Arzuolunmaz nikahlar
Müəllif: Akif Əhmədov от 27-11-2016, 00:04
Birləşmiş Millətlər Təşkilatının statistik məlumatlarına görə, dünyada hər gün 15-dən aşağı yaşı olan 5 qız ana olur. İnkişaf etmiş ölkələrdə isə hər il yaşı 18-dən az olan 7.3 milyon qız dünyaya uşaq gətirir, 3 milyon yeniyetmə ana isə uşaq düşürür.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda da bu cür xoşagəlməz hallar getdukcə artmaqdadır. Məsələn, 2012-ci ildə erkən izdivaca girmiş cütlüklərin 3236 uşağı doğulub ki, bunların yaş həddi 15-17 olmuşdur. Bu, 3236 faktdır. Amma onların gələcəkdə doğuracağı problemləri düşünsək, bu rəqəm qat-qat böyük olacaqdır. Axı öz uşaqlığını yaşamayan, uşaqlığını yaşaya-yaşaya həyatı, ata-ana qayğılarını dərk etməyən bir zavallı özü necə ana ola bilər? Ana olmaq qəhrəmanlıq sənətidir. Axı dünənə kimi qız rəfiqələri ilə çəlimsiz qucağında kuklalarını gəzdirən bir vücud necə qəhrəman ola bilər? Gecənin istənilən anında narahatçılıq olsa, anası həmin an başına sığal çəkər, "yat, yavrum” anan yanındadır” deyər. İndisə bir pəzəvəngin biri onun uşaqlıq səadətini zorla əlindən alıb, öz yatağına salır. Olsun ki, fizioloji-bioloji baxımdan hansısa bir uşaq ata-ana olmaq imkanlarına malik olsun. Amma yenə də uşaq yaşında izdivaca girən qızlar doğuş zamanı fəsadlarla üz-üzə qalırlar. Psixoloji baxımdan da bu yaşda qız və ya oğlanın bir insan, kamil şəxsiyyət kimi formalaşması mümkün deyil, bunun üçün uzun zaman lazımdır. Özünün anaya ehtiyacı olan 14-15 yaşlı bir nə bilir ki, dünyaya övlad gətirmək nədir, bu uşağa necə baxmaq, onu necə tərbiyə etmək lazımdır?
Unutmaq olmaz ki, bu cür erkən evliliyə razı olmuş ər - arvad sonralar da problemlər girdabından qurtula bilmir. Onlar özləri ilə bərabər çəmiyyət üçün də problemlər yaradırlar.
Bu uşaqlar məktəbdən yayınır və savadsız qalırlar.
Özündən 15-20, 30 yaş böyük adama ərə gedən qız çox gənc ikən ərini itirir və yaxud əri yaşlaşdığından ayrılmalı olur, digər ərə gedir və s. ciddi problemlərə yol açılır.
Bunlar məsələnin görünən tərəfləridir. Görünməyən tərəfləri isə məsələnin özündən də təhlükəlidir, yəni övladı, nəvəsi yaşında bir qızla 2-ci, 3-cü evliliyini həyata keçirən bir ailə başçısının- ərin evliliyə münasibəti qüsurludur. Onun qadına münasibəti qüsurludur. Onun ətrafa, cəmiyyətə nümunəsi təhlükəlidir.
Bütün bunların baş verməməsi üçün insanlar arasında istər qanunvericilik baxımından , istərsə də də mənəvi baxımdan ciddi maarifləndirici işlər aparılmalıdır.

Məktəblərimiz daha diqqətli olmalıdır. Çünki uşaqların həyatının əhəmiyyətli bir hissəsi məhz məktəbdə keçir. Valideynlərlə məktəblərin daha sıx əlaqəsi var. Məktəbli forması, dərsdən yayınmalar, məktəbə mobil telefonla gəlmək kimi məsələlər xüsusilə diqqətdə saxlanılmalıdır.
Məktəbli qız gözəllik yarışına qoşulur. Deməli, o məktəbdə sinifdən və məktəbdənkənar tərbiyə işləri yaxşı qurulmayıbAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, səhiyyə, maarif, hüquq orqanları sözsüz ki, bu istiqamətdə işlər aparırlar. QNT-lərimiz də kütləvi informasiya vasitələrində həyata keçirdikləri tədbirlər barəsində məlumatlar verirlər. Amma bu işə hər bir kəs öz töhfəsini verməlidir. Ağsaqqallar, ziyalılar, qələm sahibləri , adi vətəndaşlar – hamı bir olmalı, cəmiyyətin qınağı olmalıdır. Yaxşı olar ki, bunlar dövlət qurumları ilə əməkdaşlıq şəraitində olsun.
Oxşar postlar:
- Oxunub: 1 030
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Küçələrə atılmış körpələr çoxalır
Umayra Tağıyeva: "Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək"
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Yazarlar