» » Gözəllik müsabiqə ilə deyil, "soy iləndir"

Gözəllik müsabiqə ilə deyil, "soy iləndir"

 

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

Gözəllik müsabiqələrinin tarixi haqqında müxtəlif fikirlər var.
Homerin "İlliada” dastanına görə tarixdə bilinən ilk gözəllik yarışması e.ə. 2000-ci ildə Kaz dağları olaraq bilinən İda dağında edilmişdir. Bu yarışmanın iştirakçılar Eris, Hera, Athena və Afrodita olmuşdur. Gözəllərin hər biri özünü sevdirmək üçün Troya şahzadəsi Parisə təkliflər də edirlər, nəticədə Paris əlindəki almanı Afroditaya (Venera) verir. Paris Afroditanın ilahələr gözəli seçilməsinə kömək etmiş, Afrodita da ona Yelenanı qaçırmağa kömək etmiş, bu da Troya müharibəsinə səbəb olmuşdur.
Başqa bir məlumata görə isə dünyadakı ilk gözəllik yarışması 19 Sentyabr 1888 –ci ildə Belçikanın Spa şəhərində "Concours də Beatue "adı ilə keçirilmişdir. Dünyadakı ilk gözəllik kraliçası isə 18 yaşlı Bertha Soucaret olmuşdur. O, 350 namizədin arasında fərqlənmişdi. Bertha Soucaret ilk gözəllik kraliçası olmuşdur.
Olduqca mübahisəli keçən toplantılardan sonra Münsif üzvləri 350 namizəddən 21 nəfəri finala layiq görmüşdü. Onlar finala münsiflər heyətinin üzvlərinə göndərdikləri şəkillər əsasında müəyyən edimişdilər.
Yarışma çox ciddi şərtlər əsasında təşkil olunubmuş. Müsabiqə iştirakçıları ayrıca evlərdə qalmalı idlər ki, geniş auditoriya onları tanımasın.
Müsabiqə, tam bir gizlilik içində edilirdi və münsif üzvləri gözəlləri sanki gözlərindən qısqanırdılar.
Hətta onları müsabiqəyə xüsusi mühafizə ekipajında gətirirmişdilər..
Nəhayət, münsif, kraliça namizədlərini tək-tək araşdırdı və 5 min franklık birincilik mükafatına Qvadelupadan 18 yaşlı Berta Sukare sahib çıxdı. Bir Skandinaviya qəzeti yarışmadan bir neçə gün sonra belə xəbər yayıbmış: "Aldığımız son məlumatlara görə, Soucaret yaxın gələcəkdə səhnəyə çıxacaqmış. Eh, səsi bəlkə kafi olmaya bilər, amma indiki vaxtda gözəllik hər qapını açır. "

 

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

Gözəllik müsabiqələri zaman-zaman Avropa və Amerika ölkələrinə yayılaraq populyarlaşmağa və insanların ən çox rəğbət etdikləri müsabiqəyə çevrilməyə başlamışdır. Bu ölkələrin qadınları belə müsabiqələrlə fiziki gözəlliklərini önə çıxarmaqla omu qiymətləndirməyə təqdim edirlər.
Belçika, Almaniya və Amerika Birləşmiş Ştatları ən aktiv olan ölkələrdir. Reyn çayı sahilindəki gözəllik yarışmalarının 90 ildən çox yaşı var. 1909-ci ilin yazında "Promenade" müsabiqəsi alman gözəllərinin ilk yarışması idi.
8 sentyabr 1921 - ci il "Miss America"sə ilk Amerika gözəlini müəyyən etdi: bu, Margaret Gorman adlı 16 yaşlı bu qız Kənd Təsərrüfatı Nazirliyi bir məmurun qızı idi.
Londonda beynəlxalq səviyyəli ilk gözəllik müsabiqəsi 1951-ci ildə keçirilib. Bu müsabiqədə xanımlar "Kainat gözəli” və "Dünya gözəli” titulları uğrunda yarışıblar.
SSRİ-də, ilk gözəllik yarışması 1988-ci ildə həyata keçirildi. "Burda" jurnalı Rusiya bazarına girmək üçün hərəkətə başlamışdı. Seçim zamanı on minlərlə insan müraciət etmişdi, məktəblilər belə axışmışdı.
Qələbəni isə 16 yaşlı Maşa Kalinina qazana bilmişdi.
Hətta o vaxt bu müsabiqəni xaricdə Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdilər.
Müsabiqənin qalibi Maşa Kalinina oldu.
Qeyd edək ki, ömürlük Sovet gözəllik kraliçası titulunu alan Maşa Kalinina Los-Ancelesdə yaşayır və Merayi Keylin (Maria Kalin) adını daşıyır.

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

1952-ci ildən bəri isə hər il müxtəlif adlarla müxtəlif dünya gözəllik müsabiqələri qeyd olunmaqdadır. Məsələn:
"Miss International”
"Miss International” 1960-ci ildən bəri dörd böyük təşkilat tərəfindən təşkil edilən bir gözəllik yarışmasıdır.
"Miss Europe”
1928-ci ildən bəri təşkil edilən gözəllik yarışlarında biridir. Yalnız Avropa qitəsi ölkələri nümayəndələri iştirak edə bilər. II. Dünya müharibəsi dövründə doqquz il keçirilməmişdir.
"Miss Scandinavia” (1962)
"Miss Asia-Pasific International” (1968)
"Miss Intercontinental” (1971)
"Miss Latin America” (1983)
"Miss Hawaiian Tropic” (1984)
"Mrs. World” (1985)
Miss Baltic” (1991) və s.
"Miss Teen International” (1993)
"Miss Tourism World” (1993)
2001-ci ildən dörd böyük təşkilat tərəfindən təşkil olunur.
"Miss Tourism Queen International” (2004)
"Miss America” (2006-dan) vəs.
Kişi gözəllik yarışmaları də bu sıradadır, məsələn:
"Mr. World”
"Mister Internatioanal”
"Manhunt International”
"Mr. Universe”
"Mr. International”
Azərbaycanı beynəlxalq səviyyədə "Dünya Gözəli” gözəllik yarışmasında ilk dəfə 1989-cu ildə Moskvada "Karvan” qrupunun üzvü, "Asiya gözəli”, "Rusiya mətbuat gözəli” titullarına layiq görülən Xana Qalsanova təmsil edib.Həmin il "Dünya gözəli” titulunu isə Türkiyəni təmsil edən Məltəm Hakarar alıb.
Azərbaycanda rəsmi ilk gözəllik müsabiqəsi 13 oktyabr 2009-cu ildə "Glamour Model Agency” agentliyinin və "SR Group Production” prodüser mərkəzinin təşkilatçılığı ilə Аzərbaycanda ilk dəfə "Miss & Mister Azerbaijan 2009”gözəllik müsabiqəsi keçirilmişdir.
Türkiyədə gözəllik yarışmaları mövzusunda "Miss Globe Turkey” və "Miss Turkey” olmaq üzrə iki təşkilat tanınır.

 

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

"Miss Globe Turkey” ilk müsabiqəsini 1925-ci ildə İstanbul şəhərində keçirilib. Daha sonra ABŞ, Malta, Şimali Kipr Türk Respublikası, Albaniya kimi ölkələrdə təşkil olunub. "Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq Gözəllik Kraliçası seçilib.
Azərbaycanda da ilk gözəllik müsabiqəsini məhz "Miss Globe Turkey” 2014-cü ilin 11-21 iyununda keçirmişdir. Bu, "Miss Globe Turkey”in 89-cu müsabiqəsi idi.
Gözəllik yarışmaları etik olaraq çox müzakirə edilən bir mövzudur. Bir çox ölkələr belə müsabiqələrə önəm verdikləri halda, bəzi islam ölkələrində bu cürə yarışmalar haqqında heç də hamı eyni fikirdə deyildir.
Bizim ölkəmizdə də eynən bu cürədir. Gözəllik yarışmasının xeyrindən çox zərəri var. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin ki, belə yarışmaların iqtisadi sektorda faydası olsun, məsələn, "Miss Intercontinental" rəsmi beynəlxalq gözəllik yarışmasının tacı 51/2 karatdan ibarətdir: (ən böyük olmaq üzrə 720 almaz) bu yarışmanın ilk tədbiri Aruba adasında kerçirilmişdir: turist cəlb etmək üçün.

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

Sanki gözəllik təmsilşiləri sahibkarlıq maraqlarını stimullaşdıran bir vasitədir.
Amm belə müsabiqələrin gəlirləri onun zaman-zaman vuracağı mənəvi zərərləri sağalda bilməz. Kütləvi informasiya vasitələrində belə gözəllik yarışmalarının xarıci emissarlar tərəfindən bir çox hallarda çirkin niyyətlərə hesablandığı haqqında da fikirlər dolaşmqdadır.
Bu yazı üçün xeyli mənbələrə baxdım, dərk edə bildiyim qədər özümə qapılıb düşündüm. Amma heç anlaya bilmədim ki, gözəllik müsabiqəsi nəyə lazımdır: podiuma qalxan  bu gözəllərin sinələri, qılçaları, qadın geyimləri ilə nümayişkaranə nümayiş hansı ölçüdə, hansı mənada gözəllikdir? Bu gözəlliyi hansı etalonla müəyyən edirlər? Bu parametrlər  ədalətli ölçü` üçün yetərlimi, etibarlımı,  şəffafmı və s... Məgər  gözəllik mütənasiblikdəmi, 2-3 ay təmrin aparıb müəyyən effekt yaratmaqmı, yox... Gözəllik nisbidir. Eyni vaxtda dünyada 20 gözəllik yarışı keçirilmiş olsa və bu müsabiqələrin gözəllərini bir yerdə Parisə təqdim etsə idilər ki, bəyəndiyini seç, o bunların heç birini seçməzdi və yenə tam başqasını, ümumiyyətlə müsabiqəyə qartılmayan bir köy gözəlini alardı. Onda dünyanın 20 ölkəsində müəyyən edilən bu gözəllik ölçüsü nə gözəllik oldu?

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

Bəlkə də Belçika üçün, Fransa və digər Avropa ölkələri üçün uyğundur. Mən eşitmişəm ki, Fransada nikah elə bir əhəmiyyət kəsb etmir, dəbdən düşmüş: brlikdə yaşamaq üçün evlilik müqaviləsi də kifayət. Yəni , qadın –kişi tanış oldu, birlikdə aylar-illər yaşadılar və yaxud 3 ay yaşadılar, 3 aydan sonra uyğun deyil deyə evlilik müqaviləsinə xitam verə bilərlər, başqa sözlə, qadın ayrılıb öz həyatını xoşu gələn digəri ilə, kişi də həmçinin digər qadınl yaşayacaq.
Bəs Azərbaycanda nikah bağlanmadan yaranan izdivacı necə adlandırmaq olar? Belə aillərin möhkəmliyinə, davamlılığına, səmimiyyətin necə ümid etmək olar?
Gözəllik müsabiqəsi haqqında tanış olduğum yazıların birində yazılmışdı ki, müsabiqəyə seçilən namizədlər üçün mənəvi-psixoloji keyfiyyətləri əhatə edən 15-20 şərt olur. Nəyə lazımdır bu şərtlər, mahiyyət olduğu kimi qalırsa?
Azərbaycan qadının gözəlliyi "qapalı”lığındadır, gizliliyindədir . Gölün sirri, qadının gözəlliyi onların dərinliklərində olur. Qəvvas olmalı, bu dərinliyə baş vura bilməli, BU gözəlliyi tapıb bir də bu gözəlliyə baş vurmalı.
Hörmətli oxucular, bəs siz bu gözəllik müsabiqələri barəsində necə düşünürsünüz: Azərbaycana gözəllik müsabiqələri lazımdırmı?

 

Gözəllik  müsabiqə ilə deyil, "soy iləndir"

Qeyd: Yazıda vikipediya məlumatları və tərcümə materiallarından istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz