Zifaf və ya gərdək gecəsi (I yazı)
Bəs "zifaf” sözü nə deməkdir? "Zifaf” sözü lüğəvi mənasına görə "toy gecəsi” deməkdir. Yəni, toy mərasimi bitdikdən sonra gəlinlə bəyin gərdəyə (gəlin və bəy üçün ayrılmış otaq) girdiyi andan başlayır. Söhbət mövzusu olması, xüsusi ifadə ilə adlanması çoxlarının xoşuna gəlməsə də, toy mərasimlərimizin bu mərhələsi həmişə olmuş və bu gün də var. Hətta bəylə gəlinin gərdəyə gürməsi və ilk ailə münasibətlərinin nəticəsi haqqında oğlan və qız tərəfinin nümayəndələri müvəkkil də olurlar. Bu an haqqında kiminsə bilməsi bəlkə də ailə həyatı quranların heç birinin xoşuna gəlmir. Bəzi hallarda həyəcandan, utanclıqdan, qorxudan "ilk gecə sindromu"nun yaranması da bununla bağlııdr.
Və yaxud oğlan olsun, ömründə bir qızla kəlmə kəsməyən, yanaşı getməyən bu oğlan indi onunla yanaşı necə yatsın?
Bunlar abırla, ismət-həya ilə bağlı olduğu kimi, təcrübəsizliklə də bağlıdır. Millətimizlə, dini baxışlarımızla, bir az da mühafizəkarlıqla da bağlıdır.
Bu yerdə XVI əsr filosofu və yazıçısı Mişel de Montenin gözəl bir fikrini düşündüklərimi demək üçün ölçü kimi götürəcəyəm:
"Eşq utanma və çəkinmənin olduğu yerdə vardır."
Çox səlis və ibrətamiz deyilmişdir. Elə gənclər arasında yaşanan "ilk gecə sindromu” bəlkə də təcrübəsizlikdən yox, bu utancıqlıdan, abır-həyadan qaynaqlanır.
Getdikcə çox abır-həya pərdəsini götürdülər, insanın özəl həyatını bayağılaşdırdılar. Bu elə bir məsələdir ki, ilk gecə alınmayıbsa, bunun kimlərəsə məlum olması hər iki gənc üçün psixoloji zərbə olur. Onlar uzun müddət bu təsirdən uzaqlaşa bilmirlər. İlk cecə baş tutmayıbsa, 2-ci, 3-cü, 7-ci gecədə baş tutar. İki şəxsə aid şıxsi məsələni kiminsə bilməsi heç cürə doğru deyil. Onların özlərini anlayışlı aparması, öz aralarında bunun yolunu tapması, mənə görə ən doğru yoldur.
İstər oğlan, istər qız zifaf gecəsinin edilməli lazım olanlarını özləri öyrənmlidir, bunu kimsədən soruşmaq, kimlərinsə bunu öyrətməsi sonralar lazımsız söhbət mövzusu ola bilər.
30-40 il bundan əvvəl də bu problem olub, bu gün də var, 30-40 il bundan sonra da olacaq. Amma 30-40 il bundan əvvəl zifaf gecəsi baş verən belə halları söz etməzdilər, ən uzağı yengə bilərdi və o da belə halda qızın ən yaxın rəfiqəsinə çevrilərdi. Onun depresiyaya düşməsinə qoymazdı. Amma indi çox vaxt yengələr özləri müşayiətçiləri olduqları bu zifaf gecəsinin "cikini-bikini” hər yerdə söhbət mövzusu edir.
Zifaf gecəsi toyu olan qız gənclərdə qanama olacağı və cinsəl prosesdə acı çəkiləcəyi, kişilərdə isə sərtləşmə, erkən boşalma və qeyri-kafi aktivlik qorxusu meydana çıxmaqdadır.
"İlk gecə sindromu” qadınları kişilərə görə daha çox həyacanlandırır. Çünki müsəlman cəmiyyətində bakirəlik evlilik üçün şox ciddi və vacib şərtdir. Hətta o qədər ciddi məsələdir ki, bəlkə də bu günahdan başqa, bütün günahları bağışlamaq olar. İlk gecə, qadın həm qanama olmasından, ya da, ümumiyyətlə, heç olmamasından qorxur. Çünki uşaqlığından etibarən onun da beynində "qızlıq pərdəsi” adlı ciddi bir məsələ var və o yaşa dolduqca anlayıb, qəbul edilib və ya onunla bu mövzuda söhbət edə bilənlər deyiblər ki, bu pərdə məhz ilk cinsi əlaqədə qanuni əri tərəfindən pozulur. Amma yeniyetmə bir qız beləcə yetişdiriləndə, əslində, cinsi əlaqə zamanı alınan əza həzzi ön planda olsa da, bu münasibətdə ola biləcək ağrılar, eləcə də orqanizmdə baş verəcək dəyişikliklər beynin üst mərkəzlərində şüurlu olaraq qəbul edilmir.
Oxşar postlar:
- Oxunub: 4 239
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Sevgi
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar