» » Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

Salam termini "səlimə" kökündən olub, maddi və mənəvi çətinliklərdən xilas olmaq, sülh və sağlamlığa qovuşmaq arzusudur. "Əs-Səlamu" isə "salam”, "salamatlıq”, "sülh” və "güvən” mənasını verər. Bir islam termini olaraq "salam” qarşılaşan iki müsəlmanın bir-birinə etdikləri dua cümləsidir. Salam verən "əs-Salamın əleykum (Allahın salamı sizin üzərinizə olsun)" deyər, cavabında isə salamı alan deyər: "Və aleykümü's-salam və rəhmətullah (Allahın salamı və rəhməti sizin üzərinizə olsun)".
"Qurani- Kərim”də belə buyurulur: " Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır" (ən-Nisa, 4/86.) Salam eyni zamanda Cənabi- Haqqın doxsan doqquz gözəl adlarından biridir.
Bu, dinimizin saysız-hesabsız gösəlliklərindən biridir. Gözəl olan da budur ki, burada dad yoxdur, rəng yoxdur, yəni bu gözəlliyi ancaq və ancaq iç duyğuları ilə duyub hiss edirik: salam verəndə də, salam alanda da qəlbən çox rahat oluruq.
Dünya ölkəri üzrə insanların salamlaşma etiketləri müxtəlifdir. 
 

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

 

Bədəvi ərəblər burunlarını sürtər, Kanouri qəbiləsində yumruq göstərərlər. Qrenlandiyada "Eskimo öpüşü” yayılıb, Hindistanda yaşlıların ayağına toxunulur, Amerikada əllərii yumruqlayıb toqquşdururlar. Filipində əl alına qoyulur, Tibetdə dil çıxarılır və s.
Azərbaycanda isə insanlar salamlaşarkən əl verib görüşürlər. Öpərkən öpüşmək halları da mövcuddur.
Bütün bunlar gözəldir, səmimiyyətdir, insanların bir-birlərinə diqqəti,  eləcə də  dünyanı və  insanlığı qorumaq üçün içdən gələn  təşəbbüsləridir. Bütün bu münasibət və yanaşmalar zaman-zaman yaşayıb, nəsildən-nəslə ötürülərək zamanımıza gəlib çıxmışdır. Yəni bunların cövhərində olan ancaq gözəl olanlardır. Gözəl olanlardır ki, insanlar onları geridə buraxmır, özləri ilə gələcəyə gğtürürlər.
Qeyd etmək lazımdır ki, svilizasiyalar dəyişdikcə, nəsillər bir-birini əvəz etdikcə, rituallara, insanlar arasındakı qarşılıqlaı əlaqə və münasibət toplusuna müəyyən təsirlər olur, yad elementlər də daxil olur. Elə haqqında danışdığımız salamlaşma münasibətini nümunə çəkək. Salamlaşarkən öpüşmək lazımdırmı, niyə qadınlar bir-birləri ilə görüşrkən ancaq öpüşür, kişilər isə daha çox əl verib görüşürlər: qucaqlaşma halları da olur. İnsanlar gün ərzində hər dəfə rastlaşdıqda qucaqlaşmalıdırlarmı, əl verib hər dəfə yenidən görüşməlidirlərmi? Biz bu mövzuda bir neçə dəfə söhbətlər aparmışıq. Amma bugünkü söhbətimiz daha maraqlı bir məsələyə həsr olunacaq: qadınlar məhrəm olmayan kişilərlə salamlaşarakən  əl verib görüşməlidirlərmi, ümumiyyətlə, bunu normal qəbul etmək olarmı? Və yaxud salamlaşarkən kişinin qadının əini öpməsini doğru qəbul etmək olarmı?
Bu məsələlər hamısı İslam dinində ən müqəddəs uşalıqdan, ən müqəddəs baxışlardan müfəssəl şərh edilib. Dinimizə görə  salamlaşarkən
qadının və kişinin əl verib görüşməsi , kişinin qadının əlini, alınını öpməsi, qucaqlaşması doğru deyil... Dinimiz hər hansı bir qadına nikahdan kənar kişi qismi ilə (ata, qardaş, əmilər məhrəmdir), kişiyə qadın qismi ilə əl verib görüşməyi , əlini-alınını öpməyi günah sayır.

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

 

Bu barədə Peyğəmbər əfəndimizin (sas) necə hərəkət hamımız üçün yeganə etalondur..
Hz. Aişə anamız (ra) Peyğəmbər Əfəndimiz (sas) haqqında demişdir:
"Allah Rəsulunun (sas) mübarək əli heç bir xarici qadının əlinə qətiliklə dəymədi." (Buxari, Əhkam, 49; İbni Macə , Cihad 43)
Amma sonralar bu cür naqisliklər hardan yol tapdı içərilərimizə?! Heç şübhəsiz ki, bunlar Qərbdən gələn səhv niyyətlər idi təəssüf ki, bu gün də davam etməkdədir.
Bunun üçün necə hərəkət etməli? Dinmiz buyurur ki, əgər insan belə naqislikləri bir haram olaraq dərk edir , həm də qəbul edir və sonrakı həyatında bu cür halları işləməyə meydan verməyəcək addımlar atırsa, Allah heç vaxt onları çətin vəziyyətlərdə tək buraxmaz. Bir məsələni də qeyd etmək lazımdır ki, dini gözəllikləri bu cür anlayaraq, yaşayaraq, hər yerdə hər zaman haram olanlara qarşı olacaq, halala təşviq edəcəkdir.
İnsanları doğrunu bilməsi lazım, haramı-halalı bir-birindən şüurlu olaraq fərqləndirməsi lazım. Bir adam əgər qucaqlaşmağı günah olaraq bildiyi halda, bunu rahatlıqla edə bilirsə, onun etdiyi daha haram sayılır.
İslam dininin qadın- kişi münasibətləri ilə əlaqədar digər hökmləri də vardır:
1. Dinimiz Qərb dünyasında olduğu kimi,  naməhrəm qadınlarla kişilərin bir-birlərinə sarılaraq, əl-ələ tutuşaraq rəqs etmələrinə icazə verməz.
2. Bir qadının, lap subay olsun, özünü başqa bir kişinin qollarına təslim edib rəqs etməsi böyük bir günah, ayıb və milli hisslərə böyük hörmətsizlikdir.
3. İslam dini, qadınların kişilərlə birlikdə çimərlikdə qum üzərində uzanmasını, suya girməsinı qəbul etmir.
İstər çimərlik zonasında, istərsə məscidlərdə namaz qılmaq üçün qadınlar onlar üçün ayrılmış yerlərdən istifadə eməlidir. Onlar burada sərbəst, dinclik və rahatlıq içində ibadətlərini edə bilərlər. Bu, diskriminasiya deyil, təzyiq, təhqir deyil, əksinə, onlara dəyər vermək, hörmət etməkdir. Bu, ayrı-ayrı adamlarln göstərişi və diqtəsi ilə deyil.

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir


Dimimizin buyrduqlarıdır. Unutmaq olmaz ki, şəriətin doğru qəbul etmədiyi hər şey qətiliklə səhvdir.
Yanlış addım atanlar Qərb dünyasının üstünlüklərindən çox bəhs edirlər, orada yaşamaq arzusunda olduqlarını ifadə edirlər. Qadın mövzusunda Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında böyük fikir ayrılıqları, ziddiyyətlər var.
Bütün ixtilaflı məsələlərin hər birində İslam dini doğrudur. Biz qarın üçün yaşamırıq. Biz Qərb dünyasının seriallardan bildiyimiz həyatını istəmirik. Biz Qərb dünyasının mövcud həyatını da istəmirik.
Qərb dünyasının qadınları heç də məsud deyildir. Azad olmaq heç də xoşbəxt olmaq demək deyil. Onların azad olması ancaq və anacaq sərbəst olmaları haqqında təəssürat yaradır. Bizim dinimizdə, milli əxlaqımızda isə belə həyat tərzi qəbul edilməzdir. 

Fikir verin:

Qərb dünyasında qadın seks vasitəsi halına salınmışdır. Elə ölkələr var ki, qadınlara rəsmi fahişəlik vəsiqələri verərək pul müqabilində özlərini satmalarına icazə vermişdir. Bəzi ölkələrdə eyni cinsdən olanların nikahına icazə verilmişdir. Belə ölkələrdə insanlar, istər qadınlar, istərsə də kişilər olsun, evli olmalarına baxmayaraq, ailədən kənarda da izdivaca girməyə icazə verilmişdir.
Uyğun oldu-olmadı, qadınlar reklam vasitələrində əşyaya çevrilmişlər.
Ailə cütlükləri istəsələr, ayrı-ayrılıqda dünya səyahətinə çıxa bilərlər və s...
Bizim əxlaqımızda isə bunların hər biri yolverilməzdir.

Qadın və naməhrəm kişinin əl ilə görüşməsi doğru deyildir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz