» » İctimai yerlərdə davranış qaydaları

İctimai yerlərdə davranış qaydaları

 


Ədəb qaydaları, davranış normaları təkcə insan əxlaqını nizamlamaq, cilalamaq üçün yox, həm də cəmiyyəti nizamlamaq üçün çox mühüm şərtdir. İnsanlar cəmiyyətin üzvləridir və onların ayrı-ayrılıqda əxlaq, davranış və mədəniyyətlərinin məcmusudur. Bir insan ictimai yerdə özünü apara bilmirsə, bir insan istifadə üçün yaradılmış hansı vasitədən istifadə edə bilmirsə, təbii ki, tək özünə deyil, cəmiyyətə də problem yaradır. Onda kim necə istəsə davransa, kim ecə istəsə yaşasa, xaos yaranar ki. Buna görə də insanlar bu nizama zaman-zaman ehtiyac duyublar: ictimai birgəyaşayış mədəniyyətini förmalaşdırıblar. Əlbəttə ki, hər kəsin sahib olduğu mərifət, mədəniyyət ictimai mədəniyyətin tərkib hissəsidir. Bizi cəmiyyətə bu davranışlarımız tanıdır və ya təqdim edir.
Artıq bu mövzuda bir neçə yazı təqdim etmişik. Bugünkü yazımızda isə ictimai mühitdə davranış
qaydaları haqqında danışacağıq. Məsələn, teatr tamaşalarına, kinoya gedərkən davranış qaydaları, lifdə, ictimai yeməkxanada, qatarda,

avtomobildə etməli olduğumuz nəzakət qaydaları və davranış normaları necə olmalıdır?

 


İctimai yerlərdə davranış qaydaları
Teatr və kinoya iki kişi öz xanımları və yaxud iki qadın olaraq, dörd nəfərlik bir qrup halında gedirlərsə, kişilər kənarlarda oturub qadınları ortaya almalıdırlar.
Yemək salonuna girərkən, kişilər qadınlara sol qollarını  verirlər. Qadınlara qol vermək üçün  qol yüngülcə qövs kimi vəziyyətə gətirilir; qadın bir az geridə olmaqla  bədəninə heç dəymədən irəliləyirlər.
Bir liftə minərkən,ya da düşərkən qadın qabaqda, kişilər arxada dayanır. Liftin düyməsini kişi  basar və qadını içəri dəvət edər:  qapını bağlandıqda  düyməni basar.  liftdən və yaxud  qatardan çıxarkən  kişi yenə qapını açıb qadının çıxmasına kömək edər.
Pilləkəndən çıxarkən əvvəl qadın çıxar. Enərkən isə kişi qabaqda olmalıdır.
Avtomobildə qadının yeri arxa sağ tərəf qəbul edilir. Əgər avtomobildə ancaq özləridirsə, qadın ön cərgədə əyləşməlidir. Kişi avtomobildə qadın tam rahat əyləşdikdən sonra əyləşməlidir.
Bir kişi avtomobilində  qadınla səfər edirsə, ilk əvvəl salondan özü çıxmalı, sonra qadının səfər çantası varsa, çantasını almalı  və qadınının çıxmasına kömək etməlidir.
Taksiyə minərkən isə əvvəl kişilər minər, sonra kişilər enər.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz