» » "Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz"

"Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz"


Yer səthi 510 milyon kvadrat kilometrdir. Bunun 362 milyon kvadrat kilometri və ya 71 %-i okeanın, 148 milyon kvadrat kilometri və ya 29 %-i quru ərazilərinin payına düşür. Onda belə çıxır ki, quru və su səthi qədər də onun üstündə qərarlaşan səma var, yəni 510 milyon kvadrat kilometr.
Amma bir məkan da var: nə astronavtlar, nə coğrafiyaçılar, nə hidroloqlar, okeanoqraflar, nə Kolumb, nə A.Vespuççi, Magellan, Sedov...kim.....kim ağlına gətirə bilmədi bu məkanı.Yer səthi üstəgəl o qədər də hava səthi, üstəgəl 148 milyon kvadrat kilometrlik quru sahədə yaşayan körpə uşaqdan tutmuş qarışqayadək bütün canlıların, cansızların içində, ruhunda olan bir məkan.... 
Dünyanın aydınlıq tərəfi...Dünyanın var olan tərəfi, ümid tərəfi... Bəzən zərrə qədər olur, bəzən gerçəklikdə mövcud olan hüdudlardan dəfələrlə böyük... 
İnsanlığın sərhədi bu bu məkan harda var, ordan başlayır. Bu nəciblik hansı ürəkdə var, İnsan odur. Acı duymaq hamımız bilirik, hamımızın acısı ola bilir.Amma ətrafdakıların açısını duya bilmək, o acıya yanmaq, insanlığın təntənəsidir.
Xeyirxahlıq!!! Bu elə bir hissdir ki, onun bitdiyi yerdə qışın oğlan çağında güllər-çiçəklər açır. Ağ tut, qara tut yetişir, əncir yetişir, xurma yetişir. Yayın cırhacırında sanki Qoşqarın, Kəpəzin, Şahdağının ətəyindəsən. Ətrafındkılar hamısı ürəklərində mərhəmətdən saray ucaltmış insanlardır. Niyə yaşamayasan ki?! Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik" əsərində göstərilir ki, insanların seçmə hədəfi insanlığa faydalı olan insandır. Xalq nəzərində mötəbər kimsə ancaq mərhəmətli olan insandır. Şri-Lankalı sufi mütəfəkkiri M.R Bava Muhaiyaddeen yazır ki, mərhəmət ən uca bir hədəfdir. Mərhəmət və bağışlamaq insanın ürəyinin yumşalmasına səbəb olur. Buna görə şətində, darda qalanlara, şəfqətə ehtiyacı olan binəsiblərə mərhəmət göstərir. Belə bir ürəyin sevgi dolu olduğu bəlli olur. Hər insan bunu düşünməlidir. Hər insan ürəyinə sevgi və şəfqət doldurmalıdır. Hər insan dedim, amma hər insan yox, köksündə hamımıza lazım olan ürəyi daşıyan qan qardaşımız, can sirdaşımız: bizim biri-birimizdən başqa kimimiz var ki. 

 

 

"Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz"

 

Həyat göstərir ki, həyat yolları hamar olan, heç bir çətinliklə rastlaşmayan, zəhmət çəkməyən, əziyyət görməyən, ehtiyac yaşamayan necə mərhəmətli ola bilər ki?!
Böyük filosof və mütəfəkkir Səhabəddin doğru buyurur ki, kədəri bilməyənin mərhəmətinə inanmayın. Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz. Mərhəmət o ürəkdə olur ki, özü bir xoş niyyətin, xeyirxah əməlin istisində "həyatın dibindən” üzünə çıxıb. Həyat bunu sınaqdan çıxarıb belə qəbul edib.

 

Cabir Novruz yazır:

 

Dünyada nə olsa - ürəyimdədir;
bir insan sevinsə, bir gül açılsa,
bir ömür məhv olsa, bir ev uçulsa,
bir güllə atılsa - ürəyimdədir.

Avstriya psixoloqu Alfred Adler çox haqlıdır ki, acımaq, ictimai duyğunun ən təmiz ifadəsidir. Ağrıma duyğusuna malik bir adamın ictimai duyğusunun daha yaxşı inkişaf etmiş olduğunu düşünə bilərik. Çünki bu duyğu insanın başqaları ilə nə dərəcədə yaxın olduğunu göstərir. Duyğunun sui-istifadə edilməsi duyğunun özündən daha məşhurdur. Belə bir adam sanki ictimai duyğusu çox qüvvətli imiş kimi, görünə bilər. Beləcə sırf özünü nümayiş etdirmək, gündəmə gətirmək üçün saxta bir mərhəmət nümunəsi sərgiləyənlər var. Belə adamların xeyirxahlığındansa, daşqəlbli insanların laqeydliyidaha az təhlükəlidir. 


 

"Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz"


Məsələn, bir məşhur, tanınmış iftar süfrəsi açır, iftara çəkdidiyi xərcdən yayımlanması üçün daha çox xərcləyir.Guya mərhəmət adamı kimi mərhəmət göstərdiyi adama 20-25 manatlıq paketi təqdim etdiyi anda şəklini lentə aldırıb yayımldır. u, mərhəmət deyil.
Bəlkə də belələri,əslində, səfil və yoxsullara kömək etmək bəhanəsiylə öz üstünlüklərini söz-söhbətlərdən qorumaq məqsədi güdürlər. 
Allahımız hər bir qan qardaşımızın, can sirdaşımızn içini avand eləsin, süfrəsini ruzili eləsin, inşallah, amin. Fəqət, həyatın gözlənizməzləri də var. Bu, o demək deyil ki, gözlənilməzlik Əlinin, Vəlinin başına gəlib, mənim işim qaydasınca gedir və sair və ilaxır... Yaşamamız üçün çörək, su zəruri qidalardır, olmasa, yaşaya bilmərik axı. Allah bu ruziləri yaradanda sahibkara, nazirə bir, Əliyə, Vəliyə isə bir ayrı yaratmayıb. Heç bir fərq qoymadan hamıya bəxş edib. Əgər iraq-iraq, dilim-ağzım lal olsun, yer üzündə bir buğda qalmasa, kimsə xilas ola biləcəkmi, lap olsun 1 ay, 2 ay, bəs sonra? İnsanlıq da bizim mənəvi qidamızdır, o, olmasa, düz-dünya qızıla bürünsün, göydən başımıza zər ələnsin, nə faydası... həyat getdikcə kim bilir, ionosfer,homosfer kimi göyün neçənci qatında itib-batarıq.
Suyu, havanı, çörəyi, düzu, Günəşi nə qədər qoruyuruqsa, insanlığı da o qədər qorumalıyıq. Həyat davam etsin deyə, insanlar yaşamaqda davam etsinlər deyə. Bu isə insanların ətraf aləmə olduğu kimi, bütün insanlara da həssaslığını vacib edir, zəruri edir. İnsanlıq qorunmayınca, tək-tək fərdlər ayrılıqda mövcud ola bilməz.

"Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz"

 

Tələsin insanlar, şadlıq görməyə,
Qəm qüssə görməyə gecikin bir az.
Tələsin insanlar deyib gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.

Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var,qəm var, kədər var,
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.

Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır,durur

Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.

Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin,adamlar əldən tutmağa,
Fəqət ev yixmaqda qalın geridə

Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun

Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib,yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin...

 

Cabir Novruz

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz