» » Çimərlik geyimlərinin təkamülü - I yazı

Çimərlik geyimlərinin təkamülü - I yazı


Çimərlik geyimlərinin təkamülü - I yazı

  Yaranışında insanlar dünyaya  çılpaq gəlir.  Elə ilk günlərdən , bəlkə də  hələ heç dünyaya  gəlməmişdən  onlara, hətta   bir neçə paltar alınır.  Amma qədimdə belə olmayıb, insanlar elə  uzun müddət çılpaq gəzib  dolaşıb.

Dünya 30.000 il əvvəl  kəskin iqlim dəyişmələri baş verdi. Bu, insanların beynində, təfəkkürlərində   soyuğa həssas olan bədənlərini qorumaq üçün    bir təbəddülat yaratdı. İlk insanlar o dövr üçün ibtidai şəkildə də olsa,  texnoloji yeniliklər haqqında düşünməyə başladılar : xüsusi kəsici alətlər, iynələr meydana gəldi, daha sonra sümük alətlər.   Bu vasitələrlə insan özünü artıq  fərqli geyimlə   təmin edərək, təhlükələrə, fiziki təsirlərə   müqavimət göstərə bilirdi.  Bədənini, üzünü basmış tükü təraş edə bilirdi.

İlk insanların  bədənlərini heyvan dəriləri,  iri yarpaqlarla örtdükləri məlumdur. Həyat irəliyə doğru inkişaf etdikcə, insan ailəri artıb çoxaldıqca, bu insanlar arasında əlaqə və davranış ehtiyacları  onların düşünmə qabiliyyətlərini , yaradıcı qabiliyyətlərini  daha  da fəallaşdırdı. İnsanlar ərzaq istehsal etmək, onları saxlamaq   texnologiyalarını mənimsədilər. Daha  əlverişli  sığınacaqlar qurmaq texnologiyaları  kəşf etdilər,   bütün bədənlərini  örtən paltar geyinmə texnologiyasına sahib olmaq  fikrinə düşdülər . Bir qədər də  üzü bəri gəldikcə, onlar geyimlərinin  çeşidində  fərqlilik yarada bildilər. Həyatlarına ev paltarı, ov paltarı, qış paltarı, yay paltarı  fərqliliklərini   gətirə bildilər.  Daha  sonra  geyimin sosial məzmununda  inqilab baş verdi, geyim etik   ehtiyaclarla bərabər   daha bir    yeni  məna kəsb etməyə başladı.İnsanların ayıb yerlərini örtdü. 

Həyat bütün sahələrdə daim inkişafda idi. Yeni istehsal  və fəaliyyət sahələri yaranırdı, insanların idarə olunması üçün yeni birliklərə, yeni əlaqə formalarına zərurət yaranırdı.Bu, həm də insanların şüur vı əxlaqca  irəliləməsi ilə  müşayiət olunurdu. Yaşayış səviyyəsinin artması isə mədəni səviyyənin artmasını şərtləndiridi. İnsanlar artıq zövqlə geyinməyi   düşünürdülər, dəblə, stillə geyinmək istəyirdilər. İnsanlar indi əhvali-ruhiyyələrini,  bu və ya digər  xarakterik keyfiyyətlərini libasları ilə də tamamlamaq istəyirdilər.

 Amma  geyim vasitələrindəki  təkamül  heç də  həmişə  adi istehsalat  axarında  getməyib,  onun  məzmunundan turmuş,  modelinə qədər  bütün təfərrüatlarına  cəmiyyətin də bir   baxışı olmuşdur.     

 Geyim vasitələri  bütün dövrlərdə  müəyyəyyən qınaq  və qadağalarla qarşılaşmışdır.  Elə yazımızın mövzusu ola çimərlik geyimlərinin təkamülü də bu 

məsələlərə həsr edilib.

Bu gün "Bikini" adlandırdığımız iki parçalı geyim Romalılara, qədim Yunanlara və onlardan da daha əvvəl - Daş dövründə Türkiyənin Çatalhöyük yaşayış məskənində də məlum imiş, olanlara aiddir. Əlbəttə , bu geyimlərə o illərdə indiki kimi "bikini" deyilmirdi.

Çimərlik  geyimi( türkcə "mayo”; rusca "kупальник”)  üzgüçülük zamanı geyilən və bu məqsəd üçün xüsusi hazırlanmış paltardır və bu paltar   çimərkən onun sahibinə rahatlıq  gətirir. İnternet məlumatlarına əsaslansaq, ilk dəfə  cimərlik  geyimi  dəniz geyimi kimi yox, idman geyimi  olaraq meydana çıxıb. Amma bu geyim vasitəsinin  rahatlıqla yanaşı,  mənfi tərəfləri də var. Birincisi,  insan bədəninin əksər hissəsi , xüsusən də qadınların,  çılpaq qaldığı üçün ətrafda narahatlıq  doğurur. İkincisi isə   çimərlik dəsti  geyinən  qadı da özünü sıxıntı içərisində hiss edir.

 Yazılanlara görə,  ümumiyyətlə, 1750- 1900-cu illərdə dünyada  dəniz   insan  həyatına çox yaxın imiş,  çox populyar imiş. Nə qədər   maraqlı olsa  da, Avropa ölkələrində belə geyimlərə münasibət birmənalı olmamışdır. Amma  bu axının qarşısını da durdurmaq olmurdu. Bu populyarlığın əxlaqi ölçüsü nəzərə alınaraq, " təkərli daxmalar/hamamlar" icad edilmişdi. Bu "təkərli daxmalar " dəniz sahilinə gətirilir,  heç kimin olmadığı  bir yerdə qadınların istifadəsinə verilirdi və qadınlar  by daxmalarda  gizli şəkildə çimə bilirdilər.

Çimərlik geyimlərinin təkamülü - I yazı

Təbii ki,  dəniz insanlara təkcə  əyləncə və idman məqsədləri üçün deyil,  həm də sağlamlıq  vasitəsi olaraq da  zəruri  idi. Çimərlik  geyimləri deyilən anlayış olmadığı üçün  insanlar əyinlərindəki geyimdə üzməyə məcbur idilər.  O vaxt  geyimlər  bədənin  görünməməsi üçün, adətən, qalın parçadan hazırlanırdı. Bu,  həm  narahatçılıq , həm də fiziki  ağırlıq yaradırdı: suyun içinə girəndə su çəkən paltarları  üzgüçülük   hərəkətlərini məhdudlaşdırırdı.

 

1. 1890-cı illərdə artıq dəniz geyimləri təşəbbüsləri  görünməyə  başladı. Artıq çimərlik  geyimləri üçün  xüsusi parça/ neylon istehsal olunmağa başladı. Ancaq   bu geyimlər də   o illər üçün xarakterik olan  geyim xəttlərindən kənara çıxa bilmədi. Rahatlıq baxımından müəyyən  yeniliklər olsa da,  neylon parçalar bədənin cizgilərini açıqlayırdılar.

Çimərlik geyimlərinin təkamülü - I yazı 

Çimərlik geyimlərinin təkamülü - I yazı

 

 1890-1910 -ci  illərdə İlk dəfə qolsuz forma mayoları görünməyə başladı. Gövdənin yan  hissələri qapalı olsa da, bədən xətləri görünməyə başladı.


Çimərlik geyimlərinin təkamülü - I yazı  

Çimərlik geyimlərinin təkamülü - I yazı

2. 1910-1920   illərdə qapalı ayaqları olan qolsuz forma mayoları görünməyə başladı. Viktoriya dövründəki   (Böyük Britaniya kraliçası I Viktoriyanın hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb)bu illərdə dəniz kənarında çimmək populyarlığı davam etdi.

Mayo üslublarında çimməklə üzmək arasında bir boşluq var idi. Və eyni illərdə üzgüçülük olimpiya idman növünə çevrildi. 1907-ci ildə Avstraliyalı üzgüçü Annette Kellerman, Amerikadakı bir nümayişdə çimərlik kostyumu səbəbiylə həbs olundu və buna cavab olaraq öz mayo modelini istehsal etdi. Bu, müasir mayoların ilk nümunələrindən biridir. Sonrakı illərdə bir çox kino ulduzu qadın bu mayolara üstünlük verməyə başladı. 1915-ci illərə doğru gəldikcə, görünüş daha çox çimərlik geyimlərinə bənzəyirdi.  Bir diqqəti çəkən cəhət də,  geyimlərin   eyni parçadan ibarət  olması idi.      

  

Çimərlik geyimlərinin təkamülü - I yazı


Qadınların olimpiada yarışlarında iştirakına icazə verildikdən 13 il sonra,   1913-cü ildə, (sonradan Jantzen çimərlik geyiminin sahibi olan) Amerikalı Carl Jantzen   dünyanı  üzmə performansını artıran ikihissəli çimərlik geyimi ilə tanış etdi. Bu kostyum, sadəcə bir şortik və köynəkdən ibarət idi. Ancaq o zaman üçün skandal sayıla biləcək xüsusiyyəti, vucuda tamamən yapışan şəkildə olmasına görə idi.

 

3. 1930-1940-cı illərdə çimərlik geyimləri artıq iki hissədən ibarət idi və mini ətəkləri var idi. "Vogue "kimi  tanınan jurnallar çimərlik geyimlərinin  qadınlara xas olmasını    müdafiə etdi. Bu illərdə çimərlik geyimləri  detallarına yeniliklər  də əlavə olunmağa başlandı. II Dünya müharibəsi davam etdiyi   illərdə korset çimərlik geyikləri və qapaqları görünməyə başladı. Qadınlar başlarını suya salmamaq üçün diqqətli idilər. 1947-ci ildə Fransız dizayner Louis Reard tərəfindən hazırlanan ilk müasir bikini tarixə yazıldı.

Mini ətəkli modellər daha çox qadın xətləri qazandı. Ester Uilyams və Doroti Lamour kimi Hollivud ulduzları bədən ayaqlarını yüksək ayaq kəsikləri ilə aça bildilər. Çimərlik geyimlərinə korset texnologiyası tətbiq olunmağa başladı. Başlarını suya vurmaq istəməyən  xanımlar zərif papaqlar taxmağa başladılar.

 

Çimərlik geyimlərinin təkamülü - I yazı 

Çimərlik geyimlərinin təkamülü - I yazı

 

4. 1950-ci illərdə  bədən xətləri daha aydın görünür.

 İkinci Dünya müharibəsi dövründə Avropada qadınlar belində dəri bantlı çimərlik geyimi, Amerikalı qadınlar isə daha kiçik çimərlik geyimi geyinməyə başladılar. Ümumiyyətlə, uzunluğu qısaldılmış və ətəkləri aradan qaldırılmış ikiyə bölünən çimərlik geyimlərinə keçid edildi.

1946-cı ildə, müharibə bitdikdən sonra ümumiyyətlə xəz və səhnə geyimləri hazırlayan Parisli dizayner Jak Heim, dünyanın ən kiçik çimərlik geyimini hazırladı.

1947-ci ildə Fransız mühəndis Louis Réard dünyaya 76 sm parçadan hazırlanmış ən kiçik iki parça üzgüçülük dəsti ilə tanış oldu.

1946-cı ildə ilk atom bombası sınağının keçirildiyi Bikini adası, bu kostyumun "bikini" adlandırılmasına motivasiya oldu. Beləcə, bu çimərlik dəstinin  adı "bikini" olaraq qaldı, çünki bu ikihissəli çimərlik geyimi  adaya atılmış bombanın təsiri ilə müqayisə edildi. Reard  bikiniyə reaksiyanın atom bombası kimi partlayacağına inanırdı.

Rəqqasə Mişlin Bernardini ilk dəfə bikinisini Parisin mərkəzindəki məşhur bir hovuzda nümayiş etdirdi.


 Çimərlik geyimlərinin təkamülü - I yazı

 

5. 1960-cı illərdə çimərlik geyimləri neylon və likra parçalardan istehsal olunmağa başladı. Həm də alt paltarları kimi, bədənə kip oturan modellər istehsal olunmağa başladı.

Alt paltar üslubunda istehsal olunan belə  modellərin bədəni bükdüyü müşahidə edildi. Bu illərdən sonra isə üzgüçülük modası hər 10 ildən bir dəyişməyə başladı. Bu libaslara  əlavə xətlər  daxil edilsə də, bu ana xəttlərə hələ də əməl olunur ...

1951-ci ildə ilk dəfə olaraq "Bikini Festifalı"  keçirildi, lakin cəmiyyətin  bikiniyə münasibəti hələ   heç də xoş olmadığı üçün onun adı "Dünya Gözəllik Yarışması" ilə əvəz edildı.   

1951-ci ildə Londonda keçirilən bu yrəşmadan sonra bir çox ölkədə bikini qadağan edildi. Vatikan isə bikinini dinə zidd olaraq elan etdi. 1946-cı idə Roma Papası onu "günahkar”adlandırmışdı.

Ancaq bikininin yaradıcısı Réard  ilk dəfə 50 mindən çox fanat məktubu almaqla cəsarətlə rezonans doğuran bir reklam ilə işə  başladı.

1957-ci ildə Brigitte Bardott, Cannes   festivalı zamanı Fransanın cənub sahillərində bikinidə poz verərək böyük bir sensasiyaya  doğurdu.

1960-cı ildə Bryan Hyland, olduqca məşhur mahnısı "Itsy Bitsy Teenie Weenie Yellow Polka Dot Bikini" ilə diqqət mərkəzinə düşdü, iki il sonra Ursula Andressin ilk James Bond filmi "Dr. Xeyr filmində canlandırdığı Honey Ryder obrazı ağ kəmərli bikinidə göründü. Andress bu bikini 2001-ci ildə Londonda 61.500 dollara auksion etdi.

"Playboy” jurnalı 1960-cı ildə ilk dəfə bikini ilə tirajlandı.


                               Çimərlik geyimlərinin təkamülü - I yazı

 

6.70-80-ci illərdə bikinilər daha kiçik oldu və tək parça mayo yenidən məşhurlaşmağa başladı.

1963-cü ildə "Beach Party" filminin ulduzu Amerikalı aktrisa Annette Funicello çəhrayı bikinidə göründü. 60-cı illərin ən yaxşı vokal qruplarından biri sayılan "Beach Boys”, mahnılarında "bikinili qızlar" dan istifadə etməyə başladılar və bikinilər   çox keçmədi ki,  daha  populyar oldu.


Çimərlik geyimlərinin təkamülü - I yazı

 

7. 1988-ci ildə bikininin yaradıcısı Réard şirkəti fəaliyyətini dayandırdı, lakin bikini populyarlığını itirmədi. Artıq  qadınlar 90-cı illərdə daha rahat çimərlik  geyimləri tapa bilirdilər.

Çimərlik geyimlərinin təkamülü - I yazı

 

8. Tədricən   seksual olan bikini  film ekranından  izləyicilərini təəccübləndirməkdə davam etdi. 2003-cü ildə Demi Murun "Çarlinin mələkləri" filmindəki bikini gəzintisi dövrün ən çox danışılan mövzularından biri oldu. Bu səhnə  "Mur karyerasında canlanma  qapısını açdı”,- deyə  dillərdə söyləndi.

2010-cu ildə dünyaca məşhur model Eva Herzigova  retro görünüşlü dəri bikini ilə Adriana Degreasın moda nümayişində görünəndə, ilk dəfə bikininin çimərlik kostyumu kimi deyil, həm də paltar kimi geyilə biləcəyi müzakirə edildi.

 

 20-ci əsrin  sonları, 21-ci əsrdə müxtəlif  çimərlik geyimləri modellərində  dəyişikliklər xarakterikdir, bir qədər kreativ  baxışlar da var bu modellərdə. Amma onun alt mənası da var idi və bu, çimərlik geyimi istehsalçılarının  maraqlarına tam uyğun idi. Bu gün belə müxtəliflikdə asanlıqla retro, yüksək bikini və digər bir çox üslub tapa bilərsiniz :hər çimərlik mövsümü  bikini və çimərlik geyimləri  modelləri ilə şıx birləşmələr yaradılır. 

  Çimərlik geyimlərinin təkamülü - I yazı 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz