» » Varlığın açarı: səbir

Varlığın açarı: səbir

Müəllif: Samirə от 3-11-2016, 00:22

Varlığın açarı: səbir

İstər şifahi ədəbiyyatda, ustər sə də yazılı ədəbiyyatda səbir haqqında çoxlu ibrətamiz fikirlər verilmişdir. Təqdim etdiyimi kəlamların mənbələrinə, müəlliflərinə fikir versəniz, aydın olacaq ki, müxtəlif dövrlərdə, müxtəlif dinlərə, dillərə mənsub adamlar olmsın baxmayaraq hamı bu qüdrəti qəbul edir, eyni dərəcədə yüksək qiymətləndirirlər. Təqdim etdiyimiz kəlamlara fikir verin:
"Bədəndə baş nə isə, imanda da səbir eynidir. Başsız bədən olmayacağı kimi, səbirsiz də iman olmaz”( HZ. Əli); "Şükürlə səbir bir minik heyvanı olsaydılar, hansına daha əvvəl minmcəyimi seçə bilməzdim( HZ. Ömər); "Səbir gözəldir, yoxsulda olsa, daha gözəl olar ”( Hədisi- Şərif); "Səbir, heç üzünü turşutmadan ağrını qurtum- qurtum içinə çəkməkdir ”(Cüneyt Bağdadi); "Səbir, qurtuluşun açarıdır "(Mövlana); "Səbir acıdır, amma şirin meyvəsi var”(Sədi); "Hər güc səbirvə zaman birləşdirilərək təmin olunur”( Balzak); "Səbir və zaman - budur, mənim qalib əsgərlərim”( Lev Tolstoy); "Səbir və zamandan qüvvətli bir şey yoxdur. Hər şeyi bunlar mümkün edər”(Leo Tolstoy) və s.
İnsanlar bu həyat həqiqətini təsvir və tərənnüm olaraq yazıya almamışlar. Bunlar həyat dərsliyi idi. İnsanlar bu doğrunu yaşayıb, görüb gəldikləri qənaət idi.
Dünya səbrin ətrafında daha etibarlı, daha gözəldir . Üz səbrin sayəsində daha şəffaflaşır. Səbri özünə bələdçi, nümunə qəbul edənlər sonda səadətin şirinliyinə nail olmuşlar.
Səbir varlığın, qurtuluşun açarı. Qələbənin, iqbalın gur sədasıdır. Acizin, məzlumun yeməyidir. O halda, indi sən də səbir et. Həm də gözəl bir səbirlə səbr et. Çünki "Allah səbir edənlərlədir". Bu həqiqəti qəbul edənlərdən bir kimsə də sən ol. Səbir et ki, gecəyə baxıb, gündüzün qiymətini biləsən. Səbir et ki, tikanı görsən də, gülün sirrinə çatmış olasan. Nə vəziyyətdə, harada, nə vaxt olursa- olsun, səbir et.
Səbir, yetkin kəslərin, ali yaradılışı olan istiqamətidir. Bütün məqsədlərinə bu güclü üstünlük sayəsində çatdıqları bir işdir. Ancaq səbir açarı ilə zəhmətin, əziyyətin məhrumiyyətlərindən azad olmaq olar. Lakin məqsədə səbirlə çatılır, tələsik deyil. Qatlanman, Təkidin, israrın, sonda da qələbən ancaq səbirlə mümkündür. Səbri əldən buraxsan, istədiyinə çətin ki, nail olsan. O zaman səbir et: düşünətrəkdən, ağılla səbir et. Səbir etməyi bacarsan, öyrənsən, gözlədiyinin qapına gəldiyini də görəcəksən.

Varlığın açarı: səbir

Yalnız Haqqın gətirdiklərinə təslim ol. Özünü rəhmana burax ki, dözün, müqavimətin, səbrin artsın. Rəbbin üçün səbir et, onun rizasına çatmaq üçün səbir et. Allahın vədi o qədər yaxın, o qədər sonsuzdur. Səbri özünə həmdəm eləyənlər üçün bu bu şəfaətə çatmaq mümkündür. İnsan varlıq qapısını səbir açarı açdığı vaxt bu mükafata layiq görülür.
Səbir edən bir bədən, səbir göstərən bir haləti -ruhiyyə hər cəhətdən yaxşı bir dərəcəyə gəlir. Bu hal içində olanlar, əlbəttə, məqsədlərin ən gözəlinə qovuşmuşlar.
"Vəl--əsr" surəsinə sığınmışlar bu surətdə səbrin hikmətini, fəzilətini dərk etmişlər. Heç şübhəsiz, bu ayədə həm də səbrli olmağa bir dəvət var.
Səbri işləməyi, danışmağı göstərmək üçün böyük bir dəlil ortaya çıxmışdır. Bu surənin müqəddəsliyinə inananlar bu surənin mənasına varanlar, səbri daha asan tapıb, səbrin ən gözəlinə sarılmışlar.
Mövlanə sözün ən gözəlini deyir ki "Allah yüzlərlə kimya yaradı. Amma insan səbir kimi bir kimya görmədi". Bu misraların dilə getirilişi səbir həqiqətini ortaya qoymaq üçün təsirli bir izahdır. Mövlanənin hikmətlərinə dərindən yiyələndikcə, səbrin daha zəruriliyini, onun ıhımiyyətini daha dərindən dərk etmiş olarıq. Elə isə, könlüm, səbir et. Allahdan gələn qəhr da xoş, lütf də. Səbrin bu qədər əhəmiyyətli olması dünyanı, özünü dərk etməkdir.
Üzülmə, Allah itirdiklərinin hamısını sənə əta edəcəyinə lütf edir. Allah hər cəhətdən bizə səbri əldən buraxmamağı nəsib etsin. Onun yolunda səbirli olub, böyük səbir , iradə nümayiş etdirmək mütləq surətdə çox önəmli bir xətdir.
Səbr etdiyinizə görə sizə salamın ən mükəmməli, ən qiymətlisi olsun. Rəbbim sizi, bizi səbir edənlərdən etsin.

Varlığın açarı: səbir 

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz