» » Biz mehriban ailəyikmi və yaxud nə oldu sizə, nə oldu bizə?

Biz mehriban ailəyikmi və yaxud nə oldu sizə, nə oldu bizə?

Biz mehriban ailəyikmi və yaxud nə oldu sizə, nə oldu bizə?

 

"Samuxda qayınata kürəkənini bıçaqlayıb"
"Kürdəmirdə gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb"
"Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb"
"Sabirabadda yeznə ov zamanı qaynını güllələyib"
"Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü"
"Bakıda kürəkən qayınanasını maşınla vurdu"
"Qayınata yeznəsini öldürdükdən sonra yandırdı"
"Xaçmazda dəhşətli qətl: qayınata və qayınanasını güllələdi"
"Qayınatası, qayınanası və qaynını güllələdi" və sair.

Bunlar son günlərin criminal xronikasıdır, kütləvi informasiya vasitələrində manşetlərdə yer alıb. Nə olub bizə.
Bu cəmiyyətin bur ağsaqqalı, ağbirçəyi yoxdurmu? Yerli icra nümayəndəlikləri, QNT-lər nə işlə məşğuldurlar?

Mehribanlıq səadətdir,
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.

Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək ,
Şən zarafat,şirin kələk.
Biz mehriban ailəyik,
Biz merhriban ailəyik,
Gəlin dostlar,deyək -gülək.

Hər bir evə nur yağdıran,
Hər bir evə nur yağdıran,
Mehribanlıq işığıdır.
Məhəbbətlə yanan çıraq,
Məhəbbətlə yanan çıraq,
Ürəklərdə işıqlıdır.
Ürəklərin işığıdır.
 

Biz mehriban ailəyikmi və yaxud nə oldu sizə, nə oldu bizə?

 

P.S: Toylarda,ad günü məclislərində bu mahnını eşitmək necə xoş idi. Deyəsən belə getsə, daha bu mahnını oxuya bilməyəcəyik.EŞitdiyimiz də qəlbimizi pərvazlandırmayacaq…

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz