» » Şahanə sevgi nümunəsi

Şahanə sevgi nümunəsi


 
Sevmə səni sevməyəni Misirdə sultan olsa da,
Sev səni sevəni qapında fərman olsa da.

Gözümüzü dünyaya açanda görməsək də, bilməsək də, büsbütün məhəbbət əhatəsində olduq. Evdə ata tələsdi sevgi çiçəyini qoxlayıb sinəsinə çəkməyə, doğum evində də ana tələsdi ki, özünü tələm-tələsik evə çatdırsın, təlatümlü sevincini açıb töksün proletarın evinə, həyətinə-haray-həşirə qonşular, qohum-qardaşlar gəlsin...
Qırxı çıxınca, dişi çıxınca, yemək yeyə bilincə, yatınca, durunca nələr çəkmədi mələk analar.Onda analar buna hazır idi. Bu nələr bezdirici deyildi. Adi axarında olsa idi, sakit olmayacaqdı ana. Gərək yuxusuz gecə keçirə, gərək yayın istisində belə bətnindəki körpəsini soyuqdan, günvurmadan qoruya.Gərək nəfsinə hökm edə ki, təzə meyvə görməsin, istəməsin. Birdən yeyər, yavrusunu bağırsaqları sözünə baxmaz... Hər nə lazımdı, necə lazımdır edərdi ki, proletara içdiyi anda, əhdə əməl edəydi, həm də artıqlaması ilə.
...Sonra bilmirəm, necə oldusa, sevgilər ildən-ilə keçdikcə məzmun və mahiyyətini itirdi. Biri gözünə xoş gələni seçdi, biri varlısını sevdi ki, bir günə çıxsın. Biri nənəm yaşında birinə aşiq oldu ki, çox keçməz dünyasını dəyişər: daşınan-daşınmaz əmlakı mənə qalar.
Ər evinə "tik girib, köndələn çıxan” sevgi müqəddəslərinin yerinə "yeni nəsil sevgililər" gəldi: Ər bir dəfə acıqlandımı, 2-3 ay yeməyi necə oldu bişirdi, pal-paltarını düz əməlli-başlı yuyub-ütüləmədi.
...Körpəsi dünyaya gələndən sonra əziyyətin-qayğılrın görüb bezdi, usandı körpəsindən də, proletardan da, onun bu hala düşməsinə səbəb olan sevgisindən də. Dedi ki, məhəbbət uşaq doğmaqdır bəyəm, evdə oturub qalmaqdı günaxşama kimi? Mən bacarmıram bu tifil səhərə qədər ağlayır və s. Bunlar get-gedə situasiyanı hazırladı və günlərin birində də ər gəlib gördü ki, lələ köçüb, yurdu qalıb. "Mehriban düşmən" bir barmaq da kağız yazıb qoyub ki, daha mən sənin ananla eyni evdə yaşaya bilmirəm. Daha mən o ağ şey nədir, hər gün süfrəyə ancaq onu gətirirsiniz, mən daha onu yeməkdən öyüyürəm. Mamamgildən gələndə gətirdiyim paltarları geyirəm.. o yox, bu yox. Mən gedirəm..Amma o ağ şey sizi qıracaq...

Şahanə sevgi nümunəsi

Bir az yumor ovqatı qatsam da, pozulan tifaqlar, bax, belə boş-boş şeylərin üstündə oldu....Nəticəsi də bu oldu ki, ulu babalrdan qalma sevgi, əhdə vəfa yağlı əppək oldu qeybə çəkildi.İndi adı guya sevgi olsa da, məni bağışlayın səhv edirəmsə, əksər sevgilərdə əsl sevgi mahiyyətindən çox uzaqlaşdı, cismanilik ön plana keçdi. Yəni kimsə özünə övrət almalıdır, bunun üçün keçmiş dədə-baba adət-ənənələrinin bəzilərinə şərti olaraq əməl edir, tələm-tələsik elçi gedir, ad edir və tələm-tələsik də gətirir evinə.
Şahanə sevgilər çox azdır... Düşünmək lazımdır...
Seymur bəy və Könül xanımın toyu haqqında sosial şəbəkələrdən xəbər tutdum. Çox duyğulandım. Onsuz da nə vaxt idi ki, bu mövzuda yazmağa material və şəkil toplayırdım. Tezliklə bu yazını yazacağam, amma bu yazıda həmin fikirlərə keçmədən ancaq öz adımdan, "Ana və Uşaq” onlayn jurnalı adından təbrik yazacağam.
Seymur bəyin hərəkət imkanları bir qədər məhduddur. Nə olsun ki.. Könül xanım kimi ağıllı, gözəl, kübar bir xanıma özünü sevdirməyi bacaran da məhz bu Seymur bəydir.

Şahanə sevgi nümunəsi

Bu sevgi şahanə bir sevgi oldu mənim üçün. Eşq olsun Könül xanıma.Onu böyüdüb ərsəyə gətirən valideynlərə. Hədsiz sərvət hədsiz üstünlük yarada bilər, əgər sevgi olmayacaqsa, nəyə lazım bu zəngin, dəbdəbəli həyat. Yay aylarında əksər vaxtlarda yarım kilo- 5-6 pomidoru 4-5 yumurta ilə bişirib bir az sevgi, bir az təbəssüm qatıb elə dadlı yemək olar ki, elə xoşbəxt yaşamaq olar ki...Təki sevgilərinizi adiləşməyə qoymayasınız...
İnsanlar dünyanı, sevgini belə düşünməlidirlər.
Məmməd İsmayıl demiş: Qoymayın dünyanı adiləşməyə...

Şahanə sevgi nümunəsi

  

Elə ürəklər də zirvələr kimi
Qalsın o əvvəlki parlaqlığında.
Böyük məhəbbətin çəkin yükünü,
Araya tikanlı sözlər girməsin.
İşıqlı arzular solmasın deyə
Evlənən gününün səhəri günü -
Qoymayın dünyanı adiləşməyə.

"İşıqda kölgə var, kölgədə - işıq",
Dağ düzdən ucadır, sevinc - kədərdən.
Ay günün nuruyla tapar yaraşıq,
Şəfəqlə ayrılar axşam səhərdən.
İki sevən qəlbin yaxınlığından
Sevinc sıxlığından, işıqlığından
Qəm macal tapmasın yada düşməyə,-
Qoymayın dünyanı adiləşməyə.....
 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi

 

Şahanə sevgi nümunəsi


Şahanə sevgi nümunəsi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz