» » Eşqimiz bir şirin sevda

Eşqimiz bir şirin sevda

Müəllif: Anaveusaq.az от 8-01-2021, 10:00
Eşqimiz bir şirin sevda

Səhər oxuduğum ilk xəbər bu oldu. Nə yaxşı ki, saf sevgilər var.Nə yaxşı ki, sevgisinə sahib çıxanlar var.
Biz elə fikirləşmirik ki, qazimiz, gəlinimiz Qazax rayonunun Aslanbəyli kəndindəndir. Onları ən genişəhatədə öz kəndləri, bir qədər digər yerlərdən olan qohum və dostları tanıyır. Biz bütün sevənlərə xoşbəxtlik arzulasaq da, elə də fikirləşmirik ki, bu toyun, bu toyun cövhərində dayanan sevginin Azərbaycanın cənubunda, şərqində nə aidiyyəti var?! Var, çox böyük əhəmiyyəti var. Sevənlərin, qovuşanların özlərindən çox bütün valideynlərin, haralı olmasından asılı olmayaraq bütün yaşlı adamlara əhəmiyyəti var.
Həyatın mövcud olması üçün 4 vacib ünsür var...Bu vaciblər, məncə, dəqiq deyil. 4 vacib ünsür varsa, ruzi-bərəkət olacaq, sözüm yoxdur. Bəs sevgi? Sevgi də Allahın bir ruzisidir.Sevgi olmasa, insanlar inanmıram uzunömürlü yaşasın, mənalı yaşasın. Ortaq gözəl adət-ənənələr, qohumluq münasibətləri, yaşamaq üçün bir ölçü-biçi olsun. Biri Fransadakı kimi gözü tutanın birini alacaq, elçilik, toy olmayacaq, üzaçma, ayaqaçma keçirilməyəcək. Müsyö 3-4 aydan, madam sonra çıxıb başqa şəhərdə digər madam tapıb orda gün çeçirəcək, madam da həmçinin.Kim kimlə istəsə, adət-ənənə, əxlaq, böyük-kiçik, el gözü bilmədən, məhəl qoymadan himcimləşəcək . Bu təfəkkürü müəyyən qədər bizim həyata da gətiriblər. Kinolarla, şoularla və s.
Amma bizim baba-nənələr belə yaşamayıblar axı.Bizim nənələr oub ki, həyat yoldaşı cəbhədən gəlməyib, amma onun halalı halallığını torpağa gedənə kimi qoruyub və özü ilə torpağa aparıb. Bu mənada, biz əyatın dədə-baba qoyduğu nizamla davam etməsini istəyiriksə, sevgini qorumalıyıq. Pis gözdən, murdar niyyətlərdən, yağışdan, qardan qorumalıyıq...
Yaxşı ki, Fransada, Belçikada, Ermənistanda, Yunanıstanda belə dəyərlər olmasa da biz də var. Və bunlar ümidləri ölməyə qoymur.Qorumağı öyrətmək, bunu davam etdirməyi əbədi həyat tərzinə çevirmək isə bütün yaşlıların borcu.
Abbas oğlumuz əsgər. Əsgərə getmiş əsgərlə hərbi biliklərə yiyələnərək bu peşəni özünün həyat yolu seçmək, bunlar, təbii ki, fərqlidir. Görünür, xidmətə getməzdən əvvəl sevdiyi varmış.İndi bu gəncimiz döyüşlərdə sağlamlığını itirib, sevdiyi onu atmalı idimi, yox...Eşq olsun belə qız böyüdüb tərbiyə verən ailəyə.
Bu, çox gözəl bir filmin mövzusudur. 50-55 yaşdan yuxarı oxucularımız , yəqin, hind filmlərinin dəb vaxtı "Kəşmirdə məhəbbət” filminə baxıblar. Orda da belə epizod var: oğlan(Qopal) qız (Uşa) bir-birlərini sevir. Təsadüf nəticəsində oğlanın ayağı dizdən aşağı kəsilir. Onda Qopal istəyir ki, özü geri çəkilsin, bir ayaqla Uşanın səadətini heç etməsin.Uşa nə qədər can atsa da, Qopalı razı sala bilmir. Onda gedib taxta kəsən sexdə kötüyün üstə oturur ki, elektrik mişarı onun da ayağını dizdən aşağı götürsün. Son anda Qopal özünü çatdırıb Uşanı kötüyün üstündən götürür.
Əlbəttə, bu, böyük sədaqətdir. Sevgini qarşısını belə səbəblər ala bilməz və almamalıdır. Bəs bu səbəb ailə qurandan sonra baş versə idi, onlar ayrılmalı idilərmi?
Tərtərdə nişanlısı şəhid olmuş qızımız intihar etdi. Heç kim intihara haqq qazandırmaz.Amma bu intiharı döğuran səbəb çox müqəddəsdir.İdeya olaraq sədaqət, vəfa assosiasiyası doğurur.
"Ana və Uşaq.az” oxucuları adından gizirimizi, onun Burla xatun timsallı xanımını təbrik edirik.
Bu sevginin qarşısında baş əyirik.

İkimizdə bir ürək var,
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə,dolu səndə.

Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə...

Qazimiz onsuz da Allah qatında dəyərli insandır, gözəl insandır. Gəlinizmiz də həmçinin. Bir vətən əsgərini sevmək, onu xoşbəxt etmək özü Vətənə xidmət deməkidi. Fiziki xəsarət alımış gəncin sevgisinə sadiq qalmaq, bu sevgini gerçəkləşdirmək çoooox mükəmməllikdir, ülviyyətdir, ucalıqdır. Xoşbəxtlik arzulayaq. Heç təntiməsin bu dəyərli SEVGİ.

Getdiyin ocağa səadət gətir,
Məhəbbət bağında qönçələr bitir.
Neçə oğul böyüt, neçə qız yetir,
Bəzəsin ömrünü ağ günlər, gəlin.

Eşqimiz bir şirin sevda

Eşqimiz bir şirin sevda

Eşqimiz bir şirin sevda

Eşqimiz bir şirin sevda

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz