» » "Bir arzum var: yaxşı tapa yaxşını"

"Bir arzum var: yaxşı tapa yaxşını"

"Bir arzum var: yaxşı tapa yaxşını"
"Bir arzum var: yaxşı tapa yaxşını"
Hər kəs öz taleyini yaşayır deyirlər. Amma bəzən çox yaxşıların taleyi uğursuz gətirir. Niyə belədir sizcə?
Yaxşıların bəzən taleyi uğursuz gətirirsə, kaş olmayaydı, amma bunun bir səbəbkarı elə insanın özüdür. Adətən, insanlar yaxşıları tapıb sevməkdənsə, sevdiklərini yaxşı hesab edirlər, Kaş belə olmayaydı: sevdiklərini yaxşı hesab edib kifayətlənməyəydi, həm də onu yaxşı edəydilər…
"Bir arzum var: yaxşı tapa yaxşını"
Fizioloji baxımdan müəyyən olunub ki, 18-20 yaşlarında qız oğlana, eləcə də oğlan qıza daha gözəl görünür. Bu 25 yaşa qədər belə davam edir, amma 25 yaşından keçəndən sonra gənclərə bəyəndirmək çətin olur: oğlan da, qız da özünə ideal axtarır. Daha yaxşısını, daha idealını seçmək kaprizi isə sonda sizin dediyiniz təsadüfə aparıb çıxarır. Deyirlər ki, filənkəsin qızı gözləyib-gözləyib axırda kimi seçdi. Eləcə də filənkəsin oğlu kəndin gül kimi qızlarını qoydub, gedib yad yerdən eləsini bəyənib ki, indi də bilmir nə eləsin. Qadının haqqı var gözəlin, yaraşıqlısın seçsin:yanında gedəndə də, yanında gedildiyində də görən desin cüt bəxtəvər. Amma təkcə görüntü, imkan, dəbdəbəli həyat səadət bəxş edə bilməz, əksinə, digərlərinə nisbətən daha fərqli acı gətirə bilər. Vacib olan mənəvi gözəllikdir. İkisi bir yerdə olsa, lap yaxşı, ikisi olmazsa, daxili gözəlliyi hədəfləmək lazımdır. Əgər özün gözəl görmək istəsən, problemlrin getdikcə qeybə çəkilər. Həyatda da fikir vermisinizsə, eynilə belədir: bir də görürsən insan nəfəsindən, sığalından uzaq yerdə elə gözəl güllər, çiçəklər baş qaldıb ki: özü də bir kolun yanında, qanqalın yanında. Yəni, hər yaxşının, hər gözəlin bir əksliyi olmalıdır.

"Bir arzum var: yaxşı tapa yaxşını" 

"Bir arzum var: yaxşı tapa yaxşını"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz