» » Qərb məşhurlarının İslam dininə heyranlığı (II yazı)

Qərb məşhurlarının İslam dininə heyranlığı (II yazı)

Müəllif: Dəyanət от 9-11-2016, 00:30
 

Qərb məşhurlarının İslam dininə  heyranlığı (II yazı)

 

- Almaniyada Stuttgart şəhərində 1888-ci ildə nəşr olunan "Məhəmməd və İslam dini” adlı bir yazıda deyilir:

"Həzrəti- Məhəmməd çox gözəl xasiyyətli, gülər üzlü, nəzakətli, xoş rəftarlı və çox dürüst bir şəxs idi. Daima hiddət və şiddətdən qaçmış, heç bir zaman zülm etməmişdir. Müsəlmanların daim yaxşı xasiyyətli, gülərüzlü olmasını istəmiş, Cənnətə yaxşı xasiyyət və səbirlə gediləcəyini bildirmişdir. Həqiqətin, mərhəmətin, kasıblara yardımın, qonaqpərvərliyin, şəfqətin, müsəlmanlığın əsas təməlləri olduğunu bəyan etmişdir. Daima qənaət ilə yaşamış, dəbdəbə və nümayişdən qaçınmışdır. Müsəlmanlar arasında heç bir sinif fərqi tanımamış, ən kasıb bir müsəlmanın belə xatirini əziz bilmişdir. Böyük bir zərurət olmayınca, çətinə baş vurmamış, bütün məsələləri şirinliklə, razılaşmaqla, nəsihət və izahla həll etməyə çalışmış və müvəffəqiyyətli olmuşdur. 630-cu ildə təkrar Məkkəyə dönərək, bu şəhəri asanca fəth etmiş və çox qısa zaman içində, vəhşi ərəbləri dünyanın ən mədəni insanları halına gətirmişdir.”

5- Fransanın dünyaca tanınmış böyük ədiblərindən və dövlət adamlarından biri olan Lamartine (1790-1869), bütün Avropanı və Amerikanı qarış-qarış gəzmiş, eləcə də Sultan Abdülməcid xan zamanında Türkiyəyə də gəlmişdir.

Lamartine " Türkiyə tarixi” adlı əsərində yazır:

Qərb məşhurlarının İslam dininə  heyranlığı (II yazı)

"Həzrəti- Məhəmməd bir yalançı peyğəmbər idimi? Onun əsərlərini və tarixini araşdırdıqdan sonra bunu düşünə bilmərik, çünki yalançı peyğəmbərlik iki yüzlülükdür. İki yüzlülükd e inandırma qüvvəsi yoxdur; necə ki, yalanda da doğruluğun qüdrəti tapılmaz.
Mexanikidə bir cisim atıldığı zaman onun düşə biləcəyi yer atma gücüylə mütənasibdir.
Bir mənəvi ilhamın gücü də onun meydana gətirdiyi əsərlə mütənasibdir. Bu qədər çox şey daşıyan, bu qədər uzaqlara qədər yayılan və bu qədər uzun zaman eyni qüdrətdə davam edən İslamiyyət yalan ola bilməz. Bunun çox səmimi və çox inandırıcı olması lazımdır. Onun həyatı, fəaliyyəti, məmləkətinin xurafatlarını və bütlərinə qəhrəmancasına hücum edib onları parçalaması, Mədinəyə hicrəti, durmadan etdiyi subsidiyalar, çox üstün düşmən qüvvətlərinə qarşı etdiyi döyüşlər, qazanacağına olan etibarı, ən böyük fəlakət zamanında belə duyduğu fövqəlbəşər zəmanət, zəfərdə belə göstərdiyi səbir və təvəkkül, dini təbliğ etmə əzmi, sonsuz ibadəti, Allah ilə müqəddəs danışmaları, ölümü, ölümündən sonra da davam edən şan və şərəfi, zəfərləri, onun heç bir zaman bir yalançı peyğəmbər olmadığını, tam əksinə böyük bir imana sahib olduğunu göstərir.
İşdə bu imanı, Rəbbinə olan etimadı, Ona, ortaya iki yeni etiqad, iman qoymasını təmin etdi: Biri, (Tək və əbədi varlıq olan bir Allahın olduğu), ikincisi isə (Bütlərin tanrı olmadığı) idi. Birincisi ilə ərəblərə, o zamana qədər bilmədikləri, bir olan Allahı tanıdır, ikincisi ilə də, o zamana qədər tanrı zənn etdikləri bütləri onların əlindən alırdı. Qısaca, bir qılınc zərbəsi ilə yalançı allahları, bütləri qırır, bunun yerinə onlara (Tək Allah) inancını yerləşdirirdi.
Natiq, peyğəmbər, qanun qoyucu, insan düşüncələrini təsir edən, yeni iman əsasları qoyan və iyirmi böyük dünya imperatorluğu ilə bir böyük İslam dövləti quran adam: bax, Məhəmməd peyğəmbər budur! İnsanların böyüklüyü ölçmək üçün istifadə etdikləri bütün ölçülərlə ölçülsün: görəsən Ondan daha böyük bir şəxs var mıdır? Ola bilməz!)
6- İslamiyyətdən əvvəl Ərəbistanı bir çöl və orada oturan insanlar da yarı vəhşi bədəvilərdi. Bütpərəstdilər. Bir çox bütə ibadət edərdilər. Primitiv bir həyat sürürdülər. Qız uşaqlarını diri-diri basdırmaq kimi qorxunc adətləri vardı. İşdə belə aciz, yazıq, vəhşi olan bir qövm, onlara rəhbərlik edən Məhəmməd peyğəmbər sayəsində birdən-birə dəyişib, tam bir mədəniyyətə qovuşmuş, fövqəladə bir səylə 30 il içində, şərqdə Türkistan və Hindistan, qərbdə İspaniya olmaq üzrə ağla heyrət verən çox qüdrətli bir İslam dövləti meydana gətirmişdir. Elmdə və mədəniyyətdə son dərəcə irəliləmiş, o zamana qədər bilinməyən bir çox şeylər kəşf etmiş, ədəbiyyatda ən yüksək mərtəbəyə gəlmişlər. Elmdə o qədər irəli getmişdilər ki, Papalar belə Əndülüs Universitetlərində oxuyur, dünyanın hər tərəfindən qaçıb gələnlər, bu universitetlərdə tibb təhsili alırdılar.
Məşhur Avropa tarixçisi John W. Drapper "Avropanın mənəvi inkişafı” adlı əsərində yazmışdır:

Qərb məşhurlarının İslam dininə  heyranlığı (II yazı)

(O zamanki avropalılar, tamamilə barbardı. Xristianlıq onları barbarlıqdan qurtara bilmədi. Xristian dininin edə bilmədiyini İslam dini bacardı. İspaniyaya gələn ərəblər, əvvəl onlara yuyunmanı öyrətdilər. Sonra onların üzərindəki parça-parça olmuş, bitlənmiş heyvan dərilərini çıxararaq, təmiz, gözəl paltarlar geyindirdilər Evlər, qəsrlər, saraylar inşa etdilər. Onları oxutdular. Universitetlər qurdular. Xristian tarixçilər, islama qarşı olan qəzəblərindən ötəri, bu həqiqəti gizlətməyə çalışmaqda, Avropanın mədəniyətdə müsəlmanlara nə qədər borclu olduğunu bir cür etiraf edə bilməzlər.
Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz