» » Təbii halını gözləmək lazımdır

Təbii halını gözləmək lazımdır

Təbii halını gözləmək lazımdır

Bu sevgi macərası 3 il bundan qabaq baş tutub. Amma ömrü uzun çəkməyib. Macəra tərəflərdən birinə əza həzzi, digərinə isə göz yaşları və ürək ağrısı gətirib. Hadisə belə olub ki, 2011-ci ildə 19 yaşlı ingilis model Sophie Birch istirahət etmək üçün Türkiyəyə gəlib və istirahət etdiyi "Altınkum” da 26 yaçlı Səbri Daşqın adlı barmenlə tanış olub, nəinki tanış, hətta aşiq olub və həmin tarixdən onlar tez-tez görüşməyə başlayıb və Səbri Daşqın bir müddət sonra onunla evlənmək arzusunu dilə gətirib.

Təbii halını gözləmək lazımdır

İngilis model də bu təklifə müntəzir imiş ki, həmin dəqiqə də razılıq verib. Səbri bəy hətta bu qıza bundan sonra türk əxlaqına uyğun davranmağı, içkidən uzaqlaşmağı, qapalı geyinməyi şərt kəsib. Sophie də bu şərtləri qəbul edib və hətta öz işindən uzaqlaşaralaq, marketlərin birində kassirlik etməyə başlayıb. Bir müddət sonra hamilə qalan macəraçı Sophie Birch getdikcə ailə özəlliklərindəki uyğunsuzluqlardan narahat olmağa başlayıb və öyrənə bilib ki, Səbri bəy evli imiş. Bu xəbəri eşidəndə gənc model sarsılıb və müvazinətini saxlaya bilməyərək yerə yıxılıb.
Artıq olan olmuş, keçən də keçmişdi. Artıq o, bətnindəki uşaqdan da imtina etmişdi. Fəqət, bir vaxt intiqam almağa məcbur olacağı addımı atmağa "düşün”, "hislə yox ağılla qərar ver”deyə, məcbur edə bilməyən başı indi Sophieni həyata daha konstruktiv yanaşamağa vadar edir.

 

Təbii halını gözləmək lazımdır

Gözəl model baş verənləri sonradan kütləvi informasiya vasitələrində insanlarla paylaşmaq qərarına gəlib. O deyib ki, bu mövzuda türk kişiləri haqqında pis fikirlər çox eşitmişdim, amma qulaq asmadım. Türkiyədə hər vaxt ingilis qızları çox olur, onlar buraya istirahət etməyə gəlirlər. Qoy onlar bunu bilsinlər və aldanmasınlar: onlar mənim yaşadıqlarımı yaşamasınlar.
Bütün başıma gələnlərin başqa gənc qızlara da dərs olması üçün söyləyirəm.
Amma mən istərdim ki, bu dərs tək ingilis qızları üçün olmasın. Amma mən istərdim ki, Azərbaycan qızları heç bu hala düşməsinlər. Yazımızın məqsədi heç də türk kişisi haqqında mənfi fikirlər söyləmək deyil. Qadına bu cür münasibət bəslyən erkək hansı millətə mənsub olmasından asılı olmayaraq, qınanmalıdır.

Təbii halını gözləmək lazımdır

Sophie Birch tək deyil, onların sayı bəlkə də minlərlədir. Bu gün də macəra axtarışında neçə qızımız əcnəbilərlə nikaha girir, neçə-neçə gəncimiz xanım-xatın qızlarımızı qoyub əcnəbi evliliyə üstünlük verirlər. Mən heç vaxt inanmaram ki, kimsə başqasının səadətinin puç olmasını istəsin. Allah heç kimi belə vəziyyətə salmasın. Neyləyəsən ki, bunlar günbəgün artmaqdadır. Rəsmi statistika ya görə təkcə 2013-cü ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. 2012-ci ildə bu rəqəm 1932 olub: 43 faiz artım.... Boşanma halları da narahatçılıq doğurur: 2012-ci ildə boşanma faktı üzrə rəqəm rəqəm 148 idisə, 2013-cü ildə 211 belə fakt qeydə alınıb. Bir ildə 211 qızımızın səadəti atdığı yanlış addımlar ucbatından göz yaşlarına çevrilir. İngilis qızı Sophie Birch bunu dilə gətirə bilir, amma bizim mənəviyyatımız elədir ki, bunu”üzüqaralıq” hesab edib gizlədirik, açıb-ağartmırıq. Əslində, bu rəqəmlər bəlkə də daha böyükdür.
Bir xanım haqqında bizim saytlardan birində yazmışdılar. Qadın özü üstüörtülü şəkildə dilə gətirmişdi. Görünür, ayrılıblar. Fikirləşirəm: Səudiyyə Ərəbistanından olan bir biznesmenin və yaxud kiminsə öz ölkəsində qızlar ərşəmi çəkilib, bəlkə orada qızlar kifirdir, sifətlərindən cin hürkür? Ola bilməz.

Təbii halını gözləmək lazımdır

 

Təbii halını gözləmək lazımdır

Həyat özü elədir ki, bir müddət sonra hər şey adiləşir. Bir vaxt Bakıya gəlməkdən ötrü necə can atırdım...Gəldim..məskunlaşdım..Bakı yanğm adiləşdi...indi geriyə qayıtmaq istəyirəm, amma uyğun yolu yox. Şəxsi həyatımız da belə..
O qədər görmüşəm ki, bir oğlan sevir, amma qız onu bəyənmir. Pis oğlan da deyil, sadəcə, kasıbdır, maşını, evi yoxdur. Ətrafımızda isə əksəriyyət bunları əsas götürür. Təbii ki, hər kəsin firavan yaşamaq haqqı var. Firavan yaşayanlar onlardan artıq deyillər ki... Amma mən belə gördüm ki, sevgi deyilən hiss insanların maddi vəziyyətlərinə uyğun dəyişikliklərə uğrayır.

Təbii halını gözləmək lazımdır

Mətləbdən uzaq düşmədən deyim ki, əcnəbi nikahların çox az hissəsini istisna etməklə qalanlarının yüksək sevgiyə əsaslandığına inanmıram. Bu, mənim şəxsi fikirlərimdir. İnsan həmişə eyni istəkdə qalmır, heç həyat da insana həmişə xoş üz göstərmir, bəs onda? Lap hərdən nəvələrimin nənəsi ilə küsüşsək də, bu biri evdə çox əminliklə yuxuya dalıram. Dalıram ona görə ki, o biri evdə, başqa sözlə, bir damın altında olduğumuza əminəm.
Allah heç kimə uğursuz sevgi qismət etməsin. Artıq bu addımı atmış balalarımız təki mehriban və xoşbəxt yaşasınlar. Fəqət, qızlarımız, xüsusən analarımız belə məsələrə diqqətli olmalıdırlar. Analar qızlarına bunları bir-bir başa salmalıdır.
Gənc qızlarımız və oğlanlarımız tələsməsinlər. Bu dünyada insan üçün nə gözəlliklər var, hər kəsin öz qisməti var, vaxtı var...Təbii halını gözləmək lazımdır.

Təbii halını gözləmək lazımdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz