Çimərlik geyimlərinin təkamülü - II yazı
Geyim istehsalı texnologiyasındakı inkişaf, yeni tərkibli xammal vasitələri çimərlik geyimlərinin, ümumilikdə bütün paltarların həm keyfiyyətində, həm modelində yeni mərhələyə qədəm qoydu. Həm də bolluq yarandı. İndi geyim əşyalarını çəki ilə satırlar. İstehsal texnologiyasındakı bugünkü inkişaf paltarları ucuzlaşdırıb onları hər kəs üçün əlçatan bir əmtəəyə çevirişdir. Olsun. Hər şey insan üçün əlçatan olsun. Dünyada nə varsa, insana aid olmalıdır. Amma insanlar praktik şeylər, asudə vaxt macəralarəna, həyatın zahiri keyfiyyətlərinə həddindən artıq bağlanmamalıdırlar. Hər bir yenilik ağıla əsaslanmalı, elmi həqiqətlərdən qaynaqlanmalıdır.
Onsuz da geyim istehsal edən müəssisələr hər mövsümə uyğun hər gün bir yenilik sorağındadır. Onlar bazarlarını itirməmək, eləcə də daha yeni bazarlar əldə etmək üçün xüsusi qruplar yaradırlar : dizaynerlər, marketinqlər, reklamçılar. Bu qrplar yeni ideyalar tapmaq üçün istehsal saxələrindən çölə-bayıra çıxırlar. İdeyalarını küçələrdə, azadə yerlərdə: dəniz sahillərində, ziyafət və toplantılarda axtardılar. Çünki küçələr sərhədsiz sərbəstlik olan yerlərdir. İnsanlar istəklərini kənarda - məhz sərəst olduqları yerdə daha əhatəli kəşf etmək olur. Dizaynerlər, modelyerlər edəcəkləri yenilikləri, yeni məhsulların mahiyyətini, qrafik həllini də əvvəlcə xəyallarında belə mühirlərdə ətə-qana doldurdular və sonra bunları yeni dizaynda çoxaldıb yenidən küçələrə, parklara göndərirlər.
Əlbəttə, yeniliklər gözəldir. Çünki bütün yeni baxışlar insanlara xoşbəxtlik vəd edir. Fəqət, xoşbəxtlik ideyaları, ona uzanan əllər, ona dikilən baxışlar əxlaqi, mədəni dəyərlərə qarşı fərqli bir estetika nümayiş etdirməməlidir, əsl mənəvi gözəllik zahiri gözəlliyə də təslim olmamalıdır. Bunlar üst-üstə düşmədiyindən, hər bir yenilik , o cümlədən çimərlik geyimlərielə ilk başlanğıcdan müxtəlif irad və etirazlarla, qadağalarla qarşılaşmışdır və qarşılaşmaqda davam edir.
XX əsrin əvvəllərində Almaniyada əxlaq polisi varmış və onlar qısa yubka geyənlərə qarşı qadağalara necə əməl edilməsinə nəzarət edirmiş.Onlar küçədə, nəqliyyatda, vağzalda şübhələndikləri qadınların ətəklərini dizdən aşağı və ya topuqdan yuxarı səviyyəsini ölçür, qaydanı pozanlara qarşı müvafiq tədbirlər görürdülər.
Musiqi sahəsi, şəhərlər və gəlirlər sürətlə inkişaf etsə də, çimərliklərdə vüçudlarının çox hissəsini göstərmək ciddi qınaqla qarşılanır, inzibati tənbehetmələrlə nəticələnirdi. Xanımlar geyim alarkən və yaxud tikdirərkən müvafiq ölçünü mütləq nəzərə alırdılar. Çünki onlar özləri bunu etməsəydilər, küçədə, hər hansı ictimai yerdə testdən keçməli olurdu və testdən keçmədikləri təqdirdə çətinlik cərimələnirdilər.
Harda üzgüçülük paltarına bənzəyəcək bir paltar geyinmiş qadına rast gəlinsəydi, ictimai yerlərdə bu şəkildə geyinməyin qadağan edilməsinə görə həbs olunurdular.
Bütün bunlar olub keçən əsrin 50-ci illərinə qədər, həm də Avropa ölkələrində. Bəs nədən Avropa indi həmin qadağaların fərqində deyil və sərhədsiz açıq-saçıqlıq Avropa ölkələrində şahə qalxır.
Amma bu gün dünyada, xüsusən də Avropada moxlu sayda çılpaq çimərliklər var, nudistlər üçün ən sevilən istirahət məkanları mövcuddur: Xorvatiyada, Kanadada, Yunanıstanda, Fransada, Meksikada, Braziliyada, Taylandda və sair ölkələrdə . Onların baxışları, fəlsəfəsi "nudizm” adlanır. Guya nudistlər təbiətə hörmət əlaməti olaraq özlərini də təbii hallarına gətirərək təbiətlə harmoniyada yaradırlar. Bunların Beynəlxalq federasiyaları var. Nudistlər ətraflarına
yalnız paltarınızdan qurtulduqdan sonra daha rahatlıq hissi tapacaqsınız motivasiya edirlər. Fikir verirsinizmi, bizdə bəlkə dəXXəsrin 60-70-ci illərinə qədər çimərlik geyimi anlayışı olmayıb, nə olubsa, elə avropalıların özündə olub.Həm də çimərlik geyiminə, çiməlikdən kənar yerlərində çimərlik geyimlərinə yaxın stildə geyinənlər təpki ilə, cəza ilə qarşılaşdığı halda, indi həmin bu avropalılar çılpaqlığı təbliğ edirlər.
Vaxt vardı ki, Azərbaycan qadını saçını naməhrəm görərdisə, həyadan küz almasına dönərdi: qıpqırmızı. İndi də çoxdur. Fəqət, az da olsa elələri də var ki, "model”, "aktrisa”, "müğənni” kimi peşə adlarına sığınıb belə geyimlərə maraq göstərir, belə rəsmlərini paylaşır, həm də cəmiyyətin baxışlarına zidd gedirlər.
Təbii ki, biz jurnalımızda bu tipli mövzulara çox ehtiyatla yanaşırıq. Biz jurnalın hər bir yazısında qafınlarımıza hörmətlə yanaşmışıq, bu adın qarşısında həmişə böyük məsuliyyət daşımışıq. Bütün yazılarımızda Azərbaycan Qadınlarının adına səcdə etməyə layiq olan obrazını yaratmışıq.
Bu yazı da sırf məlumat kimi təqdim edilir.
Hər halda, dinimiz ən böyük Münsifdir, Haqq tərəzisidir. Dini dəyərlərimizə görə örtülü olanlar daha qiymətlidir. İnsan adına yaradılan və yaradıcılaq hər vasitədən istifadə edilməlidir. Amma bu istifadəyə tam olaraq insanın fəaliyyət və rahatlığı üçün ehtiyac duyulmalıdır.
Azərbaycan Qadınının fəlsəfəsi budur. Bu gün müəyyən acılı hallar da baş verir. Amma belə hallar bizim qadınlarımız üçün xarakterik hal deyil. Bunlar hamısı bizim mənəviyyatımıza Qərbdən sitayət etdi.
Azərbaycan Qadınları döyüşlərdə şəhid olmuş ərinin nəşini son mənzilə öz çiyinlərində apardı və and içdi ki, bu sevgiyə sadiq qalacaq, bu sevgidən nəşət etmiş ciyərparalarını oların istədikləri kimi böyüdəcək. Bütün Azərbaycan ərlərinin ürəyində bu xatircəmlik var.
Eşq olsun.
Oxşar postlar:
- Oxunub: 71
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Əxlaq
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar