» » Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

 

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

 

Dünya sivilizasiyasının inkişafında Asiyanın rolunu danmaq ən azı insafsızlıqdır.
C.Nehru
Bir etnos kimi Azərbaycan xalqının etnoqrafiyasında təməl xüsusiyyətlərdən biri də milli geyimlərdir.Bu sahə o qədər əhəmiyyətli bir sahədir ki, onu hərfi mənasındakı kimi yalnız insanların soyuqdan, istidən, küləkdən, hər cürə xarici təsirlərdən, lap elə yad baxışlardan qoruma vasitəsi kimi düşünmək doğru olmazdı. Tarixən mövcud olmuş milli geyimlərimizi sənət nöqteyi-nəzərindən, kulturoloji baxımdan incələsək, bu geyimlərin mənsub olduğu xalqın tarixi, dünyagörüşü, əxlaqı, mədəniyyəti xaqqında zəngin məlumatlar öyrənə biləcəyik.
Etnoqrafik ədəbiyyatlarda folklor nümunələrndə yzılanlra görə, elə də yaşlı nənələrin söylədiklərinə görə, milli geyimlərimiz çəpkən, ləbbadə , güleceyik , baharı , kürdü , eşmək , don, tuman, üst köynəyi, arxalıq, çuxa, qaba və s bu kimi qadın və kişi geyimləri yundan, məxmərdən, atlaz və ipəkdən tikilirdi. Xalq bu geyim vasitələri ilə özünün həyat ehtiyaclarını təmin etdiyi kimi, əxlaq dünyasını , zövq dünyasını da yaratmışdır. Başqa sözlə, bədii, sosial təfəkkürünü bu geyimlər, eləcə də həmin geyimlərdəki bəzək naxışları, ilmə və rəng dünyası ilə ifadə etmişdir.
Özü də bənzərsiz ifadə etmişdir.
İstər Erkən Orta əsrlərə qədər, istərsə də ondan sonrakı dövrlərdə arxeoloji qazıntılar zamanı aşkar edilən bəzək geyim vasitəlri, istər "Kitabi-Dədə Qorqud” dastanlarında xalqımıza məxsus kişi və qadın geyimləri haqqında ətraflı məlumatı öyrənmək olar.
Daha sonrakı dövrlərdə bu geyimlər forma və məzmunca dəyişilməyə başlamış, artıq IV-XV əsrlərdə milli geyimlərimizdə daha ciddi dəyişikliklər baş vermişdir. Azərbaycan XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsinə çevrilmişdi, Şamaxı, Gəncə, Şəki, Şuşa ipək istehsal edən sənaye mərkəzlərinə çevrilmişdi.

XIII əsrdə yaşamış İtaliya səyyahı Marko Polo , XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoniy Cenkinson, fransız yazıçısı və tarixçisi Aleksandr Düma, məşhur rus səyyahı Afanasi Nikitin, ingilis səyyahı Antoni Ceng- İnson 1561 - 1563-cü illərdə Azərbaycana səfər etmiş Səfəvi dövləti və Azərbaycan haqqında, sənətkarlarımızın əlləri ilə toxunan xalçalardan, parçalardan böyük heyranlıqla bəhs etmişdir.
Bizim milli geyimlərimizin təkamül yolunu izlədikcə bu xalqa, ata-babalarımızın, nənələrimizin yaratdıqları əxlaq ölçülərinə heyrətlənməyə bilmirsən.
Kişi və qadın geyimləri ciddi fərqlənir: ağayanadır, abırlıdır. Yaşa, ictimai-sosial vəziyyətə görə bu geyimlər fərqlənir. Məsələn, subay qız üçün, nişanlı, evli ız üçün geyimlərdə çox məzmunlu fərqlər var. Yəqəin ki, siz ulularımızın qızına, gəlininə öyüd nəsihətini nə vaxtsa eşitmisiniz: "sən daha subay qız deyilsən, nişanlısan” , "sən artıq subay deyilsən, ailəlisən, geyiminə-geçikiminə , oturuş-duruşuna fikir verməlisən” və s. Və xalqın bu cür təfəkkürü, ailə özəlliklərinə münasibəti milli geyimlərimizdə belə dönə-dönə öz əksini qoruyub-saxlamışdır.
İnternetdə bu mövzuda bir neçə maraqlı şəklə rast gəldim. Məsələn, bu şəkil 1922-ci ilə aiddir, Amerikada çəkilib:

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!
Polis məmuru Bill Norton, Potomac çayı boyunda dincəlir olan insanların olduğu çimərlikdə, əlində uzunluq vahidi qadın geyimlərinin ölçüsünü aparmaqla məşğuldur. Məlum olur ki, o vaxt hətta xanımların dəniz paltarları üçün belə müəyyən hədd olub. Yəni, diz qapaqları ilə çimərlik geyimlərinin ucları arasındakı uzunluq, təxminən 6 düymdən (15 sm) daha çox olardısa, o vaxtlar bu, özbaşınalıq, dövlətə ətaətsizlik, qanunların pozulması üçün yetərli səbəb sayılmışdır və müxtəlif məsuliyyət dərəcələri yaradırdı.
Bu şəkil də maraqlıdır. XX əsrin əvvəllərində Almaniyada əxlaq polisi varmış və onlar ictimai yerlərdə qadın geyimlərinin əndazəsini aşmamasına nəzarət edirlərmiş. Onların da xüsusi səlahiyyətləri varmış və qaydanı pozanlara bu qadağaları tətbiq edirlərmiş.

 

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

 

1890-cı ildə və müqayisəsi də 1990-cı ildə şəkilib. 100 ilin ictimai, iqtisadi, sosial, mədəni nailiyyətləri bu olub ki, Amerika da, Almaniya da, Fransa da başladığı işi axıra çatdıra bilməyib.
Təxminən 100 il əvvəl çimərlikdə belə qadınların geyimlərində boyları ilə əndamlarına ölçülən libas üçün qəbul edilmiş hədd arasında əlaqə yaradan bir Amerika indi hər cür asudəliyin, sərbəstliyin müdafiəçisinə çevrildi.

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

Amma bizim milli geyimlərdə "abır-həya ölçüsü” (bunu gözəl dinimiz müəyyən edib) olub və bu Uol –Stritt dünyasından da, Almaniyadan da, hər yerdən.. hər kəsdən də öncə olub, şüurlu olub, hörmətlə edilib, sədaqət, məsuliyyət hiss edilərək edilib. Bu gün, təəssüf ki, vulqar meyillər, yanaşmalar bizim milli geyimimizə, təfəkkürümüzə də sirayət etmişdir.
Bəziləri bəlkə də əzalarını qəsdən göstərməyə çalışır, bəziləri bir qədər başqa şəkildə geyinir: üstünlük verirlər ki, bədəninin şəklini cızan paltarının içində mükəmməl görünsünlər... Nə yaxşı ki, qadınlıq cizgilərini gizlədən qadınlarımız daha çoxdur , axı qadın belədə daha mükəmməldir, hansı ki, dinimiz də bunu belə vacib sayır.
Oxuduğum ibrətamiz və düşündürücü bir epizod: bir qadın həmişə soruşurmuş ki, ərim məni niyə aldadır? Eşidən –bilən də deyirmiş ki, çox sadə! Yoldaşın sənin xarici görkəminə dəyər vermişdi. İndi də səndən daha gözəliniə rast gəldi, onu seçdi. Ərinə göstərmək lazım olanı sən cümlə aləmə göstərdin. O bir adamla aldatdı, sən dünya aləmlə.
Açıq-saçıq geyinən qadınlara qınaq sezdirməyən kişilər elə o qadın qədər suç etmiş olur. Cəmiyyətin ictimai qınağa çox ehtiyacı var. Bu kimi bir çox əxlaqi məsələlər var ki, insanlar onu bir qədər elə qınaqla, bir qədər maarifləndirmə ilə islah etsə, daha effektli olar. Qadın ürəyi istəyən paltarı seçə bilər, hər mövsümə uyğun olsun, dəbə uyğun olsun və s. Amma abırlı olsun. Məsələn, bu şəkildəki geyim tərzi, bədənə işlənilmiş tautirovkalar (tatu) günümüzün vacib ağrılarındandır.

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

İnsanlar tərəfindən heç də birmənalı qarşılanmayan, lakin bir çox gənclərin maraq dairəsində ğzünə əməlli-başlı yer edən tautirovka yanlış bir düşüncədir. Bəla burasındadır ki, 25 yaşa qədər gənclərdə daha çox müşahidə olunur. Bizim uşaqlıq illərimizdə bunu "nakolka” kimi eşitmişdik və bilirdik ki, onu həbsdə olanlar etdirirlər. İndisə qızlar da. Qızlar əsasən biləklərinə və bellərinə döymə etdirirlər, bədənin digər bölgələrində də olur.
Fikir verin, əgər bu qız bu tatunu bədəninin bu hissəsinə döymə etdiribsə, demək o, şüurlu olaraq qəbul edib ki, bu, nümayiş olunmalıdır. İnsanlar bunu görməlidir. Kimin yanından keçəcəksə, kim bunun yanından keçəcəksə baxsın. Yoxsa belə deyil? İsanlar baxmamalıdır. Və yaxud adiləşəndən sonra kimsə əhəmiyyət verməyəcək. Niyə belə düşünməliyik ki. O , evində necə istəyir şəxsi işidir, edə bilər, amma cəmiyyət içərisinə çıxırsa, insanlara hörmət etməli, ümumi normalara əməl etməyə borcludur. Adiləşəndə isə, onun daha eybəcər yeniləri çıxacaq və s .
 

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

Bunun iqtisadi ziyanını da qoyaq bir tərəfə. Sağlamlıq baxımından insan orqanizmi üçün təhlükəlidir.
Çünki onlar qeyri–leqal yolla edilir. Lap nə qədər strelizə olunmuş alətlərlə edilsə də, QİÇS, hepatit B, hepatit C kimi xəstəliklərin riski böyük olur.
Həyatınızı belə risk qarşısında qoymayın.
Diqqət edin və ony da unutmayın ki, "narahat paltarlar" şəxsi həyat üçün problemlər yaratdığı kimi, səhhət üçün də təhlükəyə çevrilə bilir.

Nənələrimiz kimi geyinsəniz, nə olar ki?!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz