» » Sevgililər günündə sevgi haqqında düşüncələr

Sevgililər günündə sevgi haqqında düşüncələr

Sevgililər günündə sevgi haqqında düşüncələr

İnsan həyatı körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri ilə müşayiət olunur. Hər yaş dövrünün öz ahəngi, öz spesifik xüsusiyyətləri var.
Bunlar hamısı insan həyatıdır, hər biri əhəmiyyətlidir və hər biri də öz vədəsində. İnsan oğlu da gərək işini bilə və "gül mövsümü” təzə başlayanda gözü seçən, könlü tutan gülünü seçə :

Ağrı cana hopub dizə enməmiş,
Ağırı, yüngülü ölç vədəsində.
Saça qırov qonub, qar ələnmmiş,
Bir könül həmdəmi seç vədəsində.

Çünki məhəbbət olmasa, həyat gözəlliyə doğru deyil, dağılıb yox olmağa doğru gedər.
Məhəbbət adlı hiss, nemət, iksir, nə deyək ki, hər məna olsun bu ifadə də, müxtəlif ölçülərdə, məna və mahiyyətdə insan dünyaya gələndən o da mövcud olur, özünə yer edir: bəlkə də insan özü də sevginin bir təcəssümüdür deyə...
Prometey Hefestin emalatxanasından odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmişlər ... Odla bərabər insanlar məhəbbəti də qorumuşlar. İrsən əərk nəsildən-nəslə ötürərək həyatı, insanlığı hifz etmişlər. Ata belindən , ana rəhminə düşən bir yavru uzun bir həyat yolu bu sevginin əhatəsində boya-başa çatır, ta onun özünün üzərinə də bu məsuliyyət düşənə kimi. İndi yetkinlik yaşına çatan oğul da, qız da özləri ocaq başına keçməli, sevgi odunu qorumalıdırlar.
İnsanlar sevməyə nə vaxtdan başlamalıdır deyə mütləq vaxt qoymaq çətindir. Dastanlarımızda bununla bağlı o qədər nümunələr var ki. Məsələn vücudnamələrin birində deyilir:

On dördündə sevda yenər başına,
On beşində yavan kirər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz, bulannıq axan selə bənzərsən.

Amma biz bu gün 14-15 yaşlı yeniyetmənin sevgisini çox da ciddi qəbul etməyəcəyik.
Çünki həyat, insanlıq irəliyə doğru inkişaf etdikcə həyati münasibətlərin özündə dəyişikliklər
Baş verir. Keçmişdə elm və texnikanın olmadığı və ya çox bəsit halda olduğu zaman və şəraitdə karyera qurmaq, motivasiya və s . bu kimi amillər yox idi. Odur ki, uşaq 14-15 yaşa çatan kimi, valideynər övladlarını evləndirirdilər və ya gəlin köçürürdülər. Amma bəşər cəmiyyəti dəyişdikcə, insanlarn həyat tərzi, sosial-mənəvi inkişafları da bu dəyişikliyə uyğunlaşırdı. İndi gəncin orta məktəbi bitirməsi, hərbi borcunu yerinə yetirməsi, ali təhsil almas lazımdır. Bunları isə bir gənc üçün ən yaxşı halda, 20- 25 yaşlarda başa gətirmək olur.
Sevgililər günündə sevgi haqqında düşüncələr
Günümüz üçün sevgi şövsunda sevginin mahiyyəti də, yaş həddi də çox aşınmalara məruz qalıb. Əgər evlənmək yaşından söhbət gedirsə, erkən yaşlarda ərə verilən qızlarımız, ailə qurulan oğlanlarımız var. Qızlarımız-oğlanlarımız da var ki, daha çox iqtisadi (ev, iş ) problemlərdən ailə həyatı qurmayıb və atıq vaxt da keçir. Başı "kefə qarışan”, şərqdən vurub qərbdən çıxan gənclərimiz də var ki, canları sulu olan vaxtı "min oyundan” çıxırlar. Bir vaxt vətənə dönüb valideynlərin təkidi ilə ailə qursalar da, onların ailələri mehriban olmur, davamlı, etibarlı olmur. Belələri gözünün, ürəyinin odunu artıq buna kimi neçəsi paylaşıb gələndə sevgi üçün, ailə üçün üzanılı qolları artıq yanlarında olur.
Bir ailənin davamlı, səmimi, xoşbəxt davam etməsi üçün bunlar da vacib şərtlərdir.
Sevgi haqqında bu qədər yazılsa da, insanlar bunlardan kifayət qədər məlumat alsalar da, həyatda görüb-götürsələr də, yenə sapınmalar, soyuqluq, xəyanət kimi hallardan yan keçə bilmirlər. Mühitin, inkişafın, xarici təsirlərin mənəviyyatlara vurduğu xəsarətlərdə insanların özlərinin də laqeydliyi, cavabdehliyi az deyil.
Kütləvi informasiya vasitələrində kriminal xəbərləri izləmək kifayətdir ki, ailə münasibətlərində, sevgidə özünə əməlli-başlı yer etmiş naqislikləri görəsən, yəqin edəsən. Adı çəkiləndə xəcalət təri basan, sıxılan qız indi çimərlikdə müxtəlifi görüntülər paylaşır... şou adı ilə əzalarını açıq-saçıq şəkildə səhnədə nümayiş etdirir. Nurmal ailə həyatı üçün bunlar ola bilməz axı. Axı bizim xalq, bizim dədə-babalar bu cür davranış, əxlaq tərzini yaxın buraxmayıblar.
Gender, demokratiya beləmi olur?
Bir vaxtlar adi cib bıçağı gəzdirmək olmazdı, soyuq silah hesab olunurdu. İndi vitrinlərdə o qədər bəzəkli-bəzəkli "knopka”lı bıçaqlar (bizim gənclikdə bunların adına kitablarda fin bıçağı adı ilə rast gələrdik) var ki. Bəzən insnın istifadəsi üçün ehtiyacı olmasa da, modelinə, bəzək formasına görə alır, cibində və ya çaşınında gəzdirir: cinayətə bir addım yaxınlaşmırmı?
Bir vaxtlar ekran, səhnə üçün geyim qaydaları, davranış normaları vardı. İndi Avropa protokolunu əsas gətirilər ki, belə geyinməlidir.. Habnsı bir digər iştirakçı da onu qucağına ala bilər və s.. Təkcə əmələ görə yox, düşüncəyə, davranış tərzinə görə də cavabdehlik müəyyən etmək lazımdır. Bunlar axı pis nümunədir. Mən inanmıram ki, bu qədər müsabiqələrə, şoulara can atan qızlar yüksək qiymətlə oxuyublar, 500-600 bal toplaya biləcək abituriyentlər ola bilərdi. əgər onun intellektual səviyyəsi, elmi bilikləri, təhsili bir ölkəni təmsil etməyə ona haqq vermirsə, o necə gedib dünya səhnələrinə çıxa bilir?
Bir adam 2-3 dəfə boşanıb və ya 2-3 dəfə alıb-boşayıb, o, necə xalq artisti, rəssamı və s. fəxri adları daşıya bilər, yüksək vəzifə tuta bilər? Sənətin, yaradıcılığın buna nə dəxli var deyirlər. Məncə var: Məşhur müğənnidir, pərəstişkarları var qoy olsun... Amma onun sənəti xalqın ideallarına xidmət etmirsə, sənətin idealları ilə onun özünün etdikləri daban-dabana ziddirsə, niyə bütün günü müxtəlif telekanallarla evlərə daxil olmalıdır? Mənim fikrimcə, bizim sənət və idman aləmində belə nümunələr çoxdur və belələri pis nümunə olurlar. Müğənnilərdən biri yoldaşını boşayıb, 2 uşağı ailə, ata nəvazişindən məhrum edib. İndi gəlib ekranda mahnı oxuyur, veriliş aparır və s. Bəs onun oxuduğu mahnı belədə əyləncə ampulasından uzağa gedə bilərmi? Axı özü oxuduğu özündə ali ideallar formalaşdıra bilməyib.

Sevgililər günündə sevgi haqqında düşüncələr
İctimai qınağa çox ehtiyacımız var, auditoriyaların həssaslığına ehtiyacımız var. Təcə dinləyiciyimiz sənətkar yaxşı olsun deyə yox... həyatımız, sevgilərimiz gözəl olsun deyə...
Elə bir ata, baba ola bilməz ki, uşağını, nəvəsini sevməsin. Baba sevgisi isə lap çılğın olur. Babalar-nənələr bu yavrlar üçün o qədər narahatdırlar ki, öz ömürlərinin tükənməsinin fərqində deyillər, amma istəyirlər ki, tez 5-10 il də keçsə, gprərdim ki, balam böyüdü, ağlı kəsir, daha suya, oda girməz, pəncərədən baxmaz. Yəni bunlar bütün ata-babaların, ana-nənələrin qayğılarıdır. Sadəcə, istəyirlər ki, ola bilən təhlükələrdən körpələrini keçirsinlər. Bəs onda indi əhəmiyyət vemədiyimiz mənəvi məsələrə niyə laqeyd olaq? Əgər insanlar , cəmiyyət bu mövzuda vahid hədəf seçməsələr, 40-50 ildən sonra nəvə- nəticələrimiz, kötükcə-güllücələrimiz üçün sivri ucu, zəhəri, odu olmayan "humanist” fəlakətlər hazırlamış olmurmu?
Bu yaxında Təhsil nazirliyi maraqlı bir stastik məlumat açıqlamışdı: "2015/2016 tədris ilində XI sinifləri 89325 nəfər bitirəcək ki, bunun da 39643 nəfəri qız, 49682 nəfəri oğlandır; ümumtəhsil məktəblərinin IX siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010 nəfəri qız, 60207 nəfəri oğlandır”.
Guya oğlan uşaqlarının say nisbəti sağlamdırmı? Xeyr, bu nisbət də sağlam deyil, qız uşaqlarına münasibət, yanaşma da.
Bəli, bunların sevgiyə birbaşa aidiyyəti var. Hesab edin ki, qızı doğulacaq deyə "5-10 manat”ından keçib bu hamiləliyi süni olaraq arzu edilməyən hamiləliyə çevitdirəcəksə, oğlu olanda sevinəcəksə, bu həmcinsimin, lap mənim əzizim olsun, kiminsə qapısına dədə-babalar keşmişdə getdikləri kimi elçi gedəcəyini necə səmimi qəbul etmək olar?
Və yaxıd saytların birində göstərilmişdi ki, 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə (2013-cü il üzrə statistik məlumatlar bu məlimat veriləndə tam hazır deyilmiş) belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edib və onların sayı 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur.
Bunlar çox ciddi sosial bəlalardır və hər kəsi narahat etməlidir. Maarifləndirmə işlərinə diqqər xüsusilə zəifdir. Pis nümunələr günü-gündən artır. Yeniyetmələrin qarşısında onun gələcəyi üçün daha məsul vəzifələr durduğu halda, onlar dGha çox macəra həyatına meyil göstərirlər. İntihar hadisələrini törədənlər əksəriyyəti yeniyetmələrdir. Pis nümunələr çoxdur. Yaradıçı ittifaqlar, kütləvi informasiya vasitələri bu istiqamətdə ciddi düşünməlidirlər.
Bu gün Milli Sevgililər Günüdür. Dünya sevgi arzulayırıq. Bütün gənclərimiz sevgilərinə, sevdiklərinə qovuşsun.
Əsl sevgi də elə budur: biri üçün doğulursan, uzun zaman əbədi birlikdəlik üşün yol gəlirsən və günlərin birində iki gəncin, iki nəslin arzuları çin olur. Olsun , amandı, həm də uğurlu olsun. Sevgi hər bir ürəyə, hər bir evə səmimiyyət, mehribanlıq, ülviyyət, birlikdəlik gətirsin.
Sevgililər günündə sevgi haqqında düşüncələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz