» » Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Elizabet Teylorun məşhur sevgi məktubu 35 min funt sterlinqə satışa çıxarılıbmış. Mən elə bilirəm ki, bizim xanımlar dünyanın zorla "ulduz” etdiyi belə xanımlardan dəfələrlə gözəl, kübar və sədaqətlidir. Niyə biz ilk sevgi məktubumuzu saxlamamışıq? İndi 35 min funt sterlinqdən baha olardı. Nəvələrimin nənəsi mənim məktublarımı saxlayırmış. Ürəyimə qorxu düşüb ki, görən məqsədi nədir..? Dilimə alıb sormağa da cəsarət etmirəm..
Amma (onsuz da onun kompüter texnologiyalarından heç bir bacarığı yox, əminliklə burada yazıram) bunlar ilk məktub deyildu, 2-ci də deyildi. O yaşda bel sevgilər başadüşülən idi. Hamımızda bir uşaq məsumluğu vardı: "anasından ayrı düşən bir quzu kimi” harda, kim üzümüzə bir balaca qımışsa idi, deyirdik sevir, məktub yazırdıq. Amma siz proletarları qınamayın. Sevginin ilk odu, ilk işarəsi də əvvəlcə ürəyə gözlərdən, təbəssümlərdən düşür...
Bu bir janrdır... Sevənlərin dilidir, pritça dili kimi...dillə deyə bilmədiklərini mərdi-mərdanə öz üzərinə götürüb sevdiyinə yetirir.
Rəmzi yazılanlar da olur: mən 2 sevən tanıyırdım, çox maneələrdən sonra qovuşdular. Bunların görüşməsi çətin idi. O vaxt belə "azadəlik” yox idi. Bu gün sevib sabah da evinə qonaq gedə bilən "bəxtəvərlər də var və ya əksinə.” Bir az cəmiyyətin özünün mövqeyi vardı, bir az mühafizəkarlıq güclü idi.Bir az sevənlər özləri abır-həya güdürdülər..Osman bəy demiş, əlqərəz, bunların gizli bir görüş yeri vardı, çox romantik bir yer idi – su hövzəsi. Maraqlı olan bir də bu idi ki, onlar eyni vaxtda görüşmürdülər. Əvvəl qız gəlirdi, nağıllardakı kimi şərti işarələr qoyurdu, sonra oğlan gəlirdi və bu bağalama məktubu oxuya bilsəydi, oxuyub cavabın yazıb gedərdi...

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Sevgi məktubları ilə bağlı hər kəsin o qədər maraqlı xatirələri var ki. Olsun ki, evlənənlər yazmayıblar, fəqət, sevənlər yazmamış olmazlar (lütfən, başqa çalar yapmayın münasibətimə).
Dədəmiz-babamız sevməyib, sadəcə, vaxt yetişəndə ağsaqqal-qarasaqqal bir kişinin qızına elçi gedib və sevgi həyatı da belə başlayıb.
Amma üzübəri gəldikcə sevgi məktubları, daha sonra indi şanlı və canlı SMS-lər romantik görüşlər, səyahətlər və s.
Olsun, onsuz da indi sevginin özü modernləşib, qalmışdı məktubları.... 1-2 əsr keçındən sonra bu modern məktublar nə dəyər kəsb edəcək?
Fəqət gecə yatmayıb həyacanla, təlaşla baş-başa oğrun-oğrun yazdığın məktubun siqləti böyük, çox böyük. Bunun bir amması var: üstündən uzun illər keçib sevgi yadından çıxanda, sən demə, zaman-zaman evində çörək yedirib, nazını çəkdiyin "mehriban düşmən” sənin ürək qanıyla yazdığın məktubları üzə çıxarıb uşağnın, nəvənin ixtiyarına buraxar, bir balaca qızararsannnn.
Bir tanışım da vardı. Bir qızı sevirdi, çox yaxın qonşu idilər. Aralarında keçmişdən nəsil umu-küsüsü də qalırdı və bu da əsas maneə idi. Oğlan məndən çox kiçik idi. Xahiş etdi ki, mənə bir sevgi məktubu yaz, bütün bu məsələləri də yaz, izah et. Bundan sonra da "hə” deməsə, çıxıb gedirəm Rusiyaya. Rusiyaya getməsin deyə yazdım. Məktubdan sonra aralarında ülfət körpüsü yarandı, ailə qurdular, inanın, indi bu ailədə 6-7 uşaq var...
Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, ismarı demirəm ha... İndi yazın demirəm ha... Vaxtınd yaza idiniz, yazılana cavab verə idiniz. İndi günahınızı ancaq və ancaq sevgi nümayiş etdirməklə yuya bilərsiniz...

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Ramiz Rövşən - Sevgi məktubu kimi...

Dağlar arasında dərə
Dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər 
Sevgi məktubu kimi.

Göydə yeddi sətir cızan 
o göy qurşağına bax.
Kimdi onu yazan?Allah!.. 
Sevgi məktubu kimi...

Bir bax bu kəpənəyə,
Sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə
Sevgi məktubu kimi...

Haçan aşar bu sümükdən,
Ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
Sevgi məktubu kimi...

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, "sms" demirik ha...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz