» » "Heyvandır" da deyib keçməyin

"Heyvandır" da deyib keçməyin

 

"Heyvandır"  da deyib keçməyin

Heyvan haqqı da bir haqdır və  digər haqlar kimi  ona da  riayət edilməsi vacibdir. Heyvanlara qarşı edilən haqsılıq ən azından Allah qatında əfv edilmir. Çünki onlar da canlıdır. Onlar da acı çəkər. Onlara zülm etmək olmaz.
Balası ölən heyvanın ağladığını görmüsünüzmü, hətta kədərindən ölənlər də olur. Zaman- zaman onların gözlərindən yaş gəlir, beləcə ağlayırlar. Ana balalarını ağızlarında daşıyarkən incitməz. Anasız- atasız qalan bala quşların, qonşu yuvadaki quşların öz balaları ilə birlikdə, onları da bəsləyib böyütdüyünü hamımız müşahidə etmişik.
Sahiblərinə kömək edən, onları ölümdən qurtaran itlərin, atların etdiklərini neçə-neçə filmlərdə seyr etmişik. Bunlar var və bu gün də belədir.
İnanclarımızda və dədə-baba mədəniyyətimizdə, heyvanlara gözəl rəftar etmək əsasdır. Onları aç saxlamaq olmaz, döymək olmaz, işgəncə vermək olmaz.
 

"Heyvandır"  da deyib keçməyin

Həddindən artıq yükləmək olmaz. Qurban kimi kəsilərkən əziyyət verə- verə kəsmək doğru deyil. Heyvanı nişan alıb, atəş açmaq olmaz. Ovlanan heyvanlar yumurta və bala dövründə ovlanmamalıdır. Ovlanarkən də onlara zülm vermək olmaz. Zövq üçün ovlamaq, atəşdə yandırmaq, suda boğmaq, həbs etmək qadağandır, günahdır.
Peyğəmbərimiz (Ş) bu mövzuda belə buyurur:
- "Üç adam birdən heyvana mindikləri üçüncü məlundur." (Ramuz: 199/4)
- "Allah heyvanın əzasından birini kəsənə lənət etsin" (Ramuz: 347/14)
Bir keçini hədəf alıb ox atan bir kütləni görən peyğəmbər: "Heyvanlara əziyyət verməyin" buyurdu. (K.Sitte: 14/525)
- "Səhv etmiş bir qadın iti susuzluqdan qurtardığı üçün əfv olunmuşdur." (K.Sitte: 6/291)
Ayrıca heyvanları bir-birinə hücum etməyi, döyüşdürməyi, nəsilyaratma qabiliyyətinən məhrum etməyi qadağan etmişdir. Kəsmədən bıçaq itilənməlidir.
- Qoyunu yatırdıqdan sonra bıçağını bülövləməyə başlayana Peyğəmbərimiz: "Onu iki dəfə öldürmək istəyərsən, bıçağını əvvəl bülövlə" demişdir.
Heyvanlara şəfqət və mərhəmət insanın bağışlanmasına mərhəmət edilməsinə səbəb olur.

"Heyvandır"  da deyib keçməyin 

Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz