» » Zifaf və ya gərdək gecəsi (I yazı)

Zifaf və ya gərdək gecəsi (I yazı)

Zifaf və ya gərdək gecəsi  (I yazı)

Bütün sevgilər ona sədaqətli olan hər kəsi vüsala aparır. Bu elə bir yoldur ki, hər kəsin taleyindən keçir. Hər kəs bu yolu qoşa addımlamaq istəyir. İlk gündən biraz qorxacaq, bir az kövrək, bir az utancaq, bir az çıltaq, bir az təsadüfi atılan addımlar getdikcə cilalanmağa, saf, dəruni niyyətlərə çevrilməyə başlayır. Bəzən bu yol uzun çəkir, bəzən çox qısa müddətdə onlar niyyətlərinin sonuna gəlirlər və toy çalınır. Bir evdən bir evə səadət köçür. Amma bu səadət hazır yağlı kökə də deyilmiş demək. Hələ toydan neçə vaxt əvvəl də ailə quracaq gənclər arasında bir sindrom yaranır: zifaf gecəsi biabır olmayacam ki, kişiliyimi sübut edə biləcəyəmmi, bakirəliyimi təsdiqləyə biləcəyəmmi?
Bunlar, əslində ciddi məsələlərdir və mən öz payıma bunu normal qarşılayıram. Axı ömrü boyu əli yad kişinin əlinə toxunmayan, naməhrəm tərəfə baxmayan bir qadın indi neçə ram olsun ki, özgə ailənin oğlu qapını açıb gərdəyə daxil olacaq....
Və yaxud oğlan olsun, ömründə bir qızla kəlmə kəsməyən, yanaşı getməyən bu oğlan indi onunla yanaşı necə yatsın?
Bunlar abırla, ismət-həya ilə bağlı olduğu kimi, təcrübəsizliklə də bağlıdır. Millətimizlə, dini baxışlarımızla, bir az da mühafizəkarlıqla da bağlıdır.
Cinsi həyat haqqında heç bir məlumat və ya bacarığı olmayanlar bilinməyənlər ilk gecə qorxusunu daha çox keçirirlər. Bu məsələ ölkəmizdə yeni evlənəcək cütlükləri düşündürən, bu yolu keçənə qədər narahat edən ciddi bir mövzudur. Elə buradaca bir məsələnin üstündən keçmədən qeyd edim ki, bu mövzuda gənclərin intim yaxınlığının "cinsi təcrübə” kimi adlandırılması, məncə, doğru deyildir. Biz bəzən bütün etik çərçivələri aşıb keçiririk, həm arada pərdə açılır, üz "sırtıqlaşır”, həm də məsələnin məzmin və mahiyyəti bayağılaşır. Cinsi də təcrübə olar, yoxsa onun da bir müsabiqəsini keçirsinlər?!

Zifaf və ya gərdək gecəsi  (I yazı)

Bu yerdə XVI əsr filosofu və yazıçısı Mişel de Montenin gözəl bir fikrini düşündüklərimi demək üçün ölçü kimi götürəcəyəm:
"Eşq utanma və çəkinmənin olduğu yerdə vardır."
Çox səlis və ibrətamiz deyilmişdir. Odur ki, mən gənclər arasında yaşanan bu "ilk gecə sindromu”nu təcrübəsizlikdən yox, utancıqlıdan, abır-hyadan yarandığını qəbul edirəm.
Getdikcə çox abır-həya pərdəsini götürdülər, insanın özəl həyatını bayağılaşdırdılar. Bu elə bir məsələdir ki, ilk gecə alınmayıbsa, bunun kimlərəsə məlum olması hər iki gənc üçün psixoloji zərbə olur. Onlar uzun müddət bu təsirdən uzaqlaşa bilmirlər. İlk cecə baş tutmayıbsa, 2-ci, 3-c3, 7-ci gecədə baş tutar. İki şəxsə aid şıxsi məsələni kiminsə bilməsi heç cürə doğru deyil. Onların özlərini anlayışlı aparması, öz aralarında bunun yolunu tapması, mənə görə ən doğru yoldur.
İstər oğlan, istər qız zifaf gecəsinin edilməli lazım olanlarını özləri öyrənmlidir, bunu kimsədən soruşmaq, kimlərinsə bunu öyrətməsi sonralar lazımsız söhbət mövzusu ola bilər.
30-40 il bundan əvvəl də bu problem olub, bu gün də vr, 30-40 il bundan sonra da olacaq. Amma 30-40 il bundan əvvəl zifaf gecəsi baş verən belə halları söz etməzdilər, ən uzağı yengə bilərdi və o da belə halda qızın ən yaxın rəfiqəsinə çevrilərdi. Onun depresiyaya düşməsinə qoymazdı. Amma indi çox vaxt yengələr özləri müşayiətçiləri olduqları bu zifaf gecəsinin "cikini-bikini” hər yerdə söhbət mövzusu edir.
Zifaf gecəsi toyu olan qız gənclərdə qanama olacağı və cinsəl prosesdə acı çəkiləcəyi, kişilərdə isə sərtləşmə, erkən boşalma və qeyri-kafi aktivlik qorxusu meydana çıxmaqdadır.
"İlk gecə sindromu” qadınları kişilərə görə daha çox həyacanlandırır. Çünki müsəlman cəmiyyətində bakirəlik heç nə ilə dəyərləndirilə bilməyən ucalıqdır. Hətta o qədər ciddi məsələdir ki, normal ailələrdə bu məsələdən başqa edilən hər günahı bəlkə də bağışlamaq olur, amma bakirəlik haqqına kimsə toxuna bilməz. İlk gecə, qadın həm qanama olmasından, ya da, ümumiyyətlə, heç olmamasından qorxur. Çünki uşaqlığından etibarən onun da beynində "qızlıq pərdəsi” adlı ciddi bir məsələ var və o yaşa dolduqca anlayıb, qəbul edilib və ya onunla bu mövzuda söhbət edə bilənlər deyiblər ki, bu pərdə məhz ilk cinsi əlaqədə qanuni əri tərəfindən pozulur. Amma yeniyetmə bir qız beləcə yetişdiriləndə, əslində, cinsi əlaqə zamanı alınan əza həzzi ön planda olsa da, bu münasibətdə ola biləcək ağrılar, eləcə də orqanizmdə baş verəcək dəyişikliklər beynin üst mərkəzlərində şüurlu olaraq qəbul edilmir.

Zifaf və ya gərdək gecəsi  (I yazı)

Toydan sonra yeni ailə quran gənclər yorğun olur. Belə bir vəziyyətdə onları 1-ci gecə hökmən cinsi əlaqəyə girmə məcburiyyəti qarşısında qoymaq məsələsi də müzakirə mövzusu ola bilər: axı ilk toy günü onlar çox yorğun və həyəcanlı olurlar. Üstəlik dolayısı yolla da təzyiq edilə ki, məhz ilk gecə məsuliyyəti baş tutsun və hər iki tərəfin valideynlərini bunu "təsdiq" etsinlər.
Bir daha fikrimi bildirirəm ki, sevən gəclərə təzyiq etmək olmaz, onlar sərbəstlik vermək lazımdır:
nəyi, necə, nə zaman yaşayacaqlarına qoy onlar özləri birlikdə qərar versinlər. İlk gecə və yaxud 2-ci, 3-cü və ya 7-ci gecə, bu, artıq onların şəxsi işidir. Əhəmiyyətli olan yeni ailə quranların bir-birinə alışmasıdır. Belə alışsalar, növbəti gecələrdə onlar çox güman ki, "ilk gecə sindromu” ilə qarşılaşmayacaqlar.
Əgər qadın və kişinin daha əvvəldən cinsi məlumat və təcrübəsi yoxsa, onların utancaq, bir qədər də həyəcanlı olmaları təbiidir. Odur ki, buraxmaq lazımdır onlar srbəst danışsınlar, deyib-gülsünlər və özlərini müvəffəqiyyətli gecə üçün hazırlasınlar.
Bu zaman əsas vəzifə daha şox kişinin üzərinə düşür, o, səbirlilik və təmkinlilik nümayiş etdirməli, sevgilisi ilk gecənin müvəffəqiyyətinə hazırlamaq üçün əlindən gələni etməlidir.
Cinsəllikdən danışmaq, yazmaq, belə olmalıdır, belə etinlər yazmaq da, fikrimizcə etik deyil. Qoy onlar özləti səmimi, qarşılıqlı ülfət və ünsiyyətin yaxınlaşmasında nəyi necə edəcəklərini özləri üçün özləri müəyyən etsinlər. Qadın və kişi cinsəlliklə əlaqədar arzularını bir-birinə ifadə edərsə, həm aralarındakı güvən inkişaf edər, həm də xoşbəxt olarlar.

Zifaf və ya gərdək gecəsi  (I yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz