» » Bir atanın övladını evləndirəcəyi vaxt (Müzakirə)

Bir atanın övladını evləndirəcəyi vaxt (Müzakirə)

Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)

Bu, həyatın qanunudur: bir qız bir oğlanındır. Oğlan da bizimdir, qız da. Əgər ailə üçün qız doğulmaq arzu olunan deyilsə və kimsə bunu belə arzulayırsa, ən pis adamdır. Kaş cəmiyyəti müəyyən məqamlarda birləşdirmək olayd. Neçə ki, polis idarələrinin qarşısında lövhə asırlar, "Onları polis axtarır”, bax belə. Belə ailələri, onların oğullarını qız ailələrinə tanıdaydılar, tanıdaydılar ki, bu atalar qız sevmirlər, onlara qız verərkən düşünün. İşə baxın, diaqnostika vasitələrinin köməyi ilə dünyaya gələcək körpəsinin qız olduğunu bilən və hamiləliyi dayandıran bu "əzəmətli” ata-ana guya ağıllıdır, amma Allah payıdır, qız qızıldır,-deyib fərq etmədən sevinən, həsrətlə qızını doğum evindən evinə-ocağına aparmağa tələsən, sonra illərlə min əziyyətlə adı-sanı üstündə qız böyüdən ata- ana, məni bağışlayın, "hampa”. Niyə insanlar bunun fərqində deyillər? Niyə bəs onda qız pisdir, qız böyütməyin məsuliyyəti çoxdur, qız narahatçılıqdır və s. kimi fikirləşən ata oğlunu evləndirir, niyə başqasının qapısına, ad da olsa, elçi gedir?
Belə düşünən, qız övlafdlara bu cür baxan bir ailədə o evə gəlin gedəcək qızın taleyini elə indidən müəyyən etmək olmurmu?

Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)

Qızlar evləri evlərə calayan, süfrələri süfrələrə calayan vəsilədir. Qız ailəsi- ata-anası isə bu vəsilənin səbəbkarıdır, bağbanıdır. Necə yəni, bu bağbanın neçə illər zəhmətlə becərdiyi bağın güllərini dərəsən, 1-2 aydan, 1-2 ildən sonra da deyəsən ki, yaxşı seçməmişəm, daha ətirli güllər varmış.
" Bir qalanın sirri” filmində Elşən sehirli qalada Göygöz kosa tərəfindən daşa döndərilmiş sevgilisi Mətanəti xilas etmək üçün Həkim babanın məsləhəti ilə otların, güllərin, çiçəklərin dilini öyrənməli, dərman düzəltməli idi. Həkim baba Elşənə demişdi ki, sənə verdiyim kitabları oxuyandan sonra bu kəməri belinə bağla, nə vaxt kəmər belində dayansa, deməli, hər şeyi bilirsən, hər şeyi bacarırsan. Elşən bir neçə dəfə cəhd etsə də, kəmər belində durmayıb açılmışdı və Elşən də oxumağa davam etmişdi. Ailə məsələlərində, qız seçmək, oğlan semək məsələlərində belə hazırlıq olmalıdır. Oğlan tərəf öz gələcək gəlinləri görmək istədikləri qızı, qız tərəf də gələcək kürəkənlərini bu çiddilikdə seçməlidir. Əgər bəri başdan bunu etsək, sonda dizimizə də döymərik. Təbii ki, istər qız, istərsə də oğlan başlanğıcda belə hazırlığa malik olmurlar, bu, heç onların da işi deyil. Oğlan da, qız da hansısa xəyalların fövqündə elə vüsala can atırlar, amma onlar hələ ər-arvad, ata- ana olmağa hazır deyillər. Bu, ailələrin işidir, ata-anaların işidir. Ata-analar bilməlidir ki, oğlunun sevgi anlayışı doğrudurmu, onlar bir-birlərini doğrumu seçiblər, onlar bu sevgini bir ömür qoruya biləcəklərmi? Və ata-ana övladlarını buna hazırlamalıdır. Görürsən ki, oğlan özünü zəhmətə alışdırmaq istəmir, elə istəyir ki, hər şeyə hazır nazil olsun. Və yaxud əlinə 5-10 manat pul keçdimi, məsələn, lap zəhmətlə qazandığı pul olsun, o gün də onun "başına daş salırsa”, bəs valideynlər olmayanda, ailə böyüdükcə bu ailəni kim dolandıracaq?

Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)

Əgər qız elə bilirsə ki, qadınlıq, analıq təkcə ərə getməkdir, 1-2 uşaq doğmaqdır və ərə gedəndən, dünyaya uşaq gətirəndən sonra, proletar üçün demirəm, uşaq üçün yuxusuz qala bilmirsə, gecələr uşaq çığıra-çığıra qalanda o da bərk-bərk yatacaqsa, bu, analıq oldu, nə qadınlıq oldu? Uşaq hər gün, hər dəqiqə qayğı istəyir, diqqət istəyir: vaxt olur ki, səhərdən axşama kimi, gecədən sübhə kimi oyaq qalmalısan. Gənc ana bundan bezirsə, 1-2 gündən sonra açıq-aşkar deməsə də, ürəyində kaş ərə rə getməyəydim, ürəyinə bircə dünyaya 2 uşaq gətirib, doğmaqla vidalaşardım kimi fikirlər gətirirsə, bu tifilə min yazıqlar...
İnsan acıyanda gedib ictimai yeməkxanada da yeyə bilər, yeri düşəndə lap marketdən özü də hazır yeməklər alıb günü yola verə bilər, amma məxsusi olaraq sənə sıyıq bişiriblərsə, üstünə kərə yağı əridib töküblərsə, sən evə gələndə məxsusi olaraq süfrəyə gətirirlərsə və sən evin Xanımının xoş aurasını da hiss edirsənsə, nə var belə yaşamağa...?!
Yoxsa hər gün soğan, kartof soy, yemək bişir, yemək tök, sonra qab-qacaq yu, sabah belə, o biri gün belə..bütün həyatın boyu belə deyib fikirləşirsənsə, bu fikirlər impuls olaraq gəlib proletarın içinə dolur və yazıq proletar yeyir, amma elə bil heç nə yeməyib... Hələ paltarını da "ximçistka”da (mən bunlara "kimçistka” deyirəm) yudurub geydirirsənsə və ərin də hər zaman canında, ruhunda "ximçistka” təravəti hiss edirsə, heyf bu evlilikdən.
Sevmək ürək istər, əzaba qatlanmaq istər, bunları sevgi üçün, sevdiyin üçün etdiyini bilib canıyananlıq istər.
Belədirmi, çox güman ki, yox. Yəni, ailə quran tərəflər bunları bilməli, bunlara hazır olmalı, bacarmalı və etməlidir. Əgər bu yoxsa, deməli, tərəflər ailə həyatına hazır olmamaqla bərabər, həm də doğru seçim etməyiblər. Təbii ki, sevməyə başlayanda oğlan qızın xoşuna gəlmək üçün özünü alicənab, nəzakətli, cibində 5-6 olsa da, varlı-karlı adamı kimi göstərməyə səy edəcək.Qız da min işvə-naz satıb oğlanın yarasına köz basacaq. Axı bu, əsl sevgi olmadı. Sevmək təsadüflə başlaya bilər, fəqət, insan öz gələcək həyatını qurmağa məsuliyyət hiss etməlidir. Onu zahiri hislərlə yox, dərk edərək, ona hazır olaraq addım atmalıdır. Oğlan da, qız da belə hisləri, sevgini, qayğıkeşliyi, qarşılıqlı etimadı, hörməti, güzəşti ilk əvvəl öz ailəsində görməlidir. Nəinki seriallarda gördükləri həyat, "səadət” arzulamalıdır.

Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)
Oğlan ata-anası da, qız ata-anası da bəzən fikirləşirlər ki, ailəni övladımız özü qurur, özü yaşayacaq, kimi istəyirsə, qoy özü seçsin. Məgər bu, övladın istəklərinə hörmət deməkdirmi? Ha doğru seçsələr də, ata-anaları kimi seçə bilməzlər. Seçə biliblərsə və bu seçim ata-anaların arzuladıqları ilə üst-üstə düşürsə, nə yaxşı, niyə də olmasın ki? Hansı valideyn istəyər ki, övladı xoşbəxt olmasın?! Yox əgər doğru seçməyiblərsə və başlanğıcda valideynlər də özləri bilərlər, onlar yaşyacaqlar, sonra deməsinlər ki, "mən istəməmişdim, siz seçmisiniz”, -deyib , yaxalarını kənara çəksələr, bu, laqeydlikdir, övlad taleyinə biganə münasibətdir. Bu yerdə övladlardan – oğul və qızdan da böyük haqq tələb olunur: ata-ana haqqına etimad. Həyat göstərir ki, dədə-babalarımız belə sevib-seçiblər və o ailələr indiki ailələrdən qat-qat sarsılmaz olur. Ailə gözəlliklərimizn, sədaqət və sevgi sarayımızın kərpicləri bir-bir tökülür, tükümüz tərpənmir. Hamı "təzə kərpic”lərə boylanır. Hesab edirəm ki, gözəl ailələrimiz də az deyil. Ağbirçəklərimiz, ixtiyar babalarımız da tükənməyib. Onların xələfi ola bilmək üçün onların yaratdığı və əsrlərlə cilalaya-cilalaya bizə gətirib çatdırdığı milli mənəvi dəyərlərimizi, ailə-əxlaq məcəlləmizi yenidən canlandırmalıyıq, onların üzünə üzüağ gedə bilmək üçün.
Ata-analar, gözünüz aydın, evinizə-ocağınıza nəsil şəcərinizi davam etdirəcək oğul gəlib. Bu halından bəy paltarı geyənə kimi çəkdiyiniz qayğıları bütün təfərrüatıyla Allahınızdan və özünüzdən başqa kim bilə bilər ki? Bu günü çox arzulamısınız, qismətiniz oldu, halalınız da olsun. Qayğı tək bumu, sevgi nəğməniz bitdimi artıq, göydən 3 alma düşdümü? Yox, hələ illərlə carpışıb-vuruşub yaşadığınız həyatın ləzzəti qabaqdadır: oğlunuzun evi olacaq, onlar mehribanlıqla, seviylə yaşayacaqlar, nəvələriniz olacaq, nənə yaddan çıcacaq və hər gün nəvələrinizə qaçacaqsınız. Gedəndə görəcəksiniz ki, gəlininiz bişirdiyi yeməyin ətri blokun ağzından hiss edilir, ev-eşik gül kimi, gəlininiz intizarla oğlunuzu gözləyir, sizi görüb başını bağlamayacaq, özünü xəstəliyə xəstəliyə qoymayacaq, əksinə, əl-ayağa düşüb pişvazına çıxacaq, altınıza evdən döək gətirəcək, armudu stəkanda mürəbbəli çay...bunları belə arzulamırdınmı? Sən bu evə həmişə lazımsan, bərəkətli olsun deyə, problerlə qarşılaşanda çaş-baş qalmasınlar deyə.
Bütün bunlar üçün övladlarınızın ailə həyatlarını sizin nizam və məsləhətlərinizlə qurması daha ümidvericidir, daha etibarlı olacaq, balalarınız daha xoşbəxt olacaqlar.
 
Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)

Sözüm sizədir , qız ataları. Mənim qızım yoxdur: qız nəvələrim var.
İnanın, səmimi sözümdür. Qız nəvələrim olduğuna görə üz-gözümü turşutmamışam .Onlar anamın səyyarələridir. Onlar ocağımızda, şəcərə
Tariximizdə anamızın ruhunu yaşadacaqlar. Hər gün onlara vaxt ayırıram: yatmaqları, durmaqları, yeməkləri, gülüşləri ən kişik məqamları ilə canıma hopur. Zaman isə heç nəyə baxmadan irəli gedir və bir də görəcəyəm ki, budur, nəvəm böyüyüb, ali təhsil alıb və günlərin bir günü evimizi tərk etmək üzrədir. Buna indidən dözmürəm, bu cür nazla, narahatçılıqla qız böyüt və vaxt gəlsin o, ayrı ocağa köçsün, hər gün evdə, gözünün qabağında olan qız indi görünməsin.
Yaxşı ki, həyatın qayda-qanunlarını qəbul edib sakitləşirəm. Nigarançılığım bir sarıdan qalır: nəvəm yaxşı ailəyə qismət olsun, yoldaşı ağıll, əməli saleh bəndə olsun, xoşbəxt yaşasınlar. Onlara gedəndəndə buna dönə-dönə əmin olum.Əgər ömür vəfa etməsə, ruhum biləcək, ruhum sakit olacaq.
Buna görə də qız ataları qızlarını köçürməyə çox da tələsməməlidir. Təki ailə qursun deyib kim birinci elçi gəldi ona vermək qisməti doğru deyil. Qız ata-anası daha diqqətli, təmkinli və səbirli olmalıdır.
Onlar qızları ilə ailə quracaq oğlanın saleh müsəlman olmasına, içki içməməsinə, islama ehtiramına, bir ailəni dolandıracaq qədər çörək pulu qazana bildiyinə əmin olmalıdır. Qızını bu xüsusiyyət və bacarıqlarda olmayan birisi ilə ailə qurmasına razı olan ata övladını fəlakətə sövq etmiş olur. Hədis-i şəriflərdə də buyurul ki, qızını evləndirmək, onu əldən çıxarmaq deməkdir. O halda qızınızı evləndirərkən hara verdiyinizə diqqət edin. Həzrət Əli buyurub ki, yaxşı kürəkən qazanılmış bir oğlan övladıdır, pis kürəkən isə itirilmiş qızdır.
Qızınızı itirməkdənsə, pis kürəkən qazanmaqdansa, elə əvvəlcədən doğru seçin, sonra necə olacağı haqqında fikirlər heç ağıla gəlməsin.
Əziz dostlar, müzakirələrdə fəal olun. Lap hamıdan fərqli fikir desəniz də, hamının əksini desəniz də, doğruya getməyimizə, daha ağllı nəticəyə gəlməyimizə bu fikirlər işıq tutacaq. Elə bu işıqla hər ailəmizə qazanılmış bir oğul arzulayıram.. Elə bu formulada xoşbəxt balalarımızın hər ikisi də - oğlumuz da, qızımız da var.

Bir atanın  övladını evləndirəcəyi vaxt (Müzakirə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz