» » Mən isə qızlarımıza məsləhət görərdim ki, kasıb oğlanla ailə qursunlar və yaxud Pərvin Abıyevaya cavab

Mən isə qızlarımıza məsləhət görərdim ki, kasıb oğlanla ailə qursunlar və yaxud Pərvin Abıyevaya cavab


Aktrisa Pərvin Abıyevanın adını hələki sənətinə görə deyil, qalmaqallı şəkil və paylaşmalarına görə eşidiblər, elə mən də. İndi  də kasıb oğlanalar barədə cəmiyyətdəMən isə qızlarımıza    məsləhət görərdim ki,    kasıb oğlanla ailə qursunlar  və  yaxud  Pərvin Abıyevaya cavab birmənalı qarşılanmayan nəsə söyləyib və sonradan   dediklərini korrektə etmək istəyir.
Mənbəni tapa bilmədim, amma indi dediklərinə görə təxmin edirəm ki, subay qızlara xitabən deyib ki, mən kasıb oğlana ərə getmərəm.
Cəmiyyətdə belə fikirlərin söhbət mövzusu, ayditoriya yaratmaması üçün, gərək mətbuat, televiziya diqqətli olsun. Öz səhifəsində yazıb qoy yazsın, öz izləyiciləri oxusun, necə qəbul edirlər , necə əməl edəcəklər, öz işləridir. Amma digər sosial şəbəkələr, hətta ciddi kimi qələmə verilən bir çox media orqanlarının dərhal onu manşetlərinə çıxartması deontoloji dəyərləri heç bir qurum, təşkilat tərəfindən nizamlanmayan şou-biznes nümayəndələrinin ictimai fikrə yanlış baxışlarını ötürməkdə vəsilə olması da narahatlıq doğurmalıdır.
Pərvin Abıyevanın həmin ziddiyyətli fikrə teleqraf.com- da gətirdiyi aydınlıq belədir: ""Demişəm ki, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Mənim bu fikrimdə söyüş, kasıblara təhqir sayılan bir söz varmı? Deyən varsa, sübut etsin, şəxsən mən ona 50 min manat pul verəcəm. Sözümün arxasındayam. Bəli, heç bir qız istəməz ki, ailə qurduğu insan ona kasıb həyat yaşatsın.

Mən kasıbçılıq da, pul da görmüşəm. Tək başıma kasıbçılıqdan əziyyətlə bu yerə gəlmişəm, pul qazanmışam. Bəli, mən istəmirəm ki, oğlanlarımıza kasıb damğası vurulsun. Demişəm ki, əziyyət çəksinlər. Sabah hansısa şou-biznes nümayəndəsindən mədət umub, yardım istəməsinlər. Mən istəyirəm ki, hər kişi özü qazansın, ailəsini dolandırsın. Siz bunu niyə belə bayağılaşdırdınız?

Niyə kasıbla ailə qurmaq istəmərəm? Çünki kasıbların ailələrini, evini gəzə-gəzə bu insanların necə yaşadıqlarını görürəm. Onu siz bilməzsiniz. Özümü biləndən əlim kasıbların üzərində və xeyriyyə işində olub. Onların hansı əziyyətdən keçdiklərini görürəm. Getmək istəyərsiniz? Elə evdə, ailədə uşaq böyütmək istəyərsiniz? O uşağın gələcəyi, böyüməsi, sağlamlığı, təhsili, dünyagörüşü var.

Balaca damda çəkil otur və uşaq böyüt ki, mən kasıbam. Söhbət işləyənlərdən getmir. Siz niyə hər şeyi qarışdırırsınız? Söhbət kasıbam deyib, kənarda oturub, ondan-bundan pul güdənlərdən gedir"
( Bax:https://teleqraf.com/news/maqazin/275835.html).

Pərvin xanım, bəli, sizin fikirlərinizdə zəhmətə, əmək adamlarına yönəli bir hörmətsiz baxış var, şou-biznes sənətçilərinin əksəriyyətində müşahidə edilən müştəbehlik var.
Bizim xalqın kasıb hissəsi az deyil. Kasıblıq eyibdirmi ki? Xoşbəxtlik üçün zəhmətsiz gəlirlə əldə edilən sərvət bir müddət üçün rahatlıq, bir sıra üstünlük gətirə bilər, amma xoşbəxtlik gətirə bilməz. Xoşbəxtlik, Əli müəllim demiş, sağ bədəndi, kimdə varsa, xoş halına. Xoşbəxtlik sağlam ruhdur. Aşırı pul bunların hamısını yox edir.

S.Ə.Şirvaninin bir gözəl əsəri var, adı "Bir gözsüz" şeiridiir. Şirvani burada insanları sadəlik və təvazğkarlığa çağırır. Çünki sadəlik və təvazökarlıq insanda insaf və mərhəmət kimi bəşəri hisslər doğurur. Lovğalıq və təkəbbürlük isə dikbaşlığa, xudpəsəndliyə səbəb olur, xalqa yuxarıdan aşağı baxmağa sürükləyir. Elə şeirdəki kimi.
Bir gözü şikəst olan, ətrafını zəif seçən qocaya gözü ayağının altını görməyən lovğa bir nəfər rişxənd edir, onu ələ salır, gülür, sındırır. Sonra da qocadan soruşur ki, bəs bu korluğun müqabilində Allah sənə nə ehsan bəxş etmişdir.
Qoca sarsılsa da, cavabını da əsirgəmir:

...Ey əziz əhli-nəzər,
Bunu ehsan edib mənə tari,
Görməyim sən kimi dilazari.

Siz də sonradan fikirlərinizi redaktə etmək istəsəniz də, alınmayıb, reputasiyanızı bir az da qınaq qarşısında qoymusunuz. Söz ağızdan çıxdı, o, artıq deyənin deyil. Onu elə bişirib, cilalalyıb ifadə etmək lazımdır ki, düşmənə də xoş getsin.
Sizin elə yaşınız yoxdur, mən 2 dəfə sizdən böyüyəm, həyati müşahidələrim sizdən yaxşı olar , məncə.
Mən qızlarımıza məsləhət görərdim ki, kasıb oğlanla ailə qurun. Təki canısağ olsun, zəhmətkeş olsun, sizə ürəkdən sevib könül açmış olsun. Mərtəbəli villası olmasın, ən son ino-marka avtomobili olmasın....Kasıb olsun, amma öz sevdiyinin, öz səadətinin ətrafında laləzarlıq yarada bilsin.
Bir neşə gün bundan öncə, sosial şəbəkələrdən oxumuşdum: Qazax rayonunun Aslanbəyli kəndində
müharibədə ayağını itirib tayqıç qayıtmış bir gənc zabitimizin toyu oldu. Onda gərək bu qız balamız zabitimizdən imtina edəydi ki, fiziki imkanları məhduddur, qazancı da olsa-olsa, təqaüd olacaq. Amma bu qız balamız lap kim belə qulağına pıçıldayıbsa da, qətiyyətlə rədd edib və öz sevgisini gerçəkləşdirib. Allah qorusun. Hər gün daha bir məzmun yaratsın bu sevgi nümunəsi. Hər zaman mən də duaçı olacağam.

Bir padşah xoşbəxtliyin, səadətin rəsmini çəkmək üçün müsabiqə təyin edir. Ən yaxşı əsərə böyük mükafat verəcəkmiş.
 

Mən isə qızlarımıza    məsləhət görərdim ki,    kasıb oğlanla ailə qursunlar  və  yaxud  Pərvin Abıyevaya cavab

 

Kim eşidirsə, həvəslə bu müsabiqəyə qoşulur. Çoxlu rəsmlər çəkilir. Həm tanınmaq istəyirdilər, həm də ortada böyük mükafat var idi.
Münsiflər heyəti çəkilən şəkillərin yalnız müsabiqə üçün qəbul edilənləri hökmdara təqdim edirlər.
Hökmdar bu seçilmişlərin arasında iki rəsm üzərində dayanır.
Bu rəsmdə yamyaşıl dağların əhatəsində göl təsvir olunb. Hər tərəf gül-çiçəklikdir: kəpənəklər bu gül-çiçəklərin üstündə ora-bura uçuşurlar. Quşların xoş avazı, bulaqların şırıltısı, aydın səma, dağın ətəklərində meyvə bağları, bir sözlə, hansı tərəfə baxırsan gözün rahatlanır, qəlbin fərəhlənir. Arzu, xəyal səni qanadlarına alıb ənginliklərə aparır.
Münsiflər düşünürdü ki, hökmdar bu rəsmi qiymətləndirəcək. Çünki orda hər səhnə, hər naxış, hər çalar sevinc, fərəh vəd edir, səadət assosiasiyası doğururdu.
Amma hökmdar həmin tablonu deyil, yanındakı tablonu seçib bəyənir.
Bu tablo da əvvəlkinə oxşayırdı. Burada da dağların əhatəsində göl təsvir olunub. Amma bir dənə yaşıl olan heç nə yoxdur. Dağlarda sal qayalar...
Axşama yaxındır. Göy guruldayır, ildırım çaxır, yağış yağır ... Qaranlığın yaratdığı mənfi çalarlar ildırımın gurultusu ilə bir qədər də , obrazlı təşbehlə desək, təlatüm yaradırdı.
Elə bir qorxunc mənzərə yaranırdı ki, tamaşa edəni elə tablonun arxasında vahiməyə salırdı.
Bəs nə üçün hökmdar qorxunc mənzərəli təsvirlərlə dolu rəsmi seçmiş, mükafatı bu rəsmə verəcəyini bildirmişdi.
Sən demə, hökmdar diqqətlə baxanda qayaların arxasında çılpaq bir ağac görmüşdür. Ağacda bir quş yuva qurub, yuvada balaları var. İndi göy guruldayanda, yağış yağanda balalarını qanadlarının altına alıb, balaları ilə bir yerdə yaşadğı bəxtəvərliyə şükür edirmiş.
Hökmdarın gəldiyi qənaət də bu idi ki, gül-çiçəklərin, meyvəli bağların, bir sözlə, əsrarəngiz təbiətin qoynunda yaşamağa nə var ki. Əsl insan səadətini çətinliklərin ağuşunda özü tapmalıdır. Çətinliyi dəf edərək öz səadətini burada qurmalıdır. Və bu cürə qurulmuş səadət çox şirin olur, məzmun olur, əbədi olur. Həmin rəsmdə də quş rahatlığını belə çətinliyin içində özü quraq bilmiş və özünü balaları ilə xoşbəxt hesab edir.
Gənclərimiz də öz səadətlərini belə qurmalıdırlar.Hazıra nazil olmamalıdırlar, bundan imtina etməlidirlər.

Mən isə qızlarımıza    məsləhət görərdim ki,    kasıb oğlanla ailə qursunlar  və  yaxud  Pərvin Abıyevaya cavab

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
advantage payday loans online <a href="http://samcash21.com/ ">texas car title and payday loan gatesville</a> pnb cash credit loan
  • Нравится
  • 0