» » Yaman çoxalıb saxta ürəklər (II yazı)

Yaman çoxalıb saxta ürəklər (II yazı)

Yaman çoxalıb saxta ürəklər (II yazı)


Görən, istər sevgiyə qədər, istər sevgidən sonra ürəklər belə ola bilirmi: çox az. Bəs niyə belədir? Mən, sadəcə, oxuduqlarımdan, gördüklrimdən çıxış edərək öz fikirlərimi söyləyəcəyəm. Mənə elə gəlir ki, bu gün əksər gənclər ailə qurarkən heç də bizim ədəbiyyatlarda bildiyimiz (həyatda son onilliklərdə barmaqla sayılacaq qədər azdır) məhəbbətə, böyük eşqə deyil, daha çox qovuşmaq istədikləri tərəfə çatmaq razılığı verən nikah kağızına can atırlar, əsasən də oğlanlar. Mütailəli oxucularımıza məlumdur ki, "Xosrov və Şirin ” poemasında belə məqam var:
Şirinlə evlənmək qərarına gələn Xosrov Qəsri- Şirinə gəlir, özü dəə sərxoş. Şirin də onu saraya buraxmır. Hələ özü üçün belə qərar da qəbul edir ki, namusu üçün ən son anda xoşbəxtliyini belə lazım gələrsə, qurban verməyə hazırdır. O bunu açıq-aşkar açıqdan-açığa Xosrova söyləyir:

Firuzə günbədə and içirəm mən,
Nurlu, parlaq günə and içirəm mən...
And olsun ölümsüz əbədiyyətə,
And olsun yatmayan oyaq xilqətə...
Ki, şah olsan bilə, kəbinsiz yenə,
Yetişə bilməzsən istədiyinə...

Şirin bunu hələ bibisi Məhinbanu ona öyüd-nəsihət verəndə də ifadə etmişdi:

Yaman çoxalıb saxta ürəklər (II yazı)

Gözümdən qanlı yaş töksə də həyat,
Olsam, olacağam bir halal arvad.

Və bu  vədinə sadiq qalmışdı da.
Təbii ki, biz fikirlərimizi hamıya aid etmirik. Bu gün müəyyən qədər çəkinən, ehtiyatlanan kəslər də var ki, formal olaraq nikah da bağlayır , toy da edir, amma 1 ildən sonra ürəyi ağrımadan, əzab çəkmədən guya sivil yolla, yəni məhkəmə vasitəsi ilə ayrılır: necə deyərlər: " ağanın pulu gedər, muzdurun canı" Deməyin ki, bunun ürəyə nə dəxli var?! Onda mən də deyirəm ki, bəs nəyə dəxli var? Əgər bir adam köksündə insan adına məxsus ürək daşıyarsa, bu ürəkdə insanlar, xüsusən qadınlara, onların hislərinə qarşılıq olaraq dəyər vermək, ehtiram göstərmək hissi yoxdursa, o, lap öz şəhavani xəyalları üçün bu "oyunu" hələ çox oynaya bilər. Belələrinn qəlbində sevgi hissi yox, ancaq əza hissi olur. Onlar heç nəyi gözəl görə bilməzlər. Həzrət Əli çox gözəl buyurub ki, qəlb kor olduqdan sonra gözün görməsinə ehtiyc yoxdur.
Burada , emosionallıq, insanlara inanmaq , nə qədər romantik duyğular yuva salmış qadın ürəkləri də müəyyən mənada qınağa məruz qalmalıdır.
Gözəl ürək sahibi olmaq yaxşı, eşq olsun. Fəqət, hər zaman ağıldan, zəkadan güc almaq lazımdır. Emosiyalar heç vaxt ağıla üstm gəlməməlidir. Bunu bacara, gözləyə blən, səbr edə bilən istər oğlan, istərsə də qız arzuladığı, həm də daha etibarlı və daha saf sevgiyə, daha gözəl həyata yar olacaqdır.
İnsana ürək tək sevgi üçün gərək deyil, o, ümumilikdə insanı, onun bütün orqanizmini hərəkətə gətirən canlı "mühərrikdir”. Ürək fiziki baxımdan nə qədər sağlamdırsa, insanın qurub-yaratmaq həvəsi yavaşımır, o heç vaxt yorulmur. Bir gümrah adam haqqında deyirlər ki, maşallah, ürəyi "motor” kimidir.
Sevgi üçün gərək olan ürək isə bir ayrı biçimdədir: zərif, məsum, sadədil, mərhəmətli, həzi....Nə qədər kövrək yaşam duyğuları var hamısı ürəyin bu boyuna biçilib. Adam çox güclü ola bilər, gəəzndə ayaqlarının zərbindən yer-göy lərzəyə gələ bilər. Amma ürəyinin bu hissəsində zəriflikdən, kövrəklikdən heç nə olmaz. Bax, söylədiyimiz narahatçılıqları yaşadan, yayanlar da, adətən, belələri olurlar.
 
Yaman çoxalıb saxta ürəklər (II yazı)

Amma zərf ürək sahibləri də heç sərtlik edə bilmirlər. Bəzən yeri gələndə cəngavərlik də lazımdır, zəriflik də. Amma insan ürəyində heç kimə qarşı sərtlik, nifrət, kin-küdurət olmamalıdır. Hansısa qaydasız döyüş qəhrəmanının bənövşə üçün kol dibinə əyiləcəyinə inanmıram. Amma sevgü üçün yanmağı yaşamaq hesab edən kimsə daha çox əyilməyi daha çox sevgi səcdəsi kimi qəbul edəcəkdir.
İnsan övladı qoynunda/köksündə yaxşı ürək gəzdirməlidir, istisinə, işığına insanlar sığınsın. Əgər bulardan birini seş götür desə idilər, mən də sevimli şairimiz Nəbi Xəzri - kövrək, daha çox həssas, daha çox mərhəmətli ürəyi seçərdim və seçmişəm də:

Mənim ürəyim

Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.

Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.

Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.

Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.

Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.

Yaman çoxalıb saxta ürəklər (II yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz