» » Bəzi kişilər ailə qurarkən nə üçün çirkin və intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Bəzi kişilər ailə qurarkən nə üçün çirkin və intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Bəzi kişilər ailə  qurarkən nə üçün    çirkin və   intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Jalə və Lalə  rəfiqədirlər. Maraqlı olan budur ki,  onların yaşları eyni olduğu kimi, boyları, çəkiləri, saçlarının, dərilərinin rəngi də eynidir, hətta təhsilləri də eynidir. Hər ikisinin ictimai mənşəyi, sosial vəziyyətləri eynidir. Mən demirəm, deyirlər: Jalə Lalədən bir qədər gözəldir, ona görə də o daha tez nişanlandı.
Allah bütün gəncləri xoşbəxt etsin. Amma bu cür yanaşma doğru deyil axı. Davam edək: 1 il sonra Lalə də ərə gedir və 5 ildən sonra müqayisə edəndə məlum olur ki, hər ikisinin 2 övladı var, aralarında fərq budur ki, Lalə daha xoşbəxtdir. Elə isə nədən belə oldu? Bu müqayisəni on görə çəkdik ki, insanın gözəl olması günah olmadığı kimi, bir az gözəl olmaması da günah deyil. Başqa cürə ifadə etsək, gözəllik heç də həmişə ailə səadəti gətirmədiyi kimi, bir qədər gözəl olmamaq heç də ailə münaqişələrinə yol açmır. Hər iki halda önə çıxan, həlledici, önəmli rol oynayan sevən tərəflərin, ailə qurmuş cütlüyün özlərinin mənəvi aləmləri ilə bağlıdır, öz həyatlarına münasibətləri ilə bağlıdır. Kənar faktorlar olsa da, belə faktorlar anlayışlı sevgilərin qarşısına keçə bilməz, övlad olandan sonra isə heç keçə bilməz.
Lalələrimiz də xoşbəxt olsun, jalələrimiz də. Onlar xoşbəxt olcaqsa, 2 oğul balamız da, 2 ailə-nəsil də xoşbəxt olmurmu? Bu xoşbəxtliklərin səbəbi çikrkinliklə, gözəlliklə bağlı deyil, əsla . "Gözəldir” fikirləşib yanıla bilərsən – peşman olarsan. "çirkindir”deyib də, bəxtindən uçura bilərsən – peşman olarsan.
Yəqin qəbul edərsiniz ki, hansısa qızın sevgisini gözəldir deyə qəbul etməyən oğlanlar var və yaxud ailə müzakirələrində bununla bağlı söhbət düşəndə qonşu qızlarına şəbədə qoşan qohum-qardaş olub: "burnu belədir”, "gözlərində bir az çəplik var”, "gəzəndə at kimi gəzir”, daha nələr, nələr. Və yaxud toydan sonra həyat yoldaşlarında belə əlamətlər sezən ərlər ailəni tərk edib getmişlər. Həm də özlərinin mənəviyyatında əngəl olduğunu təsdiq edərək.
Ola bilər deyərsiniz ki, indi hər şeyi gənclər özü həll edir, bu söhbətlər necə ola bilər? Lap gənclər nə qədər özləri həll etsələr də, ailələr özləri də tanış olur, qrşılıqlı olaraq gəncləri "nəzərdən keçirir”.
Fikirlər qəbul edilə də bilər, etiraz da edilə bilər. Gözəlliyə görə yox ha. Baxma, valideynlər bacardıqları qədər "kəşfiyyat" aparırlar, o qədər incəliklər var ki.
Amma bəzən elə ailələr, gənclər də olur ki, özü belə qadınları seçir və yaxud valideynlərinə etibar edir ki, qohum-qardaşdan eləsini seçin ki, "müsabiqə gözəli” olmasın, qalan kim olur-olsun, sonra tanış olarıq.
Niyə bəs gözəl olmasın?

Bəzi kişilər ailə  qurarkən nə üçün    çirkin və   intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Müti olacaqları üçünmü? Onlara sədaqətli qalacaqları üçünmü? Ona gözlədiyindən artıq nəvaziş görəcəyi üçünmü? Başqası nəzər yetirməməsi üçünmü? ...Bəs niyə? Olsun ki, bu səbəblərin hamısı ümumi baxışın içində gizlənib və ya belə deyək, hərəsindən bu və ya digər dərəcədə var.
" Olsun ki” deməyək, əslində, var. Fəqət, bunlardan daha vacib olan mətləblər də var.
Əslində, bəzi kişilərin gözəl və ağıllı qadınlardan qorxması kiçik yaşlarından başlayır. Zərbə almasa da, acısını çəkməsə də (hansı ki, qız sevməyə, seçməyə başlayanda bu kimi məsələlər evdə söhbət mövzusu olur, adı çəkilən qızların hamısına, yuxarıda dediyim kimi, oğlan evində "xarakteristika” yazırlar), xəyallarında gördüklərinə, eşitdiklərinə rəğmən, özünə baş yoldaşı edə biləcək qadının siluetini, mövhumi təsvirini həkk etmiş olurlar. Hərdən adamın inanmağı gəlməsə də, lap rədd etsə də, bu cür kişiləri qəribçiliyə salmaq olmaz da. Axı evlənən şəxs ona görə ailə qurmur ki, özünə qədər toy etmiş hər kəsdən gözəlini alsın. Ola bilməz belə düşünən. O vaxt qəşəng qız seçmək də bugünkü narahatçılıqları yaratmayıb. Bu mənada qızlarımızı, oğlanlarımızı qəribçiliyə salmayaq. Amma ədalətli olsunlar, doğru seçmək keyfiyyətləri olsun.
Qəzetdə oxudum ki, 5 uşaq anası özgə kişiyə qoçulub qaçır. Belə məsələlərə cəmiyyət laqeyd qalmamalıdır.
Bu gün vəziyyət tamam başqa cürədir. Qərbə doğru irəlilədikcə, Qərb də bizə doğru yaxınlaşdı, interner texnologiyaları məişətimizə rahatlıq, mənəviyyatımıza isə bol-bol narahatlıqlar yabançı qadın-kişi münasibətləri gətirdi. Günəş sandığımız, baş tacı sandığımız qadınlar göydən endirildi, stimullaşdırıcı vasitəyə çevrildi və s.

Bəzi kişilər ailə  qurarkən nə üçün    çirkin və   intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Bu, özünə o zamn münbit şərait tapdı ki, insanların bəsirət gözləri bağlandı, cismani gözlər bir qədər də hərisləşdi; hisslər ağılı üstələdi.
Yənu, belə müşahidələr, bu müşahidələrdən yaranan qənaət vadar etdi ki, kişi gözəlliyi idealizə etməsin. "Kişi meymundan bir qədərt fərqli oldu, kifayətdir” formulunu eynən qaydınlara aid etdilər : "qadın meymundan bir qədər fərqli oldu, kifayətdir”.
Təki, bu cür yanaşmalar ailəsi üçün, sevdiyi üçün narahatçılıq təsiri bağışlasın, aqressiv olmasın, qəddarlığa, laqeydliyə aparmasın. Ailəsi üçün, sevdiyi üçün sərgilədiyi narahatçılıq intəhasız sevgi nümunəsi kimi də təsir bağışlasın. Heç olmasa, sevdiyi tərəfə.
Hərdən el söhbətlərində rast gəlirsən ki, filənkəsin arvadı dünya  gözəldir. Əynindəki geyimlə, zinət əşyaları ilə toy etmək olar, ev tikmək olar. Hələ avtomobil, son model...
"Belə arvadı evdə saxlamaq olarmı, onyn ağzını yığmaq olarmı? O dey , keçən il ərini qoydu, özündən də 5 yaş balacasına getdi. Zalxanın ağzı yanıb, daha dünyada beləsini almaz", - bu kimi çağırışlar çoxlarımızın  məişətdə rast gəldiyimi söhbətlərdir.
Ola bilər, tam olmasa da, buna bənzər hadisələr olur. Bəs  belə düşünən bu Zalxamı, Tükəzmi  gedib oğluna bir çirkin alıb gətirsə, bu yazığın gününü evdə göy əsgiyə döndərməyəcək ki, anadan əmdiyi südü burnundan gətirtməyəcək ki? Bu da var axı. Eybəcərdir deyib o yazığı evdə kəniz yerinə saxlayacaqlar, halbuki o, şahənşahlara məxsus xanımdır.

Bəzi kişilər ailə  qurarkən nə üçün    çirkin və   intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Guya kişi eybəcər qadın alanda arxayın olub daha narahatçılıq keçirmir və hər gün işdən dönən də bilir ki, qadını qapıda bitəcək, onun yolunu gözləyəcək . Beləliklə, kişi qadının xarici görünüşünün ətrafa sıçramayacağına və məhəbbətinin tam özünə aid olacağına əmin olur.
Amma gözəl qadın sevərsə, inamsızlıq onu qırabaqıra izləyəcək. Ona elə gəlir ki, gözəl olduğu üçün qadını daha gözəl kişilərə baxacaq və ya digər kişilər ondan diqqət çəkməyəcək. Amma nisbətən çirkin, örtülü geyinən qadın isə ondan başqa kimsəyə nəzər yetirmək həvəsində olmayacaq. El arasında çirkin kişinin yaraşıqlı kişilərə nisbətən daha təcrübəli olduğu söyləyirlər. Eybəcər qadınların isə ərinə daha dərin məhəbbət bəslədikləri dilə gətirilir .
Bütün bunlar müxtəlif xarakterlərin, həyata, qadına, sevgiyə fərqlı baxışlarıdır. Hər birinə diqqətlə yanaşmaq lazımdır. Pis olan nəyinsə pis olması deyil, insanların ondan pis istifadə etməsidir. Əvvəldə qeyd etdiyimiz daha gözəl Jalə diqqəti Lalədən daha çox cəlb etsə də, ondn bir qədər fərqli Lalə qadın olaraq daha xoşbəxt idi.
Yəni sevgidə gözəllik ilk və yeganə səbəb deyil. Oğlan da, qız da sevərkən qarşı tərəfdə 1-ci, ağıl-kamala, qəlb gözəlliyinə, əsl-nəcabətə önəm verməlidir. Ailəni davamlı, səadətli, xoşbəxt edən bunlardır. Kişi ailəsinə, qadınına belə yanaşdığını gördükdə qadın da özünə güvənir, kompleksləri özünə yaxın buraxmır və çox xoşhal qəlbi ilə yoldaşına daha cazibədar gəlməyə başlayır. Yaraşıqlı, özü ilə məşğul olan, saçına, üst- başına vaxt ayıran qadınlara həsəd aparmaycaq, əksinə, bəzənən qadınlar ona həsəd çəkəcək. Bu, qadın üçün son dərəcə təsirli bir təəssüratdır.
Onda qadın da sevgilisi tərəfindən məmnunluq duyur. Məmnunluq duyur ki,  sevgilərini yaşamağa belə amillər, belə səbəblər  yaxın düşməyəcək.

Bəzi kişilər ailə  qurarkən nə üçün    çirkin və   intellektual cəhətdən daha aşağı qadınları seçirlər?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.