» » Məktəb və müəllimin nüfuzu və ya kütləvi informasiya vasitələrində məktəblə bağlı yazılar haqqında bir neçə söz

Məktəb və müəllimin nüfuzu və ya kütləvi informasiya vasitələrində məktəblə bağlı yazılar haqqında bir neçə söz

 

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Son günlər müxtəlif informasiya vasitələrində Şamaxı rayonunda baş vermiş hadisə ilə bağlı məlumatları mən də oxudum, diqqətlə izlədim. Çox çalışdım ki, müzakirələrə qoşulmayım, amma bacarmadım. Biz, axı deyəsən, demokratik azadlıqlarda bəzən, ifrata varırıq, nəticə olaraq sonda isə əldə etdiklərimizdənsə, əldən buraxdıqlarımız üçün yanıb-yaxılırıq. Məktəbli ikən "Azərbaycan pioneri” qəzetində ara-sıra yazılarımız dərc edilərdi. Dərc edilməyəndə də hər dəfə cavab məktubu gələrdi: fərqli idi, xüsusi blanklarda (antet)yazılırdı. Tövsiyələrini verirdilər.
Redaksiyanın üzərində rəngli rekvzitləri, loqoları olan və adi zərflərdən bir qədər böyük zərfi Sultan Süleyman Qanuninin Füzuliyə ayda 9 ağça təqaüd təyin edilməsi haqqında verdiyi barat kimi çox müqəddəs bilrdik . 5-10 qəzet-jurnal, bir dənə də televiziya vardı. Qəzetlərdən, televiziyadan bəzilərini tanıyırdıq və yaşa dolduqca bu tanışlıq bir qədər də dolğunlaşmışdı. Əgər desə idilər ki, "Kommunist” in, "Kirpi”nin hansısa bir muxbiri rayona gəlir , bütün rayon huşyar olmağa dəvət edilirdi. İndi hər hansı bir rayona o qədər "jurnalist” gedib-gəlir ki, heç kimsənin xəbəri olmur, bilsələr belə, fərqində olmurlar.
Çünki dünyada olan hər nə var, qədərindən çox olduqda, yəni "Orta hədd”i keçdikdə özünə qarşı çevrilir. Görünür, demokratik azadlıqlar insanlar üçün bir az artıq oldu: çox sui-istifadə edirik dövlətin maliyyəsi ilə yaradılan informasiya texnologiyalarının üstünlüklərindən.
Hər şeydən əvvəl, Şamaxı rayonu qədim tarixə və zəngin mədəniyyətə malik ərazilərimizdən biridir. Burada olan hadisə tək şamaxılıların utanc yeri deyil, hamımızın utanc yeridir. Yəni, biz bunu ancaq bir kəndlə lokallaşdırsaq, əslində, "mənə nə var ki” prisipi ilə qüsurumuzu gizlətməyə çalışmış olarıq. Odur ki, belə hadisələrə xəbər sərlövhəsi seçərkən bir qədər də diqqətli və həssas olmaq lazımdır.
Bu mövzuda xəbər , veriliş hazırlayan qələm sahibindən tələb olunurdu ki, həmin utanc hadisəni ictimailşdirəndə daha çox hadisənin məkanını deyil, mahiyyətini , bir azyaşlının, ümumilikdə, pedaqoji mühitin, cəmiyyətin mənafeyinə toxynmamış olaydı. Təəssüf ki, bir çox dostlarımız bunu edə bilməyiblər. Özü də bütün bunlar Böyük Sabirin məmləkətində baş verib . "Günü parlaq, günüzü ağ, gecəni tar; pisi pis, əyrini əyri, düzü həmvar yazmayanlar” bu yazıdan sonra yəqin ki, sağdan-soldan üstümə hücuma keçəcəklər .

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Gərək qələm adamları M.Ə.Sabirin yurduna Xlestakov kimi varid olmayalar, ayaqlarını bu torpağa çox asta basalar və: ancaq "gördüklərini, eşitdiklərini, bildiklərini... yaxşı-yamanı olduğu kimi qələmə alalar, oxuculara bu şəkildə çatdıralar”. Gərək unutmayaydılar ki, haqqında danışılan məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb hüquqi qiymət verilməyincə mətbuat səhifələrində bu şəkildə hallana bilməz.
Amma kim necə eşitdi, kim necə yaza bildi, yazıq qızcığazın müsibətini elə öz arşını ilə də ölçüb qələmə aldılar. Modelləri, "ulduzları” , gözəllik müsabiqəsinin qaliblərini dünyadolusu təriflədilər, bütün təfərrüat və təfsilatı ilə təqdir etdilər, amma xəbis niyyətlərin, murdar baxışların ovuna çevrilmiş bu qızcığazı hamı pis gördü, pis qəbul etdi. Niyə, nə üçün? Bu qız çamurluğa atılmış bir çiçək. Onu xilas etməkdənsə, üstünə ağır bir "yarlıq” atıb əbədilik yox etmək nədən?
Belə yazılar daha əvvəllərdə də olmuşdur. Fəqət, 2007-ci ildə Şabran rayonunun Dağ Brizi kəndində, 2011-ci ildə Neftçalada, 2013 –cü ildə Zərdab rayonunda, 2014-cü ildə Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə, 2015-ci ildə Ağdaş rayonun Maşad qəsəbəsində,
2015-ci ildə Xırdalan şəhərində, yenə 2015-ci ildə Lənkəranda və s. yerlərdə baş vermiş bu kimi neçə-neçə belə hadisədə laqeydliyin, biganəliyin kirli üzünü göz yaşlarımızla yuya bilmədik, silə bilmədik.
Biz kütləvi informasiya vasitələrini hər gün izləyirik. Belə anomaliyalar dünyanın bütün ölkələrində, bütün xalqlarında var, özü də narahatlıq doğuracaq qədər çox. Buna görə təsəlli tapmaq olmaz. Namus, bakirəlik məsələləri Azərbaycan mühiti və əxlaqı üçün o qədər vacib məsələ ki, 2-3 hadisə belə, cəmiyyəti yerindən oynadır.
Mənəvi aşınmalar bu xalqın südündə, qanında yoxdur. Əgər bu gün hardasa belə hadisələr baş verirsə, bunlar artıq sonradan qazanılmadır: bir az akselrasiaya təzahürüdür, bir az həyat tərzinin , əxlaq və davranış normalarının deqradasiyasıdır, bir az Qərbin təsirləridir, bir az intenetin təsiridir və s.
Bu, həyatdır, həyatın öz təbii axarından/ nizamından kənarda baş verə bilənlər də var. Əsas məsələ bizim onu necə görüb qəbul etməyimiz və ən əsası da necə addım atmağımızdır.

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Pirbəhli kəndində bir sadə, kasıb həmvətənimizin şərəfinə toxunulub. Bu mövzuda müxtəlif saytlarda gedən yazılardan birində belə bir məqam var: təcavüzə məruz qalmış qızın atası ondan intervyu alan KİV əməkdaşına deyir : "İnsanın namusuna toxunulmaq bilirsiniz də nə deməkdir?”
Heç mən də bilmirəm. Bu ifadənin doğurduğu assosiasiya başqa, amma min bir əziyyətlə böyüdüb ürəyində arzular, xəyallar qurduğın qızına təcavüz edib, sonra da gətirib üstünə atalar, çiyinlərin bu yükə tab gətirə bilməyə, bax, onda bilərsən namusuna toxunulmaq nə deməkdir.
Mən bu yazını yazmaq üçün indiyə kimi eşitdiyim, oxuduğum təcavüz hadisələrini geoglenun axtarış xidməti vasitəsi ilə yenidən aradım, bir daha oxudum.
Bu hisləri, müsibətə tuş gəlmiş ailələrin intervyulərini, danışıqlarını izləmək özü adamı üzür. Bu hadisələr müxtəlif zaman aralığında baş verir deyə, üstündən çox keçmədən unudulub gedir, amma son 3-5 ilin hadisələrini cəm edib bir yerdə nəzər salanda soyuqqanlı olmaq, üstündən laqeyd ötüb keçmək olmur.
Onlar mütləq ümumiləşdirilməlidir: daha çox hansı yaşlarda olur, daha çox hansı bölgələrdə olur, hansı kateqoriya ailələrdə olur və s amillər çiddi araşdırmalara cəlb olunmalıdır. Güzgünü sındırmaq yox, üzlərdəki ləkələrin müalicə və profilaktikasını təqib etmək lazımdır.
"Məktəbdə daha bir rüsvayçılıq: Şamaxıda müəllim azyaşlı şagirdini zorlayıb və hamilə buraxıb”, "Şamaxıda müəllim 15 yaşlı şagirdini hamilə qoydu”, "Şamaxıda şagirdini zorlayıb hamilə edən müəllim tutuldu.
”, "Şamaxıda şagirdini hamilə qoyduğu bildirilən müəllimin atası: "Oğlumu boşandırmağa hazıram”
”, "Məktəbdə daha bir rüsvayçılıq: Şamaxıda müəllim azyaşlı şagirdini zorlayıb və hamilə buraxıb”, "
Müəllimlə şagirdin Şamaxı macərası”

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

və daha neçə bu səpkili sərlövhədən sonra yazını oxumağa da dəyməz, çünki artıq hər şey məlumdur. Çünki sərlövhələrin özü düz seşilməyib, fikir doğru ifadə edilməyib.Başlıq o zaman mükəmməl olur ki, o, xəbərin mövzusu və janrı ilə üst-üstə düşüb oxucunu eyni ahəngdə məlumatlandıra bilir. Yuxarıdakı sərlövhələrə fikir verin, eynilik və ştamp başılıqlar olduğunu necə inkar edəcəksiniz? Elə bil ki, bir yazılmış xəbər eyni ampulada söz sırası dəyişilməklə yenidən digər informasiya vasitəsində dərc edilib.

"Şamaxıda müəllim azyaşlı şagirdini zorlayıb və hamilə buraxıb” və ya "Şamaxıda şagirdini zorlayıb hamilə edən müəllim tutuldu.” Şagird azyaşlı olmamalı idimi ki? "Hamilə buraxmaq” nə demək, yoxsa nə etməli idi ki və s.
Bunlar sərlövhələrdəki dil-üslub xətalarıdır.
Şagirdini zorlamaq, azyaşlı şagirdi hamilə buraxmaq – bu münasibət utanc olmaqla yanaşı, həm də "dağıdıcı təsirə” də malikdir. Fiziki təsirə məruz qalmış azyaşlı məktəbli indi də mənəvi zorakılığa məruz qoyulur? Eləcə də ailəni bir kənd səviyyəsindən respublika səviyyəsinədək utanc vəziyyətə qoymaq, aciz qaldığını bir az da acizləşdirmək nə qədər ədalətlidir?
Belə düşünürəm ki, bu xəbərləri hazırlayanların böyük əksəriyyəti jurnalistika sahəsinin adamı deyillər.
Bir qədər məsuliyyət hiss etmək lazımdır. Hansısa bir mətn , lap bundan da çox yazsan, hələ publisistika nümunəsi deyil. Sən bu mövzuya niyə müraciət etdin, mövzunu dolğun əhatə etmək üçün hansı məlumatlara maliksən, faktları hardan götürmüsən, dəqiqliyinə əminsənmi, başına qəza gəlmiş bir ata ilə, fərqi yoxdur, kimləsə həmsöhbət olmağa, müsahibə almağa lazım olan incəliklərə maliksənmi və s.
Ən vacibi də sən ictimailəşdirdiyin xəbəri , məlumatı cəmiyyətə çatdırmaqla qarşına nə məqsəd qoymuşdun, buna nail ola bidinmi?
Müxtəlif saytlarda məlum hadisədə haqqında danışılan qızla, onun atası ilə söhbəti izlədikcə sualların məzmunundan hiss olunur ki, düşünülmədən, ölçülüb-biçilmədən gözəyarı verilən suallardır. Ekstremal şəraitlərdə fikirləşməyə, sual tərtib etməyə imkan olmur. Amma peşəkar jurnalistlərimiz var ki, bu, onlar üçün problem deyil, onlar hər cürə situasiyalarda necə hərəkət etməyi, necə danışmağı qədərincə bilirlər.
Məsələn , hələ etdiklərini anlamadığından çamurluğa sürüklənən, taleyi uşaqkən şaxtaya- çovğuna tuş gələn bir azyaşlı qızla bu mövzuda müsahibə aparmaq , özü də indi tədim edəcəyim şəkildə, doğru sayıla bilməz:
- Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı?
- İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu?
- Onun evindəmi, məktəbdəmi?
- Nə şəkillər idi?
- Həmin fotolarda bədənin açıq şəkildə görünürdü?

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Bu qızın 15 yaş var: yetkinlik yaşına çatmayan şəxs hesab olunur. Belə şəxslər şahid və ya zəzrərçəkmiş qismində yalnız hüquqi nümayəndələrinin iştirakı ilə sorğuya cəlb edilirlər. Üstəlik onun qadın cinsinə mənsub olduğunu , uşaq olduğunu, ciddi fiziki və mənəvi zərbə aldığını da hökmən nəzərə almaq lazım idi.
Bu müsahibə xəbər formatında deyil. Xəbərlər , adətən, operativ məlumatları cəmiyyətə çatdırmaq statusunda olur. Artıq hadisələrə baş vurursansa, təqdim edəcəyin hadisə ilə bu və ya digər dərəcədə bağlı olan adamların münasibətini öyrənirsənsə, sənin yazın artıq olub-keçənlərin təhlilinə, məsələlərin səbəb və nəticələrinin dərk və təyin edilməsinə kömək etməlidir. Bu mövzuda yayılan məlum yazıların əksəriyyətində bunu görmək olmur.
Digər tərəfdən, əksər yazırlarda müxtəlif məlumatlar və bir-birinə zidd fikirlər təqdim edilmişdir. Hər halda jurnalist təqdim edəcəyi məlumatın doğruluğuna tam əmin olmalı, haqqında yazacağı hadisəni, onun kiçik detallarını belə dəqiqləşdirməlidir. Bunu müəyyən etməyin bir asan yolu da həmin mövzuda digər yazılara baxmaqla da mümkün idi. Pirbəhli məktəbi haqqında digər xəbərlərdə isə üst-üstə düşməyən bir çox məqamlar var. Məsələn:
1. Yazıların bəzilərində adı şəkilən məktəb Şamaxı rayonundakı Pirbəhli kənd məktəbi , bəzilərində Pirbəhli kənd orta məktəbi , bəzilərində isə Pirbəhli kənd ümumi orta məktəbi şəklində göstərilir.
2. Xəbərlərin bir çoxunda E.İbrahimovun tarix müəllimi işlədiyi gösərilir. Bəzi xəbərlərdə isə onun Şamaxı da kollec bitirdiyi qeyd olunur. Bəzisində isə hətta kollecdə tarix müəllimi işləfiyi göstərilib.Amma heç kim maraqlanmayıb ki, ali təhsili olmyan ixtisas fənlərini tədris edə bilməz.
3. Bəzi yazılarda və yaxud şagirdin öz cavabında müəllimin ona 2 il tarix dərsi dediyi göstərilir. Amma direktorun bir müsahibəsi var, deyir ki, guya Elnur İbrahimov ona heç dərs deməyib.
4. Xəbərlərin bir neçəsində qeyd olunur ki: " ....Pirbəhli kənd ümumi orta məktəbin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib.
"Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilib. ”
5. Müəllimlər ordusunda qadın müəllimlər hər zaman üstünlük təşkil edib. Bu gün də belədir: oğlanlar müəllimlik ixtisasına üz tutan oğlanlar azdır, o ki qala orta təhsilli pedaqoji ixtisas seçələr. Bu fəhmdə Elnur müəllimin pedaqoji ixtisas seşməsi , özü də orta ixtisas səviyyəsiundə maraqlı görünür. Maraqlanmağa dəyər.

6. Məktəbin direktoru Pənah Bəşirov bir müsahibəsində deyir:
".... mart ayının 28-dən etibarən E.İbrahimovun məktəbdəki işinə xitam verilib...
Əksər yazılarda bildirilir ki, E.İbrahimov 2016 aprelin 1-dən guya üzürsüz olaraq işə gəlməyib, bu səbəbdən may aının 3-dən (hadisələr ictimailşəndən, Bakıya çatandan sonra) onun müqaviləsinə xitam verilib. (Bax: http://www.aznews.az/index.php?c=news&id=109260)
”.
Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz
7. Haqqında söbət gedən məqalədə direktor P.Bəşirov bildirib ki, E.İbrahimov həmin şagirdə dərs deməyib.
Amma təhsil rəsmisindən aldığımız məlumaga əsasən ucqar kənd olduğuna görə oraya müəllim işləməyə getmirlər. Direktor da ehtiyac üzündən məcbur qalıb dərsi ona həvalə edib. 
Mən  Şamaxı Rayon Təhsil Şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Anar Osmanovla bir neçə dəfə əlaqə saxladım, müəyən dəqiqləşmələr apardım:
Haqqında söhbət gedən müəllim Elnur Həsənağa oğlu İbrahimov
1988-ci ildə doğulub. 2009-cu ildə Şamaxı Mədəni-Maarif Texnikomunu (indi Humanitar kollec) bitirib. İxtisasca ibtidai sinif müəllimidir. Pirbəhli məktəbində isə 2012-dən işləyib.
Yazıda adı çəkilən qıza tarix fənnini tədris edib(?).Adı çəkilən qız məktəbi 2015-ci ildə bitirib.
Hər il vakansiya verilməsinə baxmayaraq, ucqar kənd olduğu üçün ixtisaslı kadr işəməkdən imtina etmiş,direktor müəllim olmadığı üçün məcburən həmin dərsləri tədris etməkdən ötrü E.İbrahimova həvalə etmişdir.
Elnur İbrahimovun işdən azad olunması bu hadisənin sübut olunması kimi qəbul edilməməlidir, müəllim uzun müddət dərsə gəlmədiyinə və əmək intizamını pozduğuna görə onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Əlbəttə ki, məsələnin hüquqi qiymətini vermək hüquq-mühafizə orqanlarının işidir və əmələ uyğun cəza tövsif etmək də onların işidir. Biz , sadəcə,öz vətəndaş mövqeyimizi ortaya qoyduq.
Əgər Elnur İbrahimovun bu hərəkəti hüquq-mühafizə orqanları tərəfindən təsdiq olunarsa, onun direktorun dediyi kimi məktəbdən kənarda törətməsi üzürlu hal sayıla bilməz. müəllifini unutduğum bir sitatı xatırladım: "Müəllim özünü hər zaman dörd tərəfi şüşəbənd olan otaqda oturmuş kimi hiss etməlidir, onu hər yerdən görürlər” bu baxımdam direktorun fikirlərini qəbul etmək olmaz.
Şagird özü müsahibələrində ifadə edib ki, müəllim niyyətlərini mən sinifdə tək olanda gəlib deyirdi.
Bu da gözdən-könüldən uzaq olan ucqar bir kənd məktəbində pedaqoji prosesin vəziyyətindən xəbər verir.
Qaldı ki, Elnur İbrahimovun həmin sinifdə dərs deməsini , nə vaxta kimi sinfə daxil olmasını müəyyən etmək hüquq –mühafizə orqanları mümkün deyil. Sözsüz ki, əmək haqqı alıb, jurnalda mövzuları yazıb, qiymət yazıb və s. Hələ şagirdə deyirmiş ki, qiymətlərini düzəltdirəcəyəm. Olsun ki, digər fənlər üzrə səhifələrə də İbrahimov qeyri-qanuni olaraq müdaxilə edib. Nəhayət, kənd camaatı və şagirdlər onun həmin sinifdə dərs deyib-demədiyini və nə vaxta kimi məktəbə davam etdiyini gözəl bilirlər.
Elə isə məktəb direktoru Elnur İbrahimovun həmin şagirdə dərs deməsini gizli saxlaya biməz.
Hüquq –mühafizə orqanları bunların hamısını araşdırıb dəyərləndirəcək..
 

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Yazımın sonunda 2 məsələyə münasibətimi də ifadə etmək istəyirəm.
20-25 ilə qədər mən mətbuatda, ekran və yaxud efirdə , 1-2 istisna halını nəzərə almasaq, məktəb və müəllim haqqında indiki kimi yanlış və laqeyd münasibət görməmişəm. Qəzetdə, ekranda məktəbi, müəllimi qınağa hədəf etmək dünyasında ola bilməzdi. Xatırlayıram, bizim orta məktəbdə oxuduğumuz illərdə hərdən məktəbə cavan bir leytenant gələrdi. Sonralar biləcəkdik ki, o , rayon daxili işlər şöbəsində uşaq və yeniyetmələrlə iş müfəttişliyinin nümayəndəsidir : o vaxt milis idarələrində "uşaq milisi” var idi, elə indi də var. Onalar profilaktika məqsədi ilə hərdən məktəblərə gələrdilər, vəssalam. Məkəbə sahə müvəkkili, "uqolovniklər” gəldi nədi, məktəbə xüsusi sirena siqnalı verə-verə milis maşını gəldi nədi, müəllimi milisə apardılar nədi...? Bunların heç biri ola bilməzdi. Əgər məsələ ciddi deyilsə (ölüm, qəsd və s.), məktəbin/müəllimin nüfuzunu gözləyərdilər. əvvəlcə məktəb , maarif şöbəsi hadisə, problem barəsində məşğul olardı.Əgər ciddi hüquq pozuntuzu olardısa, onda hüquqi qiymət verilməsi zərurəti yaranardı. Yoxsa, müəllimi aparıb 3 gün milis idarəsində saxlayıb buraxmazdılar, o da dördüncü gün gəlib fəaliyyətini davam etdirsin. Məktəbin nüfuzu qorunardı ki, cəmiyyət məktəbə, müəllimə hörmət etsin: inam itməsin, nizam-intizam, tərbiyə məsələləri hörmətsiz edilməsin.
Amma dövrümüzdə belə deyi. İnformasiya bolluğu, məlumat əldə etmək imkanları yaratmaq o demək deyil ki, kim necə istəyir elə də yazsın. Sənin jurnalist ixtisasın yox, müəllim ixtisasın yox, pedaqoji sahə kimi həssas bir sahədən yazırsan. Elə məsələlər var ki, hüquqi qiymət verilməyincə, kimsə haqqında əks fikirlər söyləmək olmaz: istər hadisəni törətməkdə şübhəli bilinən şəxs olsun, istərsə də zərər çəkmiş şəxs. Əgər biz bütövlükdə məktəbin, müəllimin simasında cəmiyyətə xidmət ediriksə, yazı asıb-kəsməli deyil, islah etməli, maarifdləndirməlidir.
Müxtəlif saytları izləyin: müəllimlik peşəsini ayaqlar altına atan, müəllimi gözdən salan nə qədər yazılar verilib. Axı bu cür yazılar cəmiyyətdə, ictimai fikirdə çox mənfi rezonans yaradır.
Mən arzu edərdim ki, Təhsil Naziri Mətbuat Şurası və Milli Televiya və Radio Şurası ilə birlikdə məktəb həyatının kütləvi informasiya vasitələrində işıqlandırılması məsələləri ilə bağlı çiddi müzakirələr aparıb qərarlar qəbul etsinlər. Kütləvi informasiya vasitələrində məktəb və müəllimlə bağlı yayımlanmasına icazə verilən mövzular müəyyən edilsin. Şəxsən, mən öz fikrimi deyirəm, mən məktəblə bağlı hər yazının mətbuat səhifəsinə gətirilməsinin əleyhinəyəm.Mən polisin məktəbə gəlməsini arzu etməzdim.
Bu cür ciddi mövzlarla bağlı münasibət bildirən təhsil təmsilçiləri də, jurnalistlər də verdikləri yazıya, məlumata, sadəcə, informasiya kimi baxmasınlar. Sözün, fikrin yaradacağı təəssürata, təsirə məsuliyyət hiss etsinlər. Məktəb, müəllim cəmiyyətə hər zaman lazımdır və hər zaman da bugünkündən artıq lazım olacaq.
Müəllim şagirdini və yaxud şagird müəllimini sevə bilərmi, evlənə bilərmi?
Sevgi-hörmətin olmayan yerdə güllər də çiçək açmır, nəinki təlim-tərbiyə prosesində böyük sevgisiz, ehtiram olmadan kamil şəxsiyyət yetişdirmək mümkün olsun. Amma bu eşq sevgisi olmamalıdır. Münasibət ən yüksək ehtiram səviyyəsinə gəlib yetişərsə belə, müəllim sərhəd qoymağı, bir məsafə gözləməyi bacarmalıdır.
Müəllimin şagirdinə qarşı olan davranış və yanaşmaları bu məsafəyə qədər elə ölçülüb-biçilməlidir ki, hətta kənardan baxanlar üçün şübhə yeri qoymamalı, şübhə yaratmamalııdr. 

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Təəssüf ki, son aylarda yaşanan hadisələr, kütləvi informasiya vasitələrində yazılan bir-birini təkzib edən məlumatlar insanlarda mənfi təsir oyatmaqla yanaşı, ümumi əxlaqımıza islah edilməsi mümkün olmayan zərərlər gətirməkdədir. Digər tərəfdən , bu gün məktəbin, müəllimin nüfuzu getdikcə aşağı düşməkdədir. Bu çür hadisələri hər kim öz bildiyi kimi şərh edəndə bundan cəmiyyət nə qazanır, insanlar nə qazanır?
Azadlıq və demokratiya haqlarını əllərində, dillərində dəstəvuz edib deyəcəklər ki, sevgi insanların azad seçim hüququdur, kimsə onu bundan məhrum edə bilməz, məhdudlaşdıra bilməz. Kim bunu edir ki.. Bir qız bir oğlanındır, Allah hər kəsimizi də sevdiyi parasına qovuşdursun. Amma sevgi/ailə də bir əxlaq qaydasıdır və bu qaydaları cəmiyyət müəyyən edir: yaxşısını davam edib yaşadır, eybəcərini geridə buraxır. Hər kəs bu normalara əməl etməyə borcludur. Xalq, el gözü dünyada nə yaxşya pis deməz, nə də pisə yaxşı.
İkinci məsələ isə müəllimlik ixtisası ilə bağlıdır.
Hər birimizin taleyindən neçə Müəllim keçib. Bizi uzaq əsrlərə aparacaq övladlarımızın, nəvə-nəticələrimizin də taleyində onların əməyinə ehtiyacımız olacaq. İnsanlar bunu hər zaman belə düşünüb, belə qəbul edib və bu gün də belədir.
Müəllim cəmiyyət tərəfindən ona verilən bu nüfuzu özü qazanıb. Onu özü də qorumalıdıır.
Müəllim peyğəmbərlik sənətidir. Bu sənətə pərvanələr gəlməlidir, nəinki ixtisas seçimində balı ürəyi istədiyi ixtisasa yetməzsə, 1-2 yer də pedaqoji ixtisası seçənlər. Odur ki, pedaqoji ixtisasları seçənlər məktəbdən xasiyyətnamə-zəmanət təqdim etməli və əminlik yaratmalııdırlar ki, məktəbin pedaqoji kollektivi bu şagirdi gələcəkdə müəllim kimi görürlər. Müəllim işləmək arzusu olanlar digər ixtisasları seçə bilməzlər və s.
Mənə belə gəlir kİ, Respublika Təhsil Şurası var, təhsil sahəsində haqqı, əməyi və nüfuzu olan böyük müəllimlər var, onlar belə məsələlərə laqeyd qalmamalıdır. İçtimaiyyət üçün belə məsələlərin geniş müzakirəsini təşkil etməlidirlər.

Məktəb və müəllimin  nüfuzu və ya  kütləvi informasiya vasitələrində   məktəblə bağlı yazılar  haqqında  bir neçə söz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz