» » Səmranın səmənisi - mənim səmənim

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Balacalarln, elə gözəl mahnıları var, o qədər şən və mənalıdır ki, biz də eşidəndə yan keçməmişik, özümüzdən asılı olmayaraq həm sözləri, həm də musiqisi ruhumua axıb. Bu mahnılrı tapıb oxumamışıq, çox vaxt, elə mahnı kimi eşitdiyimiz mətni yaddaşımıza hopub. hələ də misraları, musiqisi yadımızda qalıb. Məsələn, "Səməni" mahnısı ( Sözləri Teymur Elçinin, musiqisi Oqtay Zulfuqarovun). Biz əvvəlki illərdə də səməni haqqınsa yazı paylaşmışıq
(bax: http://retro.anaveusaq.az/adetlerimiz/2320-semeni-saxla-meni.html ). Mahnı uşaqlar üçün yazılsa da, ehtiva etdiyi duyğular, məsumluq o qədər şirin ki, bu daddan hər zaman dadmağa möhtacıq.
Səməni Azərbaycanlılar üçün, bütün Şərq ünyası çox möhtərəm bir ad və nemət dir, taxıl buğdasından qablarda göyərdilən etnoqrafik elementdir, milli simvoldur. Hər il mart ayı daxil olan kimi, Şərq ölkələrindəvə Azərbaycanda səməni tədarükü görülər.
Almanlar səmənini pasxa bayramına becərdər, adına da "Ostergras" deyər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın zamanda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerdə qoyulur.

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Əsas özəlliyi də budur ki, Novrux bayramında süfrələrimizdəki nemətlərin arasında səməni mütləq olmalıdır. Pəncərəmizdə, çocuqlarımızın əllərində gəlin köçəcək qızlarımızın arzularında mütləq səməni olmalıdır və olur da.
"Səməni” sözü ("Sem”/”Som”) sözlərinin kökündən törəmişdir. "Sümen/Suma” sözcüyü qədim altayca və monqolcada "şaman" mənası daşıyır. Bu söz mongur dilində "semen” şəklindədir. Monqolcada "sem” "gizlilik”, "sirr” mənaları daşıyır. "Som”/”Soma” sözü türk dilində özündə "qürur, şərəf və iz, işarə” kimi mənalar da ehtiva edir.
Səməninin vizual görünüşü uşaqlarda özləri böyüklər kimi hiss etməsələr də, bir bayram sevincləri yaradır. Bir element olaraq gözəl görünür, zərifdir;bir qədər də körpəlrimizin, qızlarımızın əlində daha dolğunlşırlar. Səməninin körpələrimizin, qızlarımızın əllərində yaratdığı assosiasiya onu bir bayram simvolu olmaqdansavayı, həm də bizim arzularımızın, fərəh və niyyətlərimizin ifadəçisinə çevirir.
Səmra balam, onun dostları, daha böyük baçıları səmənini əllərində bahar simvolu kimi təqdim edirlər. Bu balalar bilmirlər ki, onlar özləri də babalarının, ata və analarının səməniləridir, əbədi baharı və əbədi səməniləri..
Arzu bə niyyətlərimizin səməniləridir balalarımız və nəvələrimiz...Bütün evlərimizin qisməti olsun bu əbədi səməni...
İnşallah, Amin!!!

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Səmranın səmənisi - mənim səmənim

 

Qeyd : Yazı vikipediya materiallarından istifadə edilməklə hazırlanmışdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz