Duzun çox olması, həqiqətən, sevgidən xəbər verir))))
Müəllif: Akif Əhmədov от 31-10-2016, 13:13
İnsanın yaşaması üçün bir zəmanət də onun qidalanmasıdır. Mütəxəssislərin fikrincə, İnsan orqanizminin sağlamlığındn asılı olaraq ən çoxu 1-2 həftə ac qala bilər, susuz isə 3-4 gündən artıq davam gətirə bilməz. Çünki insan bədəninin 55-75%-i sudan ibarətdir və o, hər gün tərləmə, nəfəsalma, həmçinin digər fəaliyyətləri ilə 2-3 litr su sərf edir. İnsan qida qəbul edərkən bir çox qida məhsullarından istifadə edir: duz, şəkər, yağ, ət və ət məhsulları, ağartı məhsulları, tərəvəz, göyərti, ədviyyat və sair. Bunların hər birinin qidalanmada öz yeri, öz əhəmiyyəti var: yeməyimizi daha kalorili edir, iştaha gətirir, doyumluluqla yanaşı, sağlamlığımıza dəstək olur və sair. Əvvəldə çörək və su haqqında fikir bildirdik. İstər yemək hazırlayarkən, istərsə də çərəz kimi istifadə etdiyimiz digər qatqı vasitələrinə də toxunduq. Duz, yağ, şəkər isə bu qidaların sırasında daha diqqətli olmamızı tələb edir. Bunların az olması, heç olmaması və ya çox olması insan sağlamlığı üçün fəsad törədə bilər. Təqdim edəcəyimiz yazıda isə duz haqqında bəhs edəcəyik.
Duz yeməklərimizin başında gəlir. Duzu əbəs yerə dad ölçüsü kimi qəbul etmirlər. Yemək duzlu alınanda yumorvari bir ovqatda şən-şux və məhəbbətli bir sülh yaradıblar ki, duzu çox tökübsə, demək, səni çox sevir. Nə olar,nqoy olsun. Əslində, həqiqətdə də belədir. Duz bütün dad hissiyatını nizamlayan, hifz edən bir nemətdir. Xalq yaradıcılığında, istər bizim, istərsə də dünya xalqlarının mifologiyasında, eləcə də yazılı ədəbiyyatında sadiqlik və dostluq "duz çörək-düz çörək"kimi bir həyat etalonuna çevrilir. Çünki duz heç bir dəyişikliyə uğramır, hansı formaya düşsə də, sadiqdir: mahiyyətini, məzmununu olduğu kimi saxlayır.
Həyatımız, süfrəmiz, sevgimiz duzsuz olmasın, amma təzə gəlin köçəcək qızlarımız, gənc qadınlar duzdan istifadə qaydalarını, yeməyə duz qatmağı, həyata "duz qatmağı” tamam-kamal öyrənsinlər.
Xroniki böyrək iltihabı olan adamlarda duzun yüksək təzyiq əmələ gətirdiyi tibbi rəydir.
Çünki iltihablı böyrək sodyumlu birləşmələri süzə bilmir. Qanda maye nisbəti artır. Yəni, natrium (Na) və karbon turşusu (HCO3) birləşərək natrium hidrogen karbonat (NaHCO3) meydana gəlir və bu qarışıq ifrazat yolu ilə xaric edilə bilmir.
Nəticədə, yüksək təzyiqə səbəb olur.
Duzun faydaları
Yeməkdən sonra qəbul edilən duz da, ağıza bol miqdarda gələn ptiyalin ilə dişlərə yapışmış olan karbon-hidratların həll edib əridir və diş çürümələrinə önləyir. Ayrıca ağızda antiseptik xüsusiyyəti göstərir.
Bir qram duz suda həll edilincə 0,6 qram xlor ion ilə 0,4 qram natrium ion ortaya çıxır. Bu elementlər qan, linfa, hüceyrələr, toxumalar, sümük, qığırdaq və şüalara lazımdır. Xlor ayrıca mədə turşusu üçün lazımlıdır.
Natrium- ion ayrıca hüceyrələrə bəsləyici maddənin (vitamin, mineral, ferment, amin turşusu və qlükoza kimi) girişi və hüceyrələrdəki artıq maddələrin çıxışında əhəmiyyəti vardır. Ayrıca sinir və əzələlərlə bu barədə xəbərdarlıq edir.
Xlor ionunun çatışmazlığı qanın pH-dəyərinin turşuluğunun artmasına, bu da asidoza (böyrəklərdən sərbəst atılmayan orqanik və ya qeyri-üzvi turşuların nisbətən çoxluğuna deyilir. Bədəndən çox əsas itirilməsinə bağlı olan xəstəlikləri ifadə etmək üçün metabolik asidoz termini istifadə edilir. ) səbəb olur. Asidoz isə böyrək zəifliyi, ağciyər iltihablanması, həddindən artıq qusma və ishal səbəb olur. Məlumdur ki, şəhərlərin su şəbəkəsinə xlor qoşulur. Çünki xlor mikrobları öldürür. Xlor eyni şəkildə bağırsaqlardakı zərərli bakteriyalara və bunların çıxardığı zəhərli qaz və zəhərli spirtləri zərərsiz hala gətirər. Ayrıca bədənin toksinlerinin atılmasında köməkçi olur.
Bədəndəki duz azlığı yaşlılarda müvazinət, qavrama və yaddaş zəifliyinə; uşaqlarda isə inkişaf anormallığına , yorğunluğa, baş ağrısına, zehni korafəhmliliyə, nəfəs darlığına, dəri xəstəliklərinə və erkən yaşlarda yüksək təzyiqə səbəb olduğu müəyyən edilmişdir.
Yaponların sağlam və uzun ömürlü olmalsı duzdan çox istifadələri ilə əlaqələndirilir. Deməli, yeməklərin duzlu olması, həm də sevginin artmasını da xəbər verə bilirmiş)).
İnsan bədənindəki duz nisbəti, dənizlərin duz nisbətinə bərabərdir. Bu nisbət: 3.5 % dir.
Peyğəmbər Əfəndimizin (s.ə.s.) ifadəsi ilə desək, duz gözəl və şəfalı bir qatqıdır.
Amma ölçülü olmaq şərti ilə ...
Bəli, duz həyat vasitələrindən, həm də ən əsas həyat vasitələrindən biridir. Onu qorumalı:
Əziziyəm, nəçarə,
Təbib, dərdə nə çarə?
Ət iyləndi duza qoy,
Duz iyləndi nə çarə?
Oxşar postlar:
- Oxunub: 1 165
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Küçələrə atılmış körpələr çoxalır
Umayra Tağıyeva: "Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək"
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Yazarlar