» » Xəstəyə baş çəkmək

Xəstəyə baş çəkmək


Xəstə yatan yaxına, dosta, əziz adama baş çəkmək hər kəsin insanlıq borcudur. Bu diqqət xəstə üçün, qohumluq münasibətləri üçün, həyatın özü üçün bir diqqət, cavabdehlik və məsuliyyətdir. Digər tərəfdən xəstənin hal və xətrini soruşmaq, könlünü almaq ondakı həyat eşqini alovlandırmaq, xəstəliyə qarşı müqavimətini artırmaq deməkdir. Digər tərəfdən, xəstə imkansız olarsa , kimsə onun yanına müəyyən hədiyyələrlə, yemək, meyvə və mineral sular gətirərsə, bu, gücü çatdığı qədər xəstənin ehtiyacını qarşılamaq deməkdir.

Xəstəyə baş çəkmək

Xəstə ziyarəti təkcə bundan ibarət deyildir. Belə məqamlarda yaşlı insanlara xüsusilə həssas yanaşılmlıdır.
Onlarının yaşlarının elə bir dövrdür ki, onsuz da bu dünyanın faniliyini başa vurmaqda olurlar. Xəstələndikdə isə qəbir evinə doğru daha yaxın olduqlarını düşünərək bir az da bədbinləşirlər. Xəstəxana müalicə müəssisəsi olsa da, belə məqamda onun oyatdığı təəssürat bir az fərqli olur. Odur ki, hər birimiz ətrafımıza diqqətli və həssas olmalı, onlardan biri xəstələndikdə tez-tez xəstəxanaya getməli, ona maddi və mənəvi dəstək olmalıyıq .Bu cür əlaqə, sadəcə, fiziki getməkdən, hər dəfə də əlidolu getməkdən ibarət deyil. Əliboş da gedə bilərsən, fəqət, ürəyidolu gedə bilərsən, bəzən də əlizəmbilli gedənlərdən əhəmiyyətli olar səniun getnəyin.
Bəli, hər əməlin, hərəkətin bir ədəbi olduğu kimi xəstə ziyarətinin də öz ədəbi vardır. Nədir bu ədəblər:
Doğuşdan sonra hamilə qadına, xəstəyə və başsağlığı verilmək üçün edilən ziyarətlər 1 saatdan artıq çəkməməlidir.

Xəstəyə baş çəkmək

Yanına gedəcəyimiz xəstənin yaxınının, ya da həkiminin icazəsini almalıyıq. Çünki elə xəstəliklər vr ki, xəstənin yanına girilməsinə həkim icazə verməyə bilər.
Yaxın qohum və dostlar xəstələndiyində dərhal ona baş çəkməlisiniz.
Xəstənin otağına girərkən nə çox kədərli, nə də çox şən bir rəftar nümayiş etdirməlisən, xəstəyə normal bir insan rəftarı edilməlidir.
Xəstələr yanına gələnlərə xəstəliklərinə dair bir şeylər izah edərlər, həm də soruşarlar. Belə vəziyyətlərdə maksimum həssaslıq göstərilməli, xəstənin təşvişə düşməsinə səbəb olacaq hərəkətlər edilməməlidir.Mən hələ uşaq olarkən insanların ağzından eşitmişdim ki, bir nəfər xəstə dostuna baş çəkməyə gedir. Dostunu ağır vəziyyətdə görüb deyir ki, bu, nə haldır düşmüsən, heç yarın qalmayıb ki.

Xəstəyə baş çəkmək

Guya dostu da bəlkə də ölməyəsi imiş, dostunun bu sözündən sonra bir gün keçmir ki, canını tapşırır. Ola qorxu və narahatlıqları aradan qaldırılmalıdır. Məsələnin mahiyyəti çox təsirlidir.Həm xəstə ilə bağlı olduğu üçün, həm də sözün həyatımıda oynaya biləcəyi böyük təsirə görə.
Çalışmaq lazımdır ki, xəstənin yanında onu qorxudan, ümidini, inamını yox edən heç bir şey danışılmasın, əksinə, xəstəliklə əlaqəli müsbət sonluqlu hadisə və faktlar bilirsə, onları çatdırsın. Xəstənin yatağına oturulmamalıdır: ya ayaqüstə dayanılmalı, ya da kresloda oturulmalıdır.
Xəstə yanına gələn eyni Amanda palata yatan digər xəstələrə sayğılı münasibət bəsləməli, istər palataya daxil olarkən, istərsə də palatanı tərk edərkən içəridəki xəstələrə şəfaət, cansağlığı diləməlidir.

Hər kəsə həyatın ən şirin neməti olan cansağlığı diləyi ilə...

Xəstəyə baş çəkmək

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz