» » Dünyanı müdriklik və mərhəmət xilas edə bilər...

Dünyanı müdriklik və mərhəmət xilas edə bilər...

Müəllif: Anaveusaq.az от 2-02-2021, 15:00
 
 
 Bugünkü  mətbuatda  cənab İlham Əliyevin həyatımız üçün, dünyanın özü üçün çox ciddi önəm daşıyan koronavirus mücadiləsinə dünyanın münasibəti Dünyanı   müdriklik və mərhəmət xilas edə bilər... haqqında maraqlı bir münasibəti dərc olunmuşdur.
Yazının adı belədir: "Bunların vecinə deyil, eqoist hisslərə qapılıblar”.
Məqalədə yazılıb:
"İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində pandemiya ilə mübarizədə bəzi ölkələrin vaksinləri ədalətsiz şəkildə bölməsi məsələsinə münasibət bildirərkən deyib.
Dövlət başçısı xüsusilə zəngin ölkələr arasında olan bu ixtilafların istehsalçılara mənfi təsir göstərdiyini, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum etdiyini vurğulayıb:
"Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. "Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. "Pfizer” Avropa istehsalı vaksinidir. "Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir”.
Prezident həmçinin kasıb ölkələrin insanlarının haqlarının tapdalandığını, onların səhhəti və sağlamlığının risk altına düşdüyünü dilə gətirib:
"Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta "Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər”.
Çox dəqiq və cərrast söylənilmiş fikirdir. Etirazdır, ədalətə çağırışdlr.
Bəşərin dərdini bu ədalətdə, bu müdriklikdə ancaq Sayın Ərdoğan, cənab İlham Əliyev çəkə bilər.
Türk sosialşəbələrinin birində maraqlı bir paylaşıma rast gəlmişdim. Demək, 90-na yaxın yaşı olan bir kişi, bir ixtiyar baba həkimə gedir. Həkim onu müayinə edir və resept yazır, bir dərman, amma 3 qutu.
İxtiyar həkimdən xahiş edir ki, oğlum, bir qutu yaz. Mənim yaşşım do-nı haqlayıb. Bəlkə heç yaşamadım. Hələki bir qutudan istifadə edim, dərman israfa getməsin.Kiməsə lazım ola bilər.
Dünyanı müdriklik və mərhəmət xilas edə bilər...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz