» » Qərb məşhurlarının İslam dininə heyranlığı (I yazı)

Qərb məşhurlarının İslam dininə heyranlığı (I yazı)

Müəllif: Dəyanət от 7-11-2016, 23:40
Qərb məşhurlarının İslam dininə  heyranlığı (I yazı)

Qeyri-müsəlman olduqları halda, müsəlmanlığa heyran olan böyük şəxsiyyətlər, nüfuzlu insanlar olmuşlar. Onlardan bəzilərinin islam dini haqqında söylədiklərini sizə də təqdim edirik:
1- Tarixə məşhur bir komandir, eyni zamanda bir dövlət adamı olaraq iz qoyan Fransa imperatoru Napoleon (1769-1821) 1798-ci ildə Misirə girəndə İslamiyyətin böyüklüyünə, doğruluğuna heyran qalmış, hətta bir ara müsəlman olmağı belə düşünmüşdü . Bəlkə də "daşqalaq edilərəm qorxusuyla sonradan fikrini dəyişmiş, bundan imtina etmişdir. Napoleon deyirmiş ki, Allahın varlığını və birliyini Musa peyğəmbər öz millətinə, İsa peyğəmbər romalılara bəxş etdi, amma Məhəmməd peyğəmbər (səs )bütün dünyaya bəxş etdi. Bu fikirləri "Napolyon və İslam” kitabında qeyd edən Christian Cherfilsin

Qərb məşhurlarının İslam dininə  heyranlığı (I yazı)
əsərinin başqa bir yerində Napolyonun, (Elə zənn edirəm ki, tezliklə bütün dünyanın ağlı başında mədəni insanlarını bir araya yığaraq bir hökumət qurmaq və bu hökuməti idarə etmək imkanını tapacağam. Ancaq "Quran"da yazılı olan əsasların doğruluğuna inanıram. Bunlar, insanları bəxtiyarlığa aparacaq) sözləri yazılmışdır.
2- Ən böyük elm adamlarından biri olan şotlandiyalı Tomas Karleyl (1795-1881), 14 yaşında universitetə girmiş, hüquq, ədəbiyyat və tarix oxumuş, alman və şərq dillərini öyrənmiş, məşhur alman ədibi Hote ilə məktuəlaşmış və onu ziyarət edərək, ona İslamiyyət haqqındakı düşüncələrini nəql etmişdir.


Tomas Karleyl:
"Quran"ı oxuduqca, onun sıravi bir ədəbi əsər olmadığını, dərhal hiss edərsiniz. "Qurani- Kərim” ürəkdən gələn və digər bütün qəlblərə dərhal nüfuz edən bir əsərdir. Digər bütün əsərlər, bu böyük əsər yanında, çox sönük qalar. "Quran"ın gözə dəyən ilk xarakteri, onun doğru və mükəmməl və yolgöstərici, dürüst bir rəhbər olmasıdır. Məncə, "Quran"ın ən böyük üstünlüyü budur. Bu məziyyət digər bir çox üstünlüklərə də yol açmaqdadır.)

Qərb məşhurlarının İslam dininə  heyranlığı (I yazı)

Səyahət xatirəsindən:
"Almaniyada, dostum Höteyə islamiyyət haqqında topladığım məlumatları və bu xüsusdakı düşüncələrimi izah etmişdim. Höte məni diqqətlə dinlədi və ən sonunda mənə, "Əgər İslam bu isə, hamımız müsəlman olmalıyıq" dedi.)

3- Mahatma Qandi (1869-1948) Qərb Hindistanın tanınmış xristian bir ailəsindəndir. Atası Porbtandar şəhərinin Baş rahib idi. Çox zəngindi. Hindistanın İstiqlal qovuşması üçün atasının və özünün bütün sərvətinin hamısını bu xərclədi. Qandinin səyləri ölkəsinin müstəqilliyə qovuşması ilə nəticələndi. Hindistan İngilis müstəmləkəsi olmaqdan xilas oldu. Hindilər ona (Mübarək) mənasına gələn "Mahatma” adını verdilər.

Qərb məşhurlarının İslam dininə  heyranlığı (I yazı)

Qandi, İslam dinini və "Qurani-Kərim”i diqqətlə araşdırmış və müsəlmanlığa heyran olmuşdu. Bu barədə belə demişdir:
"Müsəlmanlar ən əzəmətli və müzəffər günlərində belə, fanatik olmamışdır. İslam dünyası yaranandan Qərb qorxunc bir qaranlıq içində, Şərqdə isə parlayan İslam ulduzu əzab çəkən dünyaya işıq, sülh və rahatlıq vermişdir. İslam dini , yalançı bir din deyil. Hindilər bu dini diqqətlə araşdırdıqları zaman onlar da İslamiyyəti mənim kimi sevəcəklər.
Mən, İslam dininin Peyğəmbərinin və nun yaxınında olanların, necə yaşadıqlarını bildirən kitabları oxudum. Bunlar, məni o qədər duyğulandırdı ki, kitablar bitdiyi zaman , bunlardan daha çox olmamasına üzüldüm. Mən bu qənaətə gəldim ki, İslamiyyətin sürətlə yayılması, qılınc səbəbiylə olmamışdır. Əksinə, hər şeydən əvvəl, onun sadəliyi, məntiqi olması və Peyğəmbərinin böyük alçaq həlimlik, sözünü daim tutması, yaxınlarına və müsəlman olan hər kəsə qarşı sonsuz sədaqəti səbəbiylə İslam dini bir çox insanlar tərəfindən sevə-sevə qəbul edilmişdir.
Müsəlmanlıq, rahibliyi ortadan qaldırmışdır. İslam, başından bəri ictimai ədaləti əmr edən bir dindir. Xristianlığın bir çox əskikləri olduğu üçün, islahatlar edilmək məcburiyyətində qalındığı halda, müsəlmanlığın isə ilk günündəki şəklindən heç bir şey deyiştirilməmişdir.

Qərb məşhurlarının İslam dininə  heyranlığı (I yazı)

                                                                                                                                                      Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz