» » Əsgərlərimiz üçün dualar

Əsgərlərimiz üçün dualar

Müəllif: Dəyanət от 6-11-2016, 00:10
 

Əsgərlərimiz üçün dualar

 

Allahım, hər zaman sənə tapındıq, hər şəfaət, hər pasibanlıq, həyan olmaq səndən gəldi. Biz Sənin ucalığını hər zaman andıq: yuxuya dalanda da sənə şükür etdik, oyananda da, hər zaman, hər yerdə başımız üstə oldun. Sən olmayan yeri bizi qismət etmə, Yarəbbim.
Biz müharibə istəmirik, nəinki öz yurdumuzda, dünyanın heç bir ölkəsində hərb, qan-qada olmasın. İnsanlar, xüsusən, körpələrin, uşaqların həyatına vaxt-vədəsiz son qoyulmasın, ailə, övlad böyütmək üçün tikilən evlər yerlə -yeksan edilməsin.
Anaların min arzularla dünyaya gətirdikləri balalar hərbin qurbaı olmasın. Qızlarımız gözüyaşlı qalmasın, duvaqlarımız qara boyanmasın, anaların qəlbi qubar bağlamasın.
Amma uzun illərdir bunlar baş verir. Biz sənə tapınıb səbirlə, dözümlə gözlədik. Amma qəddar düşmənlərimiz getdikcə də quduzlaşırlar. Öz dədə-baba torpaqlarımızda başımıza ölüm ələyirlər...

Əsgərlərimiz üçün dualar

Daha dözmək olmur. 1 milyondan çox həmvətənim öz allın təri ilə qurduğu ocağından qovulub, indi hərəsi Azərbaycanın bir yerində didərgin həyatı yaşayır. Dünyaya qarabağlı körpə gəlir – Qarabağı yox. Bir ahıl qarabağlı dünyasını dəyişir, məzarlıq torpağı yox.Niyə başqa yurdda dəfn olunsun ki...
Allahım, əsgərlərimizin azadlıq, xilaskarlıq savaşına səndən Ümid istəyirik, Yol istəyirik, Səbir, Dözüm, Hünər istəyirik. Öz ata-baba ocaqlarını yağıdan azad etmək şərəfini oğullarımıza qismət et. Bu acılara son qoyulsun...
Yarəbbi, əsgərlərimizin borclarını namusla başa vurub, sağ-salamat evlərinə dönməsini; ata-analarına, qardaş, bacı və bütün sevdiklərinə qovuşmasını nəsib et...
 

Əsgərlərimiz üçün dualar

 

 Dualarımızı dərgahi-izzətinə qəbul et, Yarəbbi...


Əsgərlərimiz üçün dualar

 

Əsgərlərimiz üçün dualar

 

Əsgərlərimiz üçün dualar

  

Əsgərlərimiz üçün dualar

 

 

Əsgərlərimiz üçün dualar

 

Əsgərlərimiz üçün dualar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz