» » Tale dramı: yaş kiçik- rollar böyük

Tale dramı: yaş kiçik- rollar böyük

Tale dramı: yaş kiçik- rollar böyük

Müasir dünyamızdakı ən əhəmiyyətli sosial-ictimai problemlərdən biri ailə ittifaqının yaradılması və onun davamlılığı məsələsidir. Ailə cəmiyyət deməkdir, ailə insan nəslinin evlilik ənənələri əsasında bir nəsildən o biri nəslə, bir əsrdən o biri əsrə ötürülməsi deməkdir. Ailə nə qədər sağlam təməllər əsasında qurularsa, evliliyin sosial-psixoloji dini və bioloji tərəfləri nə qədər gözlənilərsə, qurulan ailələr də o qədər sədaqətli və uzunömürlü olar. Təəssüflə qeyd etmək lazımdır ki, get-gedə ailəliyin cövhərinə yad, bir az da kobud desək, eybəcər xüsusiyyətlər əlavə edilməkdədir.
Məsələn, azyaşlı qızların ərə verilməsi, həddi-büluğa çatmayan oğlan uşaqlarının erkən evləndirilməsi, yaşlı kişilərin öz uşaqlarından, hətta nəvələrindən kiçik qızla evlənmələri bu cür problemlərdəndir.
Dövlət tərəfindən ailə evliliyinin müddəti qanunla qızlar üçün 17, oğlanlar üçün 18 yaş müəyyən edilib. Amma hələ də Azərbaycanın qərb rayonlarında azyaşlı qızların ərə verilməsi halları haqqında xəbərlər mövcuddur. Bu rayonların bir çox məktəblərində 14-15 yaşlarında qızlar məktəbə getmirlər: ya ərə verilib, ya da nişanlandıqları üçün valideynləri tərəfindən təhsillərini davam etdirməyə icazə verilmir.

Tale dramı: yaş kiçik- rollar böyük

Doğrudur, bizim ölkəmizdə belə problemlər kütləvi deyil, hər gün eşitdiyimiz rast gəldiyimiz məsələlər deyil, fəqət, az da olsa rast gəlinir və buna qarşı hər birimiz narahat olmalı, gücümüz çatan maarifləndirmə işlərində fəaliyyətimizi davam etdirməliyik. Bizim qonşu ölkərin həyatından eşitdiyimiz, oxuduğumuz məlumatlar əsasında yazdığımız bu məqalənin məqsədi də bu cür atmağa meyilli olan valideynlərə təsir edə bilməkdir. Qızlaımızı gələcək karyeralarını uğurla qura bilmək üçün oxumağa həvəsləndirməkdir.
Türk saytlarının birində yazılmışdı ki, xüsusilə Şərq və Cənub-Şərqi Anadolu bölgəsində azyaşlı qızlar min və ya iki min dollar qarşılığında, 40, 50 və 60 yaşlarındakı kişilərə ərə verilir. Türkiyə qanunları erkən evlilikləri qadağan etsə də, belə acınacaqlı hallara hələ də rast gəlinir.
2000-ci ildə dünya üzrə aparılan arşdırma zamanı məlum olmuşdur ki, 15-19 yaşlı qızlar asında evlənmə nisbəti Kanadada 0.6 %, İngiltərədə 1.7 %, Almaniyada 1.2 %, ABŞ-da 3.9 % olmuşdur. Uşaq gəlinlərə ən yüksək nisbətdə rast gəlinən Qərb-Şərq-Orta Afrika ölkələrində və Cənubi Asiyada nisbətlər çox yüksək səviyyəyə çatmışdır: Nigeriyada 61.9%, Konqo Demokratik Respublikasında 74.2%, Əfqanıstanda 53.7%, Bangladeşdə 51.3 %, Türkiyədə isə 15.5%.

Tale dramı: yaş kiçik- rollar böyük

Zəif inkişaf etmiş ölkələrdəki yoxsul ailələr yoxsulluqlarını azaltmaq üçün hələ oynayacaqları ilə uşaqlıq həyatlarını yaşayan qız uşaqlarını, atası hətta babası yaşdakı adamlara ərə verirlər. Bəla bir də ondadır ki, əksər hallarda bu uşaqlar yaşlı adamların ikinci və ya üçüncü həyat yoldaşı olurlar. Bu yaşda qızcığazın vaxtından əvvəl izdivaca girməyə məcbur edilməsi, özü uşaqkən dünyaya uşaq gətirməsi bir yana, onlar ərlərinin 1-ci, 2-ci arvadları tərəfindən ev işləri görməyə, onlara qulluq etməyə məcbur edilir, fiziki təzyiqlərə məruz qalırlar. Bu cür çocuq analar bəzən cana doyaraq həyatlarına qəsd edirlər.
Belə evliliklər heç bir əndazəyə sığmır. Belə evliliklər tibbi-psixoloji baxımdan da anormal haldır və əxlaqsızlığın, fahişəliyin yaranmasına da səbəb ola bilir. 60-70 yaşında bir "kişi” 10-15 yaşlarında bir qız alırsa, 3-5 ildən sonra nə olacaq?

Tale dramı: yaş kiçik- rollar böyük


Beynəlxalq qanunlar, Uşaq Hüquqları Konvensiyası belə evlilikləri "uşaq evliliyi", ərə gedən qız uşaqlarını da "uşaq gəlin" kimi diqqətə çəkir və bu cür evliliklərin əleyhinədir. Amma nə edəsən ki, bunu dövlət qanunları ilə deyil, dini nikahla reallaşdırırlar.
Amma bu evliliyi edənlər də, ona razı olanlar da unutmamalıdırlar ki, onlar öz qızlarının həm sağlamlıq, həm də təhsil olmaq üzrə bir çox hüquqları əllərindən almaqla qanunların ziddinə getmiş, övladlarının səadətini isə əbədilik məhv etmişlər. Çünki onlar öz qızlarını fiziki, bioloji və psixoloji inkişaflarını tamamlamadan erkən evliliyə məcbur etmiş, nəticədə müasir tibbi üsullardan uzaq bir şəraitdə çoxlu uşaq doğmağa məhkum edilmişlər.Buna köləlikdən başqa daha hansı ad vermək olar? Bəzən belə uşaq analar elə doğum zamanı da həyatlarını itirirlər.
Təhsilləri yarıda kəsilmiş, nəticədə özü də cahil qalmış bu çocuq analar cəmiyyət üçün şüurlu, yaxşı təhsil görmüş övladlar yetişdirə bilərmi? Onlar ömürləri boyu sarsıntı keçirir və həyatlarının sonuna kimi ictimai həyata inteqrasiya oluna bilmirlər.
Bu cür evlilikləri bir tərəfdən iqtisadi çətinlik doğurursa, bir sıra digər səbəblər də vardır.Məsələn, el arasında "beşikkəsmə” adlandırılan ənənəyə uyğun olaraq qızlarını yaşı çatar-çatmaz ərə verirlər. Bəzən ailə mülkünün dağılmaması və ya yad əlinə keçməməsi üçün də çox yaxın qohumlar arasında erkən evlənmələr müşahidə olunur.

Tale dramı: yaş kiçik- rollar böyük

Bir sıra hallarda erkən evliliklər tərəflərin öz razılığı ilə olur. Məsələn, düzgün tərbiyə hüdudları olmayan ailələrdə qız uşaqlarının təcavüzə uğraması, qaçma və ya qaçırılma kimi vəziyyətlərdə də erkən yaşda evliliklər qaçılmaz olur: zorla evlənməyə məcbur edirlər.
Bəzən də ata evində dolanışıq sıxıntısı keçirən qız uşağı olur ki, daha rahat bir həyat və zəngin yoldaş xəyalı ilə könüllü evliliyə razı olur: yeni yuvada uyğunlaşmanın ona rahatlıq gətirəcəyinə ümid edirlər. Çünki öz evlərində oğlanlara ondan daha üstün baxıldığını, ailənin imkanlarının yalnız evin oğlan uşağına sərf edildiyini görüb öz doğma ocaqlarından küsür, necə olursa-olsun, buradan uzaqlaşmağa qərar verirlər.
Hansı səbəblərdən olmasından asılı olmayaraq, istər azyaşlı qızların erkən ərə verilmiş, istərsə də həddi-büluğa çatmyan oğlan uşaqlarının evləndirilməsi nə tərəflərin özünə, nə də cəmiyyətə fayda gətirmir, əksinə, yeni sosial bəlalara yol açılmış olur.

Tale dramı: yaş kiçik- rollar böyük

İnsan sivilizasiyası mövcud olandan əks tərəflərin - kişilərin qadına, qadınların kişilərə meyil etməsi, bir-birlərinə könül verməsi, bir-birlərinə ehtiyac duyması və bu ehtiyac əsasında ailə ittifaqı yaratması həyat qanunu olmuşdur. Bu qanun öz-özünə, kor-koranə yaranmayıb. Cəmiyyətin, oğul evləndirən, qız köçürən ailələrin evlilik həyatı üçün hüquqi, mənəvi, əxlaqi qayda-qanunları olub. Deyək ki, hansısa təsadüfi hadisədən, qəzadan ailə həyatı pozulmuş insanlar olub. Heç kim, heç nə onların tənha yaşamasını istəmir və yaxud da kimsə fikirləşmir ki, onlar evlənməməlidir. Fəqət, 50-60 yaşlı kişinin pulu var deyə 10-15 yaşında qızla evlənməsi, eləcə də həyat yoldaşı ola-ola üstünə qızı yaşında bir qız da alması insanlıq üçün utancdır, qadına qarşı qeyri-insani yanaşmadır.
8-10 yaşlarından başlamış nikah yaşına qədər olan qızlar hələ uşaqdır.
Həkimlərin, ailə planlaşdırılması ilə məşğul olan mütəxəssislərin fikirlərinə görə bu yaşlardakı
qızlar cinsi inkişaflarını hələ tamamlamamış olurlar.
Odur ki, bu yaşlarda evlənən qızlarda hamilə qala bilməmə, yarımçıq hamiləlik, rəhm xərçəngi kimi xəstəliklər müşahidə olunur. Cinsi əlaqəyə girməyə bioloji olaraq hazır olmayan qızlar hələ evlilik həyatına hazır olmadığından onları vaxtından əvvəl cinsi hərəkətlərə sövq etmək bir sıra genital xəstəliklərə yol açmaqla yanaşı, bəzi psixoloji xəstəliklərin meydana gəlməsinə də səbəb ola bilər.
Zorla ərə verilən və yaxud tərəflərin razılığı ilə baş tutan evliliklərin baş qərəmanları – məsum çocuqlara böyük rollar verilir, yaş isə kiçik.

Tale dramı: yaş kiçik- rollar böyük 


Tale dramı: yaş kiçik- rollar böyük

 

Tale dramı: yaş kiçik- rollar böyük

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz