhal tanıdılar və bilmədikləri bir şeyi daha öyrənincə dəhşətə gəldilər. Oğullarının yalnız bir qolu və bir ayağı vardı ....
Gözəl olan ya da birlikdə olmaqdan zövq aldığımız insanları sevmək bizim üçün çox asandır, amma bizə narahatlıq verən ya da yanlarında özümüzü narahat hiss etdiyimiz insanları sevməyə çalışmırıq. Bizim qədər sağlam, gözəl ya da ağıllı olmayan insanlardan qaçmaq, uzaq durmaq istəyirik. Yəqin ki, həyatımızda bizə bu cür davranmayan biri mütləq vardır. Biz nə qədər əksik, qüsurlu olursaq-olaq bizi öz ailəsinin yanına çağıran, şərtsiz sevgiylə sevən biri ...
Bu gecə yatmazdan əvvəl insanları olduğu kimi qəbul edə və bizdən fərqli olanlara qarşı daha anlayışlı ola bilmək üçün lazım olan gücü verməsi üçün Allaha bir az dua edək!...

Fiziki qüsuru olan insanlara münasibət

Ürəyimizdə "SEVGİ" adında bir möcüzə var. Necə olduğunu və ya necə başladığını anlamazsınız. Amma bunun Tanrının xüsusi hədiyyəsi olduğunu bilirsiniz və yoldaşlığın, dostluğun, sevginin və Ailənin Allahın ən böyük lütfü olduğunu anlarsınız. Həqiqətən də Sevgi, Ailə çox nadir cəvahiratlardır.
Sizə gülümsəməyi bacarmanız üçün cəsarət verirlər. Qarşılıqsız, qucaqlarını və ürəklərini sizə açmaq istəyirlər. Bu gün onlarla nə qədər maraqlandığınızı göstərin, bəlkə onların sizin bir xoş sözünüzə ehtiyacı vardır. Əlil, qüsurlu olsalar belə, sevin onları, çünki onlar sizin doğmalarınız, yaxınlarınız Ailənizdir! Ən əsası onlar Allahın yaratdığı ən aili varlıq olan İNSANlardır...

Fiziki qüsuru olan insanlara münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz