» » İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

 

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

 

İnternetdə maraqlı reytinqlər, statiskalar  haqqında məlumat   verilir. 

İndi təqdim edəcəyim  məlumat da  onlardan biridir.    

İnsanlar yaşamaq üçün  hər gün tezdən  oyanıb işə gedir, bir də axşam qayıdırlar.İşləməyə gedirlər: ailələrini dolandırmaq, süfrələrinin ruzisini qazanmaq üçün .

Belə niyyətlə,  belə zəhmətlə qazanılan   ruzi   bəs onda necə israf oluna bilər?

Avropa Komissiyası tərəfindən təyin olunmuş mütəxəssislər tərəfindən 6 Avropa ölkəsində araşdırma aparmışlar: İngiltərə, Hollandiya, Danimarka, Finlandiya, Almaniya və Rumıniyada. Araşdırmalara əsasən,  ümumilikdə 22 milyon ton qidanın israf edildiyini ortaya çıxmışdır.

Bu ölkələrdən ən çox israf edən İngiltərə, ən az israf edən ölkə isə Rumıniya   olmuşdur.  Araşdırmada  da məlum olmuşdur ki,  meyvə və  tərəvəzlər  ən çox atılan qidadır.  İkinci yerdə taxıl məhsulları, 3-cü yerdə  ət məhsulları sıralanmışdır.

Mütəxəssislərin fikrincə,    bu tullantıların 80 faizinin qarşısı alına bilər.   İnsanlar   hər kəsin israf etdiyi qida tullantılarına istinadən,  itkinin nə qədər   böyük olduğunu , təbii ki, xəyal edə bilmirlər.  Amma  bilsinlər,  22 milyon ton qida israfın   həm də  hər il 57 kub kilometr su itkisinə bərabərdir.

Məsələn, Türkiyədə çörək tullantılarının iqtisadi ölçüsü 1,5 milyard TL-dir.

Hər il israf olunan çörəyin pul dəyəri  həcmi 1.5 milyard TL ilə  ölçülür. Bu pulla  162 min  nəfərin minimum əmək haqqı ödənilə bilər, 460 min universitet tələbəsinə 12 ay ərzində aylıq 280 TL təqaüd verilə bilər, 100 çarpayılıq 80 xəstəxana və ya 16 sinif otağı olan 500 məktəb inşa edilə bilər və 500 km magistral  yol  inşa edilə bilər.

Bir ildə 2,1 milyard ədəd çörək israf olunarsa,  bu,  bütün ölkənin 23 günlük çörək ehtiyacını tam ödəyə bilər.

İllik qida tullantıları Avropa və Şimali Amerikada adambaşına 95 -115 kq, Sahara-Afrika, Cənubi və Cənub-Şərqi Asiyada adambaşına ildə 6 - 11 kq arasındadır.  Alimlərin fikrincə, Latın Amerikası və Afrikada 300 milyon, Avropada 200 milyon insanı israf edilmiş qida ilə doyurmaq olar. Hal-hazırda dünyanın dörddə biri itirilən və ya israf edilən qidaların 870 milyon insanın qidalanması üçün yetərli olduğu bildirilir.

"ABŞ qida israfının qarşısını almaq üçün çox əhəmiyyətli bir addım atdı. Hər gün, restoranlardan, çörəkbişirmə müəssisələrindən, bazarlardan və tarlalardan  hər gün  68.000 kiloqram qida (ildə 25 milyon kiloqram) qənaət edir. İspaniyada hər kəs Bilbao ətrafındakı Galdakaoda bir səkidə dayanan soyuducudan faydalana bilər.

Sendviçlərdən , mərciməkdən  hazırlanmış  müxtəlif   qidalardan istifadə edən insanlar   bu istifadə ilə  qənaət təşəbbüsünə dəstək vermiş olurlar. Artıq Qidaların İstifadəsi üzrə   Təşəbbüskarlar Şəbəkəsi, bir çox beynəlxalq təşkilat da bu istiqamətdə  yerli hökumətlərə tullantıların azaldılması  üçün  dəstək verir.

Bunun üçün könüllü işlərlə yanaşı, yerli rəhbərliklərin və özəl sektorun əməkdaşlıq etməsi və ehtiyaclı insanları artıq qida ilə təmin etməsi təmin edilməlidir. Beləliklə, aclıq nisbəti azalacaq, qida israf olmayacaq və ölkə iqtisadiyyatına ciddi töhfələr veriləcək.

   Mətbuatda, televiziyada bu  mövzuda  hər zaman     müzakirələr olub, ayrı-ayrı ağsaqqallar, mütəxəssislər, ziyalılar fikir bildiriblər. Amma heç bir  nəticəsi   hiss olunmur. Yenə həyətlərdə   hər gün tullantı çörəklərə rast gəlmək olur. Çörəyə necə "tullantı” demək olar? Həyat əlamətinə   "tullantı ”kimi yanaşmaq, onu  kisələ yığıb  maşının yük yerinə asmaq, axşama  salıb   küçənin bir küncünə qoymaq, hasardan asmaq bəs hansı anlama  gəlir?

Bircə toy zamanı stollardan yığışdırılan   qida məhsullarını saya alan, bundan   xəcalət çəkən yoxdur.Bəs israf, tullantı necə olur?

 Dövlət  bütün səyini  göstərir ki, insanlar ac qalmasın, çörəyimiz bol olsun. Çörəyin qiyməti qalxmasın. İnsanlar da fikirləşir ki,  əşi, pulumu verib alıram, havayı  almıram ki,  havaya  atmıram ki. İstəsəm yeyərəm, istəsəm  çöldə bir  təmiz yerə qoyaram, quşlara yem olar.

 Bunlar şüurların, əxlaqın  aşınmasıdır. Bu, israf və naşükürlük olmaqla  yanaşı, həm də  Allaha və insanlğa qarşı  sədaqətsizlikdir.  İraq-iraq, 1-cə həft   çörək olmasa, həyat bütün iflic olar.

Bu şou mətbuatını, şou televiziyalarını  yığışdırmaq, belə mövzulara  KİVDF-dən ayrılmış qonorar, hər nə  deyirsinizsə, mükafatlar üçün,   cavabdehlik  tələb etmək lazımdır. Kimi oldu   tapıb gətirib ideoloji  təhlükəsizliyimizi belələrinə tapşırmaq  millətə qəsddir.

Maariflənməyə ciddi ehtiyac var. Kampaniya xatirinə yox, düşünülmüş şəkilfə layihələndirilən   tədbirlər keçirilməli, davamlı olaraq izlənilməlidir.

 

Çörək israfının qarşısının alınması üçün görülməli  tədbirlər:

 

• Yemək salonlarına   verilən çörək örtülmüş və ya qablaşdırılmış kimi təqdim edilməlidir,

• Yemək salonlarına çörək nazik dilim  kimi doğranaraq təqdim edilməlidir,

• Müəssisələrdə insanlar ehtiyac duyduqları qədər çörək yeyilməli, israfa yol veriməlidir, 

• Çörək lazım olduğundan çox istehsal olunmamalıdır,

• Çörək istehsalında işçilərin peşəkarlığı artıtılmalıdır ki, itki olmasın,

• Çörəyi düzgün üsullarla saxlamaq lazımdır,

 

• Bayat çörəyi  müvafiq üsullarla yenidən süfrəyə qaytarmaq  lazımdır və s.


İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

İsraf və naşükürlük Allaha və insanlğa sədaqətsizlikdir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz