Televiziyamız və mətbuatımız haqqında
Müəllif: Akif Əhmədov от 21-12-2016, 00:30
Bəzən çoxumuz həm zəmanədən, həm insanlardan, həm də yaşayışdan, yəni əxlaq və davranış normalarından gileylənirik.
Müqayisəm ola bilsin ki, kiminsə xoşuna gəlməyə bilər. Amma biz bunu kiminsə şəstinə dəyməsi üçün demirik, deyirik ki, bir az özümüzü təriflərdən, simpatiyalardan uzaq tutaq, bir qədər acılara da baş vuraq. Çox-çox əvvəl bir şeirdə rast gəlmişdim:
Toyuqlara insan kimi yaşa demirəm,
İnsanlar toyuq kimi yaşayacaqsa, yaşamaq istəmirəm…
Səhv etmirəmsə, belə idi.
Toyuq faydalı ev quşlarından olsa da, uça bilmir: qanad çalsa da, bu məsafə 1-2 metrdən çox olmayacaq. Bir növ, toyuq hərəkətsizliyin, ətalətin, korafəhmliyin simvoludur.
Amma böyük filosoflar, alimlər, sənət xadimləri insanı yaranmışların ən şərəflisi hesab etmişlər. Nizami Gəncəvi :
Sən ki, hüma quşusan, şərəfli iş gör, əlbət,.
Az ye, az danış, vermə bir kimsəyə əziyyət, -
deyərək , insan və insalıq yoluna işıq tutmuşdur.
Bəs niyə bəzi insanlar çox vaxt bu şərəfli adın məsuliyyətini unudurlar? Niyə onlar Hüma quşu kimi xeyirxah bir ömür yaşamaq isəmirlər, amma həyatlarını ikrah doğuran əməllərə sərf edirlər və s…
O qədər çox ki, bu cür suallar.
Acı da olsa, saysız-hesabsız belə hallar bir gerçəkdir. Həyat da, elə təbiətin özü də elə bil getdikcə formasını dəyişir, məzmun və mahiyyətini dəyişir. Elə bil bir hədəfsizlik yaranıb. İnsanlar çox laqeydləşib. Ələxüsus, müəyyən statusu olan insanlar, yazıçılar, məşhur sənətkarlar bir qədər asta tərpənirlər. Pis meyillər çoxalır, amma maarifləndirmə işləri keyfiyyətli deyil, bəzən televiziya, mətbuat özü mənəvi tərbiyəyə deyil, insanları şou əhvali-ruhiyyəsinə kökləyir.
Guya dünya modellərindən yazırlar, guya xəbər təqdim edirlər, amma dolayısı ilə öz içlərini də çölə çıxarırlar. Xalqın qəbul etmədiyi, görmək istəmədiyi guya sənət adamları televiza ekranlarından çəkilmir. 2-3 dəfə boşanmış adamdır, nədən onu bu qədər tədir etməlisiniz? Biz demirik ki, o, cəzalanmalıdır.Əsla. Amma o, təqdir olunmağa layiq deyil. Kimə lazımdır dünya modellərinin çılpzq şəkilləri, görüntüləri.? Sovet vaxtı kütləvi informasiya vasitələrində belə adamları, məsələləri vermək olardımı? Ona görə də o vaxt qadınlar, qızlar gəlinlər boğazları belə görünsə, özləri bundan narahatçılıq keçirirlər. İndi isə elə şou adamı var ki, üzünə kosmetik vasitələri o qədər yaxır ki, ekranda rənglər qarışır, par-par parıldayır.
Təkcə bu dərd olsaydı, jurnalistikanın dərdi nə vardı ki. Məsələn, bir məsələ baqqında tənqidi yazı gedibsə, digər mətbu orqan özünü çox gözlətmir: səhəri gün əksi olan yazılarla çıxış edir, bir növ, əvvəl yazılmış məlumatı zəiflədir və ya az qala, onu idealizə edirlər. Manşetləri izləmək olmur: sərlövhələrin daha çoxu intihardan, zorlamalardan, qəzalardan bəhs edir. Adam hər şeydən qorxur, şübhələnir, yaşamaqdan bezir. Adam necə də ölməyi arzulayarmış.
Eyni bir məlumatı, hadisəni ayrı-ayrı mətbuat səhifələrində fərqli şəkillərdə verirlər. Bu gün verdilkəri məlumatı sabah təkzib edirlər. Daha çox xəbər/məlumat yayırlar .. Cəsarətli yazılar yoxdur. Adama elə gəlir ki, ki, fərqli-fərqli mətbu vasitələr fərqli-fərqli tərəflərin mənafeyinin ifadəçisidir. Bunlar da son deyil.
Şou fəaliyyəti ilə məşğul olanlar ekranlarda əndazəni çox aşırlar. Sərt senzuraya ehtiyac var. Onsuz da müəyyən mövqeyi, nüfuzu olan sənət adamı oturubdurmaqda, dinib-danışmaqda ədəbini bilir. Bilməyənlərə isə bu nəzarət islahedici vasitə kimi zəruridir.
Biri qaçaq olub, mərd olub,
Biri qoçaq olub, mərd olub,
Biri kasıb olub, mərd olub.
Bu namərdlər hardandı,
Bax, bu, mənə dərd olub.
Yazıçılar, sənət adamları nə işlə məşğuldur bilmirəm. Ədəbiyyatın, sənətin təsir gücü hiss edilmir. yaxşılıq nümunələri, insanlıq nümunələri yağlı əppək olub göyə qalxıb. O qədər qeybə çəkilib ki, hərdən rasımıza çıxanda ağlamaq tutur adamı.
Adamlar var. Zənginlik var...amma insanlıq qeybə çəkilir.
Bəxtiyar Vahabzadə - Mənə nə var?
"Bizdə bu soyuq qanları neylərdin, ilahi? "
M. Ə. Sabir
Mənə nə var?!" dedin.
Düzmü dedin sən?
Birləşir axırda ən uzunyollar.
Kənara çəkilmə, bil ki, bu gündən
Bu gün mənə varsa, sabah sənə var.
Daşqın böyrü üstə yıxsa bir dağı,
Yanındakı dağ da əyiləcəkdir.
Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir.
Buzdan soyuq olar ilanın qanı,
İnsansan!
O isti qanın bəs hanı?
De görək, sən necə baxa bilirsən
Gözünün önündə tapdanan haqqa?
Nədən alışmayır bədənin, nədən,
Haqsız məşəl tutub o yanan haqqa?
Necə insan deyim, necə mən sənə?
Qoy övlad deməsin bu Vətən sənə!..
Əgər adamsansa... sev adamları,
Demə, bu, dostumdur, o, düşmənimdir;
Demə, əzizimdir ev adamları,
De, mən bu xalqınam, xalq da mənimdir.
Demə, daş yayınıb qardaşa dəydi,
Mən elə bildim ki, daş daşa dəydi.
Yurdun o başında yıxılan kəsin
Ağrısı qəlbində gərək göynəsin!
Ən böyük dəryanın birdir sahili,
Onu hər tərəfdən döyər dalğalar.
Bir böyük Vətəni, bir böyük eli
Tarimar eləyər "mənə nə var"lar.
Ağaclar qatarla cərgələnibdir.
Onlar bir-birindən çox uzaqdadır.
Budaqlar, yarpaqlar görüşməsə də,
Kökləri bir yerdə, bir torpaqdadır!
Oxşar postlar:
- Oxunub: 777
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib
Yazarlar