» » Zifaf və ya gərdək gecəsi ( II yazı)

Zifaf və ya gərdək gecəsi ( II yazı)

Zifaf və ya gərdək gecəsi ( II yazı)

Evlənən bir cütün ilk gecədə gərdəyə girməsinə " zifaf " deyilir. Həyatımızda zifaf gecəsi necə davranması lazım olduğunu bilməyən bir çox gənc kişi və gənc qız olduğu haqqında hamımız müəyyən söhbətlər eşitmişik. Doğrudan da bəzi gənclər, istər oğlan, istərsə qızlar, fərqi yoxdur, zifaf gecəsinə baş vurana kimu gərginlik keçirirlər. Halbuki zifaf gecəsi qorxulması deyil , həyatımızda qürurla qiymətləndirilməli olan bir gecədir ki, valideyn və yaxınlarının iştirakı ilə rəsmi toy mərasimi baş tutdu. Qaldı gərdək gecəsi özəlliyi, bunu təmkinli qarşılmaq lazımdır. Bu yazıda gənclər üçün
Ilk gecə necə davranılması lazım olduğu mövzusunda məlumat verməyə çalışacağıq.
Bir çox cüt üçün bu gecə , ailə həyatının ən əhəmiyyətli günüdür . Gənclər insanların gözləri qarşısında öz sevgilərini təsdiq edib, onu digər bir müstəviyə keçirirlər. Artıq onlar həm dinimizin, həm dövlətimizin müəyyən etdiyi hüquqla ailə həyatı yaşamağa başlayırlar. Odur ki, qanuni ər-arvadın hansısa həyəcan, qorxu, təşviş keçirməsi gərək olmasın. İlk ər-arvad münasibətlərinin başlanmasını bəzən səbatsız adamlar, özləri müyyən problemlə qarşılaşanlar səhv yozurlar, öz intellekt səviyyəsinə uyğun izah edirlər. Bu, sənin həyatındır, sən bu sevgi vüsalını illər boyu gözləmisən və qismətin də olub. Niyə qorxmalısan, niyə çəkinməlisən?!İlk yazımızda ifadə etdik ki, gənclərimiz bu halı təcrübəsizlikdən deyil, abır –həyadan keçirirlər. Amma evlənmiş gənclər artıq bir-birinə məhrəm sayılır və onlar özlərinin şəxsi həyatlarını yaşamalıdırlar və əlbəttə ki, ola biləcək bütün həyəcanları xoş anlayış və davranışların, qarşılıqlı hörmətin fonunda əriyib itəcəkdir.
Mənim fikrimcə, istər oğlanın, istərsə də qızın həyacanı gözəldir, bundan qorxmaq lazım deyil, bunu söhbət mövzusu etmək lazım deyil. Bütün həyati proseslərin başlanğıcı çətin olur, bu, təkcə təcrübəsizliklə, qoru ilə bağlı deyil. Elə adam var ki, ilk dəfə getdiyi yerdə, ilk görüşdüyü adamlarla elə anındaca elə ünsiyyətdə olur ki, elə bil bunlar illərin tanışı imiş və o bu məclisə ilk dəfə deyilmiş kimi gəlibmiş.Amma adam da var ki, hətta həmin məkan üçün az-maz da olsa tanışlığı var, amma özünü çox utancaq, sıxıntılı büruzə verir.
Ailədə də, münasibətlərdə də belədir. Hər şeyi zamanın axarına buraxmaq lazımdır: sevgi, səmimiyyət və hörmətin vəzni dəyişilməməlidir ha, əksinə, günbəgün daha artmalıdır . Bunlar ola bilər, amma içdə. Çalışmaq lazımdır ki, o hisləri sahibi üçün üzə çıxarasan.Bunun da yolu qarşılıqlı ünsiyyətdən, qaynayıb-qarışmaqdan keçir.
30-40 il bundan əvvəl boşanma deyilən nikahpozmalar yox dərəcəsində idi. İndi uzun br vaxtı əhatə edən həmin dövrü yadıma salıram: 2-3 boşanma halı var, ya yox.
Müəyyən mənada bu boşnmalara səbəb də var. Amma indi boşanma halı dinamik inkişafdadır. Üzr istəyirəm, bu addımı atanlar, elə bil bazardan əşya alırlar, 5-6 ay sonra xoşuna gəlmi, gedib başqasını alır. Çox qəribə olsa da, boşanma səbəbi kimi göstərilən səbəblər arasında cinsi problemlər, cinsi uyğunsuzluq, belə deyək cinsi razılaşmazlıqlar və dir. Ailə problemləri ilə məşğul olan mütəxəssislər problemlərin gənclərin cinsi məlumatsızlığı ilə izah edirlər, hətta cinsi məmnunluğu təmin etmək tövsiyə də olunur.
 
Zifaf və ya gərdək gecəsi ( II yazı)

Toy gününə qədər cinsi həyatla bağlı heç bir məlumat olmayan gənclərə , adətən, toy mərasimləri ərəfəsində sağdış və yengələr tərəfindən verilir, evlilikdə cinsi həyatın normal olduğu vurğulanır, bir sözlə, böyüklərin evlilik ilə əlaqədar təcrübə və məlumatları gənclərə izah edilərdi. Amma günümüzə qədər çox gözəlliklərimizdə olduğu kimi toy mərasimində də bayağılaşma başladı. Səbəb, qoruya bilməməyimiz, düzgün icra etməməyimiz, əhəmiyyət verməmyimiz. 30-40 il bundan qabaq toy məclislərində indiki kimi "hüşdurum” söhbət edən qadını yengə seçməzdilər, o da toydan sonra və yaxud təsadüfi seçildiyindən sonralar bir incikliyi yaranan kimi başlamazdı sur (zur) düdüyü çalmağa.
Dədə-babalarımız, ağbirçək ana və nənələrimiz çox böyük səbir və təmkinlə yanaşardılar hər məsələyə, eləcə də toy düzənlərinə. Yengə, sağdış son dərəcə ağayana, müdrik, xeyirxah bir adamdan seçərdilər. Şəxsən, mənim bu yaş dövrümdə, lap ondan sonra da, ta bu məsələlər hələ mövcud idi, qohum qardaş arasında yengə getmək üstündə inciyənlər olurdu. Kimsə hansı bir qohumunun, yaxınının yengəsi olmağı özünə fəxarət sayırdı və qız tərəfi də, qız özü də həmin adamın onun yengəsi olmasından məmnun olardılar.Təbii ki, bu anlaşmada gəlinin heç bir həyəcəan, təşviş keçirməsi də ola bilməzdi. Və o vaxt bir ailənin yengəsi olan şəxs bu ailənin sonuna kimi ən yaxın adamı hesab olunurdu. İndi belə deyil. Hətta çox acınacaqlıdır ki, indi bu qədər yaxın adamın rolunu, missiyasını "yengə xidməti” kimi bayağılaşdırıblar. Kimsə yengə getmək istəmir. Bir az gənclər özü dəyişib, bir az dünya özü dəyişib, zifaf gecəsinin özəllikləri o qədər aşkarlaşıb ki, adiləşib ki, yengə - bəy və gəlin, yengə- toy evi, yengə- aləm seqmentində pərdə aradan götürülüb, hörmət-izzət itib. Və çox haqlı olaraq da qadınlar belə də yengə getmkdən boyun qaçırırlar. Türkiyədə vaxtilə " kəfil” adlanan təşkilat olub. Sağdışlar evlənməzdən əvvəl həm qadına (qadın sağdış), həm də kişiyə ilk gecə necə davranması lazım olduğunu izah edərmişər. Amma zaman keçdikcə informasiyalaşan cəmiyyətdə buna ehtiyac qalmayıb. Fəqət unudulur ki, ayrı dilə, dinə mənsub ölkələr üçün nəzərdə tutulmuş cinsəl həyat və bunun ğzəllikləri bizim xalq üçün qəbul edilə bilməz. O da unudulmamalıdır ki, internet çox vaxt da səhv məlumatlar verir və belə verilişlərə uyan bir çox gənclərimiz zifaf günü ilk gecə yatağa bir şey bilmədən girir.

Zifaf və ya gərdək gecəsi ( II yazı)

Digər bir məsələ də daha ciddidir. İndi çoxlarınız eşitmisiniz ki, bir çox gənclər əvvəlcədən imtina edirlər ki, yengə olmayacaq. Lap insanlar özləri danışrlar ki, indiki gənclərə "yengə-mengə" lazım deyil, onlar hər şeyi özləri bilir , hətta yengədən, sağdışdan çox. Burada müəyyən bir acı həqiqət də var: indi internet texnologiyaları, teleseriallar dəddə-baba, ağsaqqal-ağbirçək tövsiyələrini, belə deyək, əvəz edir. Fəqət, əvəz etmir, hələ bunun mahiyyətini tamam-kamal dək edə bilməyən gənclərə zərbə vurur: gənclərin bəziləri az qala toya kimi bir evlilik həyatını yaşayırlar və indi belə xanım axşam onunla gedəcək yengəyə elə laqeyd yanaşır ki, yengə də hiss edib tövbə edir ki, bir daha yengə getməyəcəyəm.
Məsələn, mən sayt yazılarında oxumaşam ki, toya qıdər evlilik həyatı yaşayanlar var və onlar ərə gedəndən çox keçməmiş övladı olub. Belə cütlük yengə istəyərmi, əlbəttə, yox. Belə cütlüyün ailəlik həyatı (amandı, əbədilik olsun, xoşbəxt olsun) çox güman ki, davamlı və etibarlı olmayacaq.
Axı sən el, ağsaqqal baxışlarının, tövsiyələrinin, olar-olmazlarının sərhədini pozdun..hansı sərhəd pozuçusu sərhədi pozandan sonra məmnun ola bilir ki.
Mənim fikrimcə, yengə olsun. Hər bir adamın istər adi günlərdə, istər özəl günlərdə mehrini saldığı, ürək qızdırdığı bir qəlb sirdaşı olmalıdır. Bu, psixoloji dəstəkdir. Müəyyən etik çərçivələrlə yengə, sağdış gəlini- bəyi məlumatlandıra bilər. Yoxsa ki, bir himə bəndmiş kimi başlayan öz ziffaf gecəsini nəql etməyə, bu, qeyri-etik və lazımsızdır.
Bəziləri deyirlər ki, evlilikdən əvvəl belə əlaqələrə baş vursunlar. Axı belə olmaz. Bəs sonra necə olacaq? Fəqət, cütlərin evlənmədən əvvəl müəyyən ədəb-ərkan çərçivəsində öz əxlaqi mühakimələri içərisində bir-birilərini kəçf etmələri, isinişmələri gələcək problemləri aradan götürərdi. Başqa sözlə, yəni bir-birlərini həqiq mənada sevən, ailə, evlilik qərarına gəlmiş gənclər müəyyən sərhədlərdə sevgi zövqünü yaşaya bilərlər.
Bu cür məsələlərdə seçim qarşısında qalan daha çox qadın- gənc qız olur.

Zifaf və ya gərdək gecəsi ( II yazı)

Kişilər bu mövzunu, təbii ki, çoxları ilə danışıb məsləhətləşə bilər. Qadınlar isə bunu edə bilmirlər. Onlara sinsi həyatla bağlı məlumat verən daha az olur. çoxu qadın cinsəlliyi kimsə ilə danışa bilmir. Daha yaxşı olar ki, qızlar buna ehtiyac hiss etdikdə, yəni ilk gecə narahatçılığı yaşamamaq üçün səhiyyə müəssisəsinə müraciət etsin.
Gənclərimizə toy qismət olsun. Allah bütün valideynlərə övladlarının toyunda qol açıb oynamaq qismət eləsin. Gənclər də ata-analarına bu sıadəti tək toy günü üçün deyil, ütün həyatları boyu yaşatsın.Yəni idə birini alıb toy edib atasını rəqs etdirməklə demirəm...Övladlarımız doğru seçsinlər, vüsala çatsınlar, ailəni bütün ömürləri boyu hər zaman sevgiylə yaşasınlar, gözəl nəvələr olsun.
Bu isə ancaq və ancaq sevgidən, qarşılıqlı hörmət və etimaddan, ailə-nəsil ənənələrinə , ağsaqqal, valideyn məsləhətlərinə sadiqlikdən asılıdır.
Gənclərimiz bilməlidir ki, "ilk gecə sindromu” tarix boyu kişinin təmkinindən, şəfqət və nəzakətli davranışından asılı olub. Kişi (oğlan) öz evindədir, gəlin isə qonaqdır, başqa evdən, ailədən gəlib. Bəli, hələ ilk andan onunla şəfqətli və nəzakətli davranmalı , həyəcanına şərik olmaq lazımdır. Təcavüzkar olmaq yaramaz, zifaf gecəsi qisas gecəsi demək deyil. Bu qisasda yaranan şikəstlik ailənin gələcək müqəddəratını həmişəlik zədəli edə bilər. Səbirli olmaq lazımdır. Qarşılıqlı anlaşma lazımdır.

Zifaf və ya gərdək gecəsi ( II yazı)

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz