» » Dostunu vəzifə başında tanı

Dostunu vəzifə başında tanı

Dostunu vəzifə başında tanı

Tolstoy demiş ki, birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir. Bəzən adama maraqlı görünür ki, hökmranlıq edənlər külli-ixtiyar sahibləridirlərsə, o zaman yazıçı nəyi anlatmaq istəyib? Hakimiyyətdə olan özünü niyə də məhv etsin ki?
Hakimiyyət, həm də birinin digəri üzərində olan hakimiyyətdən söhbət gedirsə, bu, bir qədər də inzibatçılıqdan xəbər verir. Mən düşünürəm ki, insanlar inzibatçılıqla yox, qarşılıqlı etimad, ehtiram, məsuliyyət, güzəşt şəraitində yaşayıb işləmək istəyirlər. Birinin digəri üzərində hökmranlığı tərəflər arasında olan etimad, anlaşma, hörmət mühitini zədələyir… Tərəflər arasında gizli-aşkar rəqabət, ədavət yaradır. Bu isə onun özünün əleyhinə çevrilir.
Bir vaxt eyni yerdə çalışdığımız dost vardı. Hörmətli adamlardn biri idi, ziyalı idi, təşkilatçılıq qabiliyyəti də öz yerində: səmimiyyətinə də söz ola bilməzdi. Sonra mən yolumu dəyişdim və bir qədər sonra eşitdim ki, dostumuz yüksək bir dövlət qurumunda vəzifəyə təyin olunub. Əlbəttə, sevindim. Bu haqqa layiq idi və o vaxt da, indi də əminəm ki, onun xalqımıza ləyaqətli xidməti olacaq. Hazırlaşırdım ki, bir yolumu salıb təbrik edim. Dostlardan biri dedi ki, mən zəng vurdum, cavab verən digər şəxs idi. Zəngimin səbəbini soruşdu, dedi ki, gəlişinizin məqsədini deyin, biz əvvəlcə məlumat verək. Dostum belə deyəndən sonra fikrimdən daşındım. Bir neçə digər eynən bu cür vəziyyətin də şahidiyəm.
Necə olmalıdır, karyera pillələri ilə daha irəli çəkilən bir dost, tanış belədə haqlıdırmı, yoxsa hamını elə əvvəllər olduğu kimi qarşılamalıdırmı?
Bu məsələ ətrafında 5-10 nəfərin münasibətini öyrənsək, fərqli-fərqli cavablar eşidəcəyik.
Hər şeydən əvvəl bilməliyik ki, istər məzmun, istərsə də forma baxımından dostluq münasibətlərinin formalaşdığı mühitlə vəzifə, karyera mühiti fərqli-fərqli şeylərdir. Dostlar arasında anlaşma, əlaqələr artdıqca səmimimiyyət də artır, daha yeni çalarlar qazanır. Amma həmin münasibətləri iş şəraitində və təşkilatda bu formada aparmaq olmaz axı.. Axı bura adi həyatdan - azadəlik və sərbəstlikdən tamam fərqli, müəyyən sistemli nizamlama, eləcə də davranış normalarına malik olan istehsalatdır, idarə və ya təşkilatdır. Əgər dostluq münasibətləri ünsiyyətdə olduğun və əlaqənin kefiyyətindən asılı olaraq daha sevincək olmağa, hisləri daha sevincək ifadə etməyə açıqdırsa, iş yerində bunları etmək olmaz axı. Axı hər bir peşə və konkret mənsəbin öz davranış normaları, peşə etikası var ki, sənin, mənim, onun - hər kəsin dostu bunları mütləq gözləməlidir. Dostlu münasibətlərini Nazirin, millət vəkilinin kabinetində və s. bu kimi yerlərdə adi həyatda olduğu kimi necə davam etdirmək olar?
Dostunu vəzifə başında tanı

Dövlət qulluqçularının etik davranış qaydaları Azərbaycan Respublikasının müəyyən Qanun və Sərəncamları ilə tənzimlənr, konkret olaraq hüquqi mexanizmləri var. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Buna anlayışlı yanaşmaq lazımdır, əksinə, dostun və ya heş tanımadığımız bir eloğlumuzun karyerasına "ÇP" yaradacaq hala səbəb olmalıyıq.
Bu məsələ Azərbaycan mühiti üçün çox xarakterikdir. Hətta bəzən elə olur ki, insanlar , dostbazlığı, qohumbazlığı, yerlibazlığı nəinki məhdud bir yerdə (yəni, hansısa bir iş yerində), hətt iş yerindən yüzlərlə km ayrı məsafədə də önə çıxarırlar. Şahid olmuşuq o qədər. Lap televiziyada göstərirlər: hansı sürücüsə qaydanı pozur, yol nəzarətçisi onu saxlayanda o da kiminsə adını çəkir və yaxud kiməsə zəng edib telefonu saxlayan şəxsə uzadır ki, buyurun, filənkəs sizinlə danışmaq istəyir. İstənilən halda bu həmin dostu, qohmu, yerlini zərbə altında qoymaqdır.
Və unudulmamalıdır ki, bu dostun, yerlinin, qohumun yerlisi, dostu, qohumu təkcə biz deyilik. Axı bu dostumuz vəzifəyə ona görə təyin olunmayıb ki, dost-tanışlarının, qohum-qardaşlarının problemlərini maneəsiz həyata keçməsinə xidmət etsin. Tutaq ki, o, hər qohumuna bir kömək etsə, əlavə işlərə nə qədər ayrılmlı, vaxt itirməli olar. Onda hər kəs öyrəncəli olar, məhəllələrindən, küçələrindən daha çox bu dostunun, yerlisinin, qohumunun iş otağında olar ki... Onda bu dostun, yerlinin, qohumun karyersına elə dotu, qohumu, yerlisi xətt çəkmiş olar ki... Əbəttə, karyera, lidelik arzu və iddialarını hədəf seçən kimsə belə məsələlərin mahiyyət ilə bağlı müəyyən psixoloji, sosial biliklərə malikdir və o elə ki, inkişaf pilləsinə ilk addımı atdı, dərhal həmin bilikləri (etik davranış qaydalarını) tətbiq etməyə başlayır: daha çox təmaslardan ehtiyatlanır, daha çox sosial məkanlardan qaçır. İfraata varmyaq ha... Xalq arasımda, cəmiyyət içərisində olmaq başqa məsələdir, hər gün işdən gələndən sonra məhəllədə domino, nərd oynamaq başqa.
Dostluğu, qohumluğu həmişəki kimi davam etdirmək lazımdır. Qonşuluq da bir ünsiyyət formasıdır, o da davam etdirilməlidir.
Amma vəzifəyə, mənsəbə çatandan sonra insanın büsbütün eqoistləşməsi, insanlara yuxarıdan aşağı baxması, çox "mən-mən" deməsi ikrah doğuracaq keyfiyyətdir. Adam var ki, karyera pilləsi ilə bir balaca irələyən kimi, salam-kəlamı tamam kəsir, elə bil bunun sənin kimi bir dostu heç olmayıb. Adam var ki, vəzifəyə gələn kimi, yaşayış yerini dəyişir: sadə adamların məhəlləsindən uzaqlaşır, daha elit yer seçir. Adam var ki, işlədiyi vəzifədən uzaqlaşdırılsa, sarsıntı keçirər.
Acınacaqlı olsa da belələri də var və heç də az deyil. Əgər bu hal belə kütləviləşməsəydi, tipikləşməsə idi, şeirə gətirilməzdi ki:

Dostunu vəzifə başında tanı

Cabir Novruz - Vəzifə bu xalqa qənim kəsilib…

Bu millət vəzifə dəlisi imiş, 
Şan-şöhrət "ölüsü", "rütbə" düşkünü.
Vəzifə çoxunun mərəzi imiş, 
Həmi "qara» günü, həmi "xoş" günü… 

Çoxunun "ilk eşqi", "ilk məhəbbəti", 
"İlk əhdi", "ilqarı" imişsən, demə. 
Həmi "səadət", həmi "möhnəti",
Həyat ədalı imişsən, demə.

Müdir stolundan tutur ölüncə, 
Ayrı şey gözündə puçmuş, yalanmış… 
Nə vətən, nə torpaq , bu millət öncə
Vəzifə uğrunda həlak olanmış… 

Hamı uşaqlıqdan keçir bu dərsi,
Tək ona bağlayır arzularını. 
Sən ona rütbə ver, o sənə versin, 
Hətta qeyrətini, namusunu, arını… 

Nə vicdan, nə məslək, nə zəka, əməl 
Tək ona qul olur, rəğbət bəsləyir. 
Sən ona rütbə ver, satsın əlbəəl, 
Bütün uluları, müqəddəsləri… 

Hamı candan keçir vəzifə tutsun, 
Rütbə stolları yamaq-yamaqdır… 
O kütlə gözündə Allahdan üstün, 
İmandan qabaqdır, dindən qabaqdır… 

Cavan da, qoca da sevir tacı-taxt,
Gəda da istəyir şah ola hətta… 
Dava da qurtarar-qurtarmaz heç vaxt, 
Vəzifə davası bu məmləkətdə… 

Dostunu vəzifə başında tanı, 
O açır hamının əsl üzünü… 
Bu yolda çox qırıb insan-insanı, 
Qanlar axıdılır, başlar kəsilir… 

Hamının qarnının ağrısı birdir, 
Vəzifə bu xalqa qənim kəsilib… 
Onunçün yerinə yetirə bilmir, 
Bu millət millətlik vəzifəsini…

Halbuki, vəzifəyə gələn adamın dizləri əsməlidir ki, xalq qarşısında, insanlar qarşısında hesabat verməlidir. Bir vaxt mən Heydər Əliyevin dilindən eşitmişdim. Ümummilli liderimiz deyirdi ki, vəzifə adama xüsusi status vermir, əksinə, xüsusi məsuliyyət verir. Bax, bunun cavabdehliyini daşımaq lazımdır.

Dostunu vəzifə başında tanı

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz