» » İstəyirsinizmi 1 ay Sizə hər gün “çox sağ ol, əzizim” desinlər?

İstəyirsinizmi 1 ay Sizə hər gün “çox sağ ol, əzizim” desinlər?

İstəyirsinizmi 1 ay Sizə hər gün “çox sağ ol, əzizim” desinlər?

İstəyirsinizmi 1 ay Sizə hər gün "çox sağ ol, əzizim” desinlər?
O saat cavab verəcəksiniz :
Əlbəttə, istəyərik. Həm "sağ ol” deyəcəklər, həm də "əzizim.
- Bir də axı bizə bu etiketlə Sizə  ancaq proletar müraciət edir.
Əziz xanımlar, "Ana və Uşaq"  hər zaman sizin qayğılarınıza xidmət edir. Əlimizdən gələn dua etmək və bir də məsləhət vermək, ümumiləşdirəsi olsaq, maarifçilik toxumu səpməkdir.
Biz istəyirik, siz ehtirama layiq görüləsiniz.Sizə "uşaqların anası”, "evin xanımı”, "müəllimə”, hələ bunlar yaxşıdır, "qəməndir”, "kül tullayan ” və sair bu kimi müraciətlər edilməsin. Ən atəşli ehtiramlara, müraciətlərə, təşəkkürlərə layiqsiniz. Biz düşündük ki, birtəfli qayda da proletarı buna necə sövq edək? Demək, belə: proletarın şalvarını götürürsünüz və əllərinizlə yuyursunuz. Maşında yumaq olmaz, yuyucu toz qatmaq olmaz.Çünki yuyucu toz bədənlə təmasda bu cür etiketləri yuyub aparır. Siz bu paltarı özünüz yumayıb, özünüz ütüləməyəndə onlarda "pareçnaya” ətri gəlir və proletar da hər zaman o ətrin havasında quli-biyabana çevrilib səhralara düşür. İndi biz siyasət işlədib proletara uzanan qolların yolunu kəsməliyik.
Biz arzu edirik ki, sizə bir ay yox, bir ömür "çox sağ ol, əzizim” desinlər.

İstəyirsinizmi 1 ay Sizə hər gün “çox sağ ol, əzizim” desinlər?

Siz paltarı yuyanda, ütüləyəndə proletarın bir şəklini divardan, birini də ürəyinizin başından asın.İş gördükgə ona baxa-baxa mahnı oxumalısınız , zümzümə ilə də olar, avazla da , amma ürəkdən oxumalısınız. Yoxsa, bayaq dediyimiz "pareçnilər ” vardı ha, onların hər yerdə əcinələri işləyir və bu münasibəti dərhal proletarın qəlbinə toxunmadan, gözə görünmədən elə yeridəcəklər ki, proletar da bir himə bənddi, elə həmən durub gedəcək "Tarqovı” ya, heç olmasa rahatlıq tapsın.
Köynəyi-şalvarı yuyanda canı-dildən bu mahnıları oxuyasınız ki, sögü-məhəbbətiniz də köynəklə-şalvarla bürünsün proletarın canına, nə qədər cəhd etsə də, əcinələr çəkib apara bilməsin.
Bir sıra texniki parametrləri də gözləmək lazımdır..Əvvəlcə şalvarları şotka ilə təmizləyin, sonra astar üzünə çevirin və dizləri yumurlanmış yerlərini möhkəm ütüləyin.
Iki xörək qaşığı su və iki xörək qaşığı sirkə qarışdırılmış məhlulu şalvarın həm qabaqdan, həm də arxadan qatlaq yerınə çəkin.
Sonra şalvarı yenidəbn üzünə çevirib qalın ağ parça (kətan olsa, daha yaxşı) ilə bərk qızmış ütünü sıxa-sıxa yaxşıca ütüləyin.Şalvarın qatları bir ay açılmayacaq və bu bir ayı proletar da sənə səsli və səssiz "sağ ol” deyəcək.

İstəyirsinizmi 1 ay Sizə hər gün “çox sağ ol, əzizim” desinlər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz