» » Yaman çoxalıb saxta ürəklər (I yazı)

Yaman çoxalıb saxta ürəklər (I yazı)

Yaman çoxalıb saxta ürəklər  (I yazı)
 Ürək insanın yaşam fəaliyyətini təmin edən ən vacib orqanların birincisidir. Ürək dayanarsa, həyat da dayanar. Ürəyin 2-ci böyük   missiyası onun sevgi məbədi olmasıdır. O, olmazsa, sevgilər harada intişar tapardı, harada özünə yuva qura bilərdi?  İnsan bədəninin digət  üzvləri bir azca da olsa,  dincini ala bilir. Yekanə ürəkdir ki, geçə-gündüz  eyni ahənglə  işləməkdə davam edir.
Hər gün ürəklə bağlı  yeni bir məlumat öyrənirik,  hər dəfə də  ürəyin bir-birindən  maraqlı   yeni keyfiyyətləri üzə çıxır. Üzə çıxır ki, ürək heç bir rentgen aparatının çəkə bilmədiyi, ölçə bilmədiyi ən kiçik hisləri belə mikron həssaslığı ilə hiss edir, hesablayır. Əgər kişilərin ürəyi 284 qramdırsa və orta hesabla dəqiqədə 70 dəfə vurursa, qadınların ürəyi ondan az olduğu halda (227 qram), kişi ürəyindən daha sürətlə (dəqiqədə 78 dəfə) vurur. Çox güman ki, bu da kişilərin bir qədər rasional, qadınların emosional olması ilə bağlıdır.
İki yumruq boyda (hər insanın ürəyi iki yumruğu boydaır) olan ürəyin ağırlığını çəkiylə hesablasaq, cəmi 300 qrama qədər ancaq olan ət parçasının hökmünə bax.

Yaman çoxalıb saxta ürəklər  (I yazı)

Fəqət, insanın başına gələn hadisələrin yükünü ən çox çəkən də ürək olur. Görən, ürək sahibinin  bunlardan xəbəri varmı? Xəbəri varmı ki, ürək hər gün bir avtomobilin 23 kilometr məsafəyə sərf etdiyi qədər enerji istehsal edir. Onun həyatı boyu istehsal etdiyi enerjini toplasaq, bu enerji həmin maşını Aya aparıb- gətirə bilər.” Yəni bir ürəyin həyatı boyu yaratdığı enerji, məsafəyə çevirsək, bir avtomobilin Aya gedib-gəlməsinə bəs edər.
Bir vaxt bir-birlərinə "sən həyatımsan” deyənlər  ürəklərini  tərəzinin bir gözünə qoysalar (kişi ürəyi 284 qram, qadın ürəyi isə 227 qram= 511 qram ), yarım kq –dan 11 qram artıq olur.
Əgər bu sevənlər ilk günlər bir-birlərinə "həyatım”, "bitanem”, "ürəgggim” deyiblərsə, deməli,  bir bədəndə iki ürəkləri var, guya da. Birləşib hər kəs öz ürəyinə əlavə güc qoşub.))) Elədirsə, bəs dediyimiz kimi, 1 ürəyin həyatı boyu sərf etdiyi enerji Aya gedib-gəlməyə bəs edən enerji qədərdirdirsə, onda bunlar gərək hələ bir o qədər də o tərəfə getsinlər və yaxud Aya 2 dəfə gedib-gəlsinlər. Bunlar bəs niyə ömrün sonuna qədər, heç olmazsa,  durnaları  kimi  birlikdə uça bilmədilər: elə yarı yolda qatardan ayrıldılar. 
"Okuş"u (sevdiyini belə adlandırmışdı da) hər gün siqnal verə-verə cəlib onu blokun ağzından götürəndə, axşm da qaytaranda pəncərədən, balkonda baxan "yadlar" yanmışlıqla da olsa,  bunlara "cüt bəxtəvər” deyərdilər, bəlkə onların gözü dəydi?!

 Yox, qonşuların paxıllıqları olsa da,  bütün günahlar özlərindədir: sevməyi bacardılar, amma sevgini yaşatmağı, əbədilik etməyi yox.

 Sevmək yalnız xoş günlərdə deyib-gülməkdən, qoşa addımlamaqdan, baş-başa qalmaqdan ibarət deyil.  Sevən kəslər üçün  sevmək   həyatda nə varsa, hamısını eyni rəngdə eyni biçimdə görmək deməkdir. Onları qarşıda gözləyən bütün həyati məsələlərə  eyni nöqteyi-nəzərdən baxmaq, səadəti birlikdə, birgə mübarizə ilə qurub,  bütövləşdirib sonra da onu göz bəbəyi  kimi qorumaq deməkdir. Belədirsə, onda ürəklərin, bu ürəkdə yuva salan niyyətlərin birliyindən danışmaq olar.


Yaman çoxalıb saxta ürəklər  (I yazı)

Bəxtiyar Vahazadənin əsl ürəyin keyfiyyətləri barədə yazdıqları da çox səmimidir:

Ürək odur daim yana, 
Od püskürə, alovlana. 
Od vermirsə qəlbə, cana 
Demək o heç ürək deyil. 
O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür, 
Döyüntüsün heç kim bilmir, 
Çırpıntısı eşidilmir 
Demək o, heç ürək deyil. 
O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə 
Polad kimi gərilməsə, 
Torpağına sərilməsə 
Demək o heç ürək deyil. 
O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi- 
Yox arzusu bir diləyi!? 
Bacarmırsa o sevməyi 
Demək o heç ürək deyil. 
O heç mənə gərək deyil!

Yaman çoxalıb saxta ürəklər  (I yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz